Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.
Fatma Nabieva
Nicat maşını idarə edirdi, dodağı — üzü əllərinin üstü qanamışdı. Aylın Nicatın Ramizi döyməyindən razı qalmışdı, Nicatın mərdliyi və tərbiyəsi Aylına qürur verirdi. Nicatdan soruşmadı yol boyunca canın acıyırmı deyə, maşının yan şüşəsindən dışarı baxdığında, Nicatın əksini görürdü. Nicat sakit görünürdü, Ramizin kimi kinli bir hali yoxdu. Nicat Aylına qarşı, Ramizdən dəfələrlə mərəfətli olduğunu sübut etmişdi. Uşaqda sakit oturmuşdu Aylının qucağında. Nicat tez — tez güzgüdən uşağa — Aylına baxırdı, Aylının dışarı baxmasından anlamışdı, Ramizə həddini bildirməsindən çox razı idi. Nicata Aylının bu haq davranışı qürur verirdi, belə qürur hissini heç doğma atasından hiss etməmişdi. Özünü qandığından birinci xöşbəxt hissi idi Aylından alırdı, maşının sürəətini artırıb yoluna davam etidi.
Dilqəm Ramizi evə gətirmişdi, həkim yoxlayıb çıxdı otaqdan. Əlindəki yazılı kağızı uzadıb — Dilqəmə: burda yazdıqlarımı edin əzikləri tez sağalsın. Dilqəm kağızı alıb təşəkkür etdi, həkim getdi. Dilqəm həkimi ötürməkçün getdi ardınca.
Ramizin başı üstündə Bahar xalası oturmuşdu ah çəkə — çəkə, Dilqəmdə qayıtdı tezliklə otağa. Ramizə sakitləşdirici iynə vurmuşdu, təsirindən gözlərini yumub yuxuya gedirdi. Bahar anası əliylə ağzını tutub səssiz — səssiz ağladı Ramizin başı üstə. Dilqəmin ürəyi parçalanırdı anasının ağladığını gördükdə, gəlib Ramizin yanında oturub baxdı, Ramizin üz — gözündə sağ yer qalmamışdı, anası ayağa durub çıxdı otaqdan gözləri yaşlı. Dilqəm öz — özünə: Allah mənim cəzamı versin, lənət olsun, Ramizə yardım etmədiyinə çox üzülürdü. Ancaq yardım etsəydi, Aylınla birlikdə sevgilisi Nazlınıda itirə bilərdi. Nicat Nazlıya qardaş sayılırdı, işdən getdiyindən göz yaşları qurumurdu Nicatın ardınca. Dilqəm Ramizin alnını sığalllayıb baxdı yaşarmış gözləriylə, qardaşı dediyinin bu günə düşməsinə yanırdı, qalmışdı ortalıqda çarəsiz.
Nicat duş alıb əynini dəyişib gəldi otağına, qapı döyüldü, Aylın əlində ilac qutusuyla içəri girdi. Nicat — Aylına: gərək yoxdur canım, Aylın gəlib Nicatın yatağında əyləşib, əliylə vuraraq gəl əyləş deyə işarə etdi. Nicat gəlib əyləşdi yanında, Aylın əlindəki pambıqla Nicatın dodağındakı — üzündəki yaralanmış yerləri yavaş — yavaş sildi. Nicat yarasına toxunduqca səssiz dayanırdı, canı acısada ofuldamırdı. Aylın pambıqı ilacla nəmlədib yaralarını silirdi, İkisidə susurdular danışmırdılar, çox oxşardılar Aylınla Nicat xasiyyətlərindən, soz demədən anlayırdılar biri — birilərini.
Aylın — Nicata: köynəyini çıxart, Nicat köynəyini çıxardı, bədənində qaralmış — göyərmiş yerlər vardı, Aylın gətirdiyi ilacı açıb, əzilmiş yerlərinə sürtdü yavaş — yavaş, Nicat unutmuşdu canının acısını. Aylının ona qayğı göstərməsindən çox xöşbət idi, Niatın tərbiyəsi tamam başqa idi, Aylının üzünə baxa bilmirdi əynində köynəksizdir deyə. Aylın ayağa qalxdı — Nicata: axşam yatanda birdə sürtərik, bir şeyin qalmaz yaxın 10 günə. Aylının zarafat etdiyini anladı, Nicat gülümsədi, Aylın ilacları götürüb otaqdan çıxdı. Nicat əyninə köynəyini geyinib, yerinə uzanıb düşündü, gülümsədi.
Aylın ilac qutusunu yerinə qoyub, gəlib qapıdan Nicatın atasına baxdı, kişi yatmışdı. Aylın geri mətbəxtdə gəlib Nicata limonlu çay hazırladı, götürüb gəldi qapını döyüb, içəri girdi.
Nicat yerində oturdu Aylın gəldiyində, gəlib yanında əyləşib çayı Nicata verdi, iç bunu yaxşı gələr biraz. Nicat çayı götürüb bir udum içdi, dodağı acısada hiss etdirmədi. Aylında anlayırdı Nicatın canı acıyırdı bildirmirdi, — Niçata: sən çayını bitir, mən yemək hazırlayım. Ayağa qalxmaq istəyirdi, — Aylına: üzür istəyirəm, Aylın Nicata baxdı anlamadı. Nicat — Aylına: bilirəm dayın oğlunun xətrini çox istəyirsən, onu vurmamı əsla istəməzdin. Aylın biraz dayanıb baxıb gülümsədi, — Nicata: bilirsənmi, qırmızı xətt çizgisi var hər şeyin. Yəni hövsələnində, hörmətində, insanlığında, sevginində, bir həddi və qırmızı çizgizsi var, o ki qırmızı çizgini keçdin, ya söyülməlisən, yada vurulmalısan ki həddini ötdüyünü anlayasan. Dayım oğluda keçmişdi dediyim o xətti çoxdan, üzür istəmə sən lazım olanı etdin. Payınıda aldı əllərinə sağlıq deyərdim, ancaq sənində əllərində sağ yer qalmamış, 10 gündən deyərəm. Aylın ayağa qalxıb otaqdan çıxıb getdi, Nicat Aylının dalınca baxıb düşünürdü. B ilirdi bu son deyildi, Ramiz mütləq hardansa əvəz çıxmağa çalışacaqdı. Nicat özünə görə narahat deyildi, qorxurdu Aylına bir şey edərdi yanında olmadığında.
Beləcə bir həftə keçdi, Nicat evə gəlib Aylını səslədi, Aylın xanım, Sərdar bəy hardasınız? Aylın qucağında uşaqla gəldi. Aylın — Nicata: burdayıq əmisi, Nicat gəlib uşağı götürüb öpüb keçib əyləşdi, aslanım gözəl xəbərim var anana. Nicat Aylına baxdı, Aylında gəlib əyləşdi — Aylına: yeni işimizçün uyğun bir yer tapdım canım. Aylın — Nicata: xeyirli uğurlu olsun əmisi, çox gözəl. Nicat — Aylına: mən bəyəndim baxdım, ancaq sənində baxman lazımdır, xoşuna gəlməsə başqa yerə baxarıq. Aylın — Nicata: gərək yox dostum, sən bəyənmişsən yetər, içinə lazım olan hər şeyi sifariş et sabahdan. Aylının özünə olan etibarına Nicat çox sevinirdi, — Aylına: mən sabahdan hər şeyi təşkil edəcəm, sənin istədiyin kimi olacaq şirkətimizin və hər şeyi. Səni bilirəm artıq, çalışdıq birlikdə xasiyyətinə bələdəm. Aylın ayağa qalxıb — Nicata: o zaman hadi yeməyə, Nicat — uşağa: gedək aslanım işimiz çoxdur, yeməyimizi yeyək və başlayaq. Ayağa qalxıb Aylının ardınca mətbəxtdə getdi qucağında uşaqla.
Nazlı işdən tez çıxmaqçün Dilqəmdən izin almağa otağa gəldi. Dilqəm anlamışdı Nazlının üzündən nə isə kefi yox idi, — Nazlıya: canım bir şeymi oldu? — Dilqəmə: mən bilmirəm necə deyim sənə. Dilqəm narahat oldu — Nazlıya: desənə canım üzməsənə ürəyimi. Nazlı dərindən nəfəsini alıb — Dilqəmə: mən bu gün evə tez getsəm olarmı? — Nazlıya: bir şeymi oldu canım? anan yaxşıdırmı? narahat olub ayağa qalxdı. Nazlı — Dilqəmə: yox — yox olmadı heçnə, yaxşıdı anam çox şükür. Sadəcə mən biraz özümü yaxşı hiss etmirəm halsızam, Dilqəm narahat oldu. Nazlıya yaxınlaşıb baxdı üzünə, canım sənin rəngində uçmuş, əlini alnına qoyub baxdı — Nazlıya: canım sənin atəşində var, niyə bu halda işə gəlmisən? gəl birinci həkimə, sonra evə. Nazlı — Dilqəmə: yox həkimə gərək keçər, yəqin soyuqlamışam narahat olma. Dilqəm Nazlını çox istəyirdi, yarpaq kimi əsirdi üstündə, — Nazlıya: narazılıq istəmirəm canım, nə deyirəm o da olacaq tamammı? masadan telefonunu açarlarını götürüb, Nazlının qolundan tutub apardı, gəl canım gedək. Nazlı istəmirdi həkimə egtsin, Dilqəm qolundan tutub apardığında, məcbur getməli oldu.
Ramiz Dilqəmlə rastlaşdı, Nazlının qolundan tutub apardığını görüb — olara: nə oldu? xeyir ola? Dilqəm — Ramizə: Nazlının atəşi var. Ramiz Dilqəmin ağzından söz çıxan kimi narahat oldu, nə? atəşinmi var? niyə deməmisən bizə? Ramiz yaxınlaşıb Nazlının alnına əlini qoyub baxdı. Sən yanırsan bacım, niyə belə halda gəmisən işə? həkimə gedirik bu dəqiqə. Ramiz Nazlını bacısı kimi çox istəyirdi, Aylında ondan gedəni həmişə yanında dayaq Nazlı vardı.
Dilqəm — Ramizə: qardaşım bir imkan vermədin sözümü bitirim, məndə onu həkimə götürürəm, sən qal şirkətdə mən aparıram. Ramiz razı olmadı, Nazlının qolundan tutub, — Dilqəmə: sən qal qardaşın aparacaq onu həkimə. Mən sənə xəbər edərəm narahat olma qardaşım, danışdıqmı? Nazlı ortada qalmışdı baxa, ikisinədə yox deyə bilməyəcəyi insanlardılar. Ramizin xətrinə dəymədi Dilqəm, tamam o zaman xəbər gözləyirəm sənədən, apar. Nazlını aparıb getdi Ramiz,
Nazlı gedərkən Dilqəmə elə baxdı ki, sanki son gedişiydi. Dilqəm Nazlının xəstələnməyini belə istəmirdi, Nazlının elə baxışları ürəyini göynətdı. Nədən ürəyi bu qədər narahat idi? kimdə olmur ki, sadəcə atəşi vardı, gülümsəyib, əl yellədi Nazlıya. Şirkətdən çıxıb getdilər, Dilqəm yerində donub qalmışdı baxa ardlarınca.
İşçilərdən bir nəfər Dilqəmi səslədi, Dilqəm bəy baxarsınızmı? əlbətddə, işçinin nə dediyinə qulaq asdı.
Aylın oğluyla Nicatın atasının yanında idi, kişi uşaqla oynayırdı, mən sənə çox alışdım şirin evlad, uşaqda kişiyə yaddıq etmirdi. Aylın oların oynamasına baxırıdı, Nicatdan zəng gəldi Aylına. Aylın telefonunu götürüb cavab verdi alo, biraz qulaq asıb — Nicata: anladım, mən indi baxıram zəng edirəm. İşlə əlaqəli Aylının harasa zəng etməsi lazımdı, otaqdan çıxıb lazım olan yerə zəng etdi. Alo salam, işlə əlaqəli biraz vaxtınızı ala bilərəmmi? çox gözəl, Aylın danışmağa davam etdi.
Ramiz Nazlını həkimə gətirmişdi, Nazlını yoxlamaqçün içəri almışdılar, Ramiz gözləyirdi. Birazdan Nazlı çıxdı — Nazlıya: nə dedilər? Nazlı gülümsəyib, — Ramizə: dedim axı bir şeyim yoxdur qardşım, ardınca həkimdə çıxdı. Ramiz — həkimə: bacımın nəyi var doktor? — Ramizə: yoxladıq bir şeyi olana oxşamır. Soyuqlamışda ola bilər, ancaq hər ehtimala qarşı analızlərini alsınlar. Həkimin ardınca tibb bacısıda çıxdı otaqdan, — Nazlıya: buyurun sizi götürsün lazım olan analizdərinizi verin. Siz telefon nömrənizi qoyun tibb bacısına, cavablar hazır olan kimi sizinlə əlaqə saxlayacağıq. Hələlik keçmiş olsun, həkim getdi. Tibb bacısı — Nazlıya: buyurun xanım, Nazlını apardı getdilər. Nazlı gedərkən dönüb Ramizə baxdı üzgün baxışlarla. Ramiz əliylə boynunu ovaraq, Nazlıya baxıb gülümsədi, ançaq nədənsə Nazlının elə baxması ürəyinə toxundu. Tez telefonunu çıxarıb zəng etdi, — Dilqəmə: alo qardaşım, yoxmuş bir şeyi çox şükür. Sadəcə analizlərini alacaqlar indi, dəqiq olsun hər şey, birazdan mən Nazlını evə aparacam narahat olma, telefonu söndürüb getdi Nazlının ardınca.
Aylın işlə əlaqəli çox yerlərə zəng edib danışırdı telefonla, oğlunu qucağına alıb telefonla danışa -danışa başqa işlərinidə görürdü.
Nicatda yeni şirkətçün kreslolar, masalar, kampyuterlər alırdı. Aylınla Nicat işi qurmaqçün əllərindən gələni edirdilər, Aylın kampyuterdə işçilər axtarmaqçün elanda qoymuşdu. Nicatda maşınla başqa şeylərin ardınca gedir, maşın idarə edə — edə Aylına zəng edib bildirirdi nələr etdiyini, Aylında ona bildirirdi etdiklərini. Nicat bütün gücü ilə çalışırdı, Aylınla çalışacağını düşündükcə sevinci aşıb — daşırdı. Üzündən bəlli idi hər şey sözsüzz ifadə olunurdu, ömründə birinCi dəfə idi ki belə xöşbəxt idi, maşının sürəətini artıraraq getdi.
Axşam olmuşdu, Ramiz Nazlını evinə aparmışdı, Dilqəm Nazlını görməyə evlərinin qarşısına gəlmişidi. Maşına söykənib Nazlının gəlməsini gözlyirdi, Nazlı az vaxtdan evdən çıxıb Dilqəmə tərəf gəldi. Dilqəm Nazlını qollarını açıb, qucaqlayıb özünə sıxdı bərk — bərk, — Dilqəmə: görən olacaq bizi. Dilqəm Nazlını buraxmadan, görsünlər, sevgilimi qucaqlamağa olardanmı izin alacam? Nazlının alnından öpüb, baxdı gözlərinə diqqətdlə. Nazlı — Dilqəmə: yaxşıyam mən narahat olma canım, Dilqəmin gözlərindən oxuyurdu nə demək istədiyini. Dilqəm Nazlını təkrar bağrına basıb — Nazlıya: birdaha xəstələnmə canım, tamammı? Dilqəm uşaq kimi qorxmuşdu! Nazlının halsızlığından. Nazlı gülümsəyib, Dilqəmin üzünə baxdı utancaq baxışlarla, sənin bu qədər həyəcanlanacağını bilmirdim, söz xəstələnməyəcəm artıq. Dilqəm Nazlını uşaq kimi təkrar — təkrar qucaqlayıb, canımın — canısan. Nazlıda Dilqəmin sinəsinə başını qoyub, — Dilqəmə: səndə mənim canımsan. Dilqəmə bu söz elə təsir etdi ki, Nazlını qucaqlayıb bərk — bərk sıxdı özünə, gülümsədi.
Beləcə günlər keçirdi, Aylınla Nicat çalışmağa başlamışdılar. Aylın qucağında uşaqla şirkətdə Nicat tək qalmasın deyə, çalışırdı bacardığı qədər. İnternetə qoyduğu elanlanlarındanda maraqlanıb, gələn yeni işçilərdə vard idi şirkətdə. Nicat- Aylına: sənə bu şirkətdə göstərmədiyim bir syurprizim daha var. Aylın — Nicata: nəymiş dostum syurprizin? Nicat gəlib Aylının qucağından uşağı götürdü. Yuxarı qaldırıb uçurdaraq uşağı oynatdı, — uşağa: əmi səni uçurdaraq syurprizə götürsünmü?
Aylın Nicatın nə deyəcəyini gözləyirdi. Nicat — Aylına: buyurun Aylın xanım, xanımlar irəlidən, otaqdan çıxmasını gözlədi. Aylın başını narazılıqla sirkələyib gülümsəyərək, çıxdı otaqdan. Nicat — uşağa: Sərdar bəy xanımlara yol verilməlidir bunu unutma, ardınca otaqdan çıxdı.
Aylını şirkətdə göstərmədiyi bir otağın qapısına gətirdi, Aylın dayanıb baxdı qapıya. Nicat — Aylına: syurprizim burdadır aç qapını, Aylın əlini qapıya atıb Nicata baxdı. Nicat gülümsəyərək, — Aylına: aç — aç qorxma. Aylın qapını açıb içəri girdi, otağı görüb gözlərinə inanmadı, əlləriylə üzünü tutub baxdı ətrafa. Niçatda gəldi yanında dayanıb, — Aylına: bəyəndinmi Sərdar bəyin yeni otağını? Aylın Nicata baxdı, sevincindən bilmədi nə desin. Niçat uşağçün otaq hazırlatmışdı, otaqda hər şərait vardı uşağın baxılmasıçün. Yataq yerindən tutmuş, oyuncaqlarına kimi hər şey səliqə ilə qurulmuşdu. Nicat — uşağa: Sərdar bəy yeni otağına xoş gəldin, uşağın üzündən öpüb aparıb yerdə oyuncaqların yanında otuzdurdu, uşaq oyuncaqları götürməyə çalışdı. Nicat ayağa qalxıb gəlib Aylının yanında dayanıb baxdı uşağa, Aylının axlına gəlməzdi belə etmək şirkətdə. Nicat — Aylına: bir söz demədin canım, sevinmədinmi? Aylın sevincindən Ncatın boynunu qucaqladı. Nicat bir anda Aylının özünə sarılmasından həyəcanlandı, ürəyində qəribə hiss yaşandı. Ömründə hiss etmədiyi gözəl bir duyğu idi bu, Nicatda Aylının kürəyinə əliylə sığal çəkdi, özünə sıxdı qucaqladı.
Aylın — Nicata: çox sağol dostum, əlbətddə bunu ancaq sən düşünə bilrədin, şaşırtdın məni həqiqətəndə, əsil syurpriz oldu. Nicatdan ayrılıb, oyuncaqlarla oynayan oğlunun yanında əyləşib baxdı. Canım oğlum yanımda olacaqsan, uşağın saçlarından öpüb qoxlayıb, oxxx cənnət qoxulum mənim. Nicatda gəlib əlyləşdi Aylının yanında, yerə xalca sərilmişdi. Aylın — Nicata: artıq rahat çalışa bilərəm, sayəndə oğlum yanımda olacaq. Nicat uşağın başına sığal çəkib — Aylına: yanımızda olacaq çanım, biz demişdik şirkətdə ancaq ikimiz ortaq olacağıq. Aylın Nicata təcüblə baxdı. Nicat uşağın əlinə oyuncaq verib gülümsədi, — Aylına: yox canım biz üz nəfərik artıq, kiçik Sərdar bəydə bizimlə şirkətdə çalışacaq. Nicatın zarafatına Aylın gülümsədi. Nicat birinci dəfəydi Aylının üzündə gərçək təbəssüm görürdü, oğluyla oynayan Aylına baxıb, olrın hər gün belə xöşbəxt olamalarıçün canını belə verməyi düşünürdü.
Nazlı Dilqəmlə Ramizin deməsinə baxmayaraq işə gəlməyə davam edirdi. Nazlı əlində pafkayla otağa gəldi, pafkanı Ramizin masasına qoyub, gəlib Dilqəmədə bir kağız verdi. Hazırladım siyahıda yazılıb şirkətlərin adları, Dilqəm Nazlıya təşəkkür etdi. Çox sağol canım, sənsiz nə edərdik biz qardaşınla tək başımıza? Ramiz pafkanı açıb baxırdı dokumentlərə. Ramiz -Dilqəmə: mənim bacım yüz işçini əvəz edir burda. Nazlı — olara: birazdan görüşə gələcəklər unutmayın, getdi otaqdan.
Ramiz — Dilqəmə: sən Nazlını sonuncu dəfə nə vaxt yeməyə çıxardın? — Ramizə: imkan oldumu ki qardaşım? — Dilqəmə: çıxın işdən sonra bu gün. Mən Nazlının anasına gedərəm, siz rahat çıxın. Dilqəm şad oldu — Ramizə: qardaşıma çox yaraşır belə təklifləri tez — tez etsə, dahada çox istiyərdik səni. Dilqəm zarafat edib güldü. Ramiz əlini üzünə çəkib — Dilqəmə: qardaşın bir dənədir qədrini bil, Ramiz bilirdi Dilqəmidə son zamanlar çox üzmüşdü bezdirmişdi, ona görədə belə deyirdi. Dilqəm başını narazılıqla sirkələyib, — Ramizə: mən gedim Nazlıya deyim, qardaşımız bizi bu gün yeməyə göndərir, həmdə öz şotundan. Ramiz zarafatla — Dilqəmə: unut qardaşım bir səhvdir etdim, zarafatlaşıb gülüşdülər. Dilqəm gəlib Ramizin boynunun ardından tutub, alnını Ramizin alnına dirəyib — Ramizə: aslan qardaşım mənim. Ramizlə zarafatlaşıb, getdi Nazlının yanına. Ramiz Dilqəmin ardınca baxıb gülümsəyib, kresloya söykənib oturdu, gülsədə — zarafatlaşsada, fikrində olan bəzi başqa şeylər rahatlıq vermirdi ona.
Axşam olmuşdu, Dilqəm Nazlıyla yeməyə çıxmışdılar. Ramiz Nazlının anasının yanına gəlmişdi, yanında əyləşib başını arvadın dizlərinə qoyub sakit dayanmışdı. Uşaq kimi hər saçlarına çəkilən sığala ehtiyacı vardı. Anasının yoxluğu çox sıxırdı onu, Afətdə mehribanlıqla Ramizin saçlarını sığallayırdı. Bilirdi Ramizin Aylına etdiklərini, ancaq Aylının Ramizi nə qədər çox istədiyinidə bilirdi. Ramiz Afətin əlindən öpüb üzünə tutudu, arvat görməyən gözləriylə uzaqlara baxıb fikirə getmişdi. Ramiz baxmayaraq Nicatlada davalaşmışdı, Nazlının anasının xətrinə xatırlamamağa çalışırdı olanları. Nicata olan nifrəti dəyişməmişdi, bunu Afət xalasıda yaxşı bilirdi, görməsədə. Ramizin üzünü — ürəyi hiss edirdi, xətrinidə çox istəyirdi, o üzdəndə o haqda söz demirdi.
Dilqəm Nazlını restorana gətirmişdi, masa sifariş vermişdi əvəlcədən, restoranın işçisi qarşılayıb masalarına dəvət etdi ikisinidə. Dilqəm Nazlının əyləşməsinə yardım edib, özüdə yerinə keçib əyləşdi. Nazlıya baxıb gülümsədi, afisant yaxınlaşıb salamladı, — Dilqəmə: Dilqəm bəy sifarişləriniz az vaxtdan masada olacaq. Masadakı şərab şüşəsini açıb, bakallara şərab süzüb getdi. Dilqəm Nazlının sıxıldığını hiss edirdi, — Nazlıya: canım sən niyə narahatsan? anana görədirsə yanında Ramiz var, tək deyil. Nazlı — Dilqəmə: yox onan deyil, sadəcə belə yerlərlərdə oturmağa alışıq deyiləm. Dilqəm bakal şərabını götürüb — Nazlıya: alış canım artıq mənimləsən. Səninlə bu gözəl gecəmizçün içək, Nazlı şərab bakalını götürüb yavaşdan toqquşdurdular. Dilqəm şərabdan içib bakalı masaya qoydu, Nazlıda azca içib qoydu bakalını masaya. Dilqəm — Nazlıya: çıxmağımız yaxşı oldu canım, işdə sənə doyunca baxa bilmirəm, belə üz — üzə səni daha aydın görürəm.
Nazlı utandı, baxışlarını qaçırdı Dilqəmdən, Nazlının bu utanmaları Dilqəmə xoş gəlirdi. Nazlını canından çox sevirdi, Diləqm gülümsəyib, Nazlını seyr edirdi. Afisantlar əllərində yeməklərlə gəldilər, gətirib hər şeyi masay yerləşdirdilər səliqə ilə. Afisant — olara: nuş olsun, başqa əmriniz varmı Dilqəm bəy? Dilqəm — olara: hələki yoxdur, çox sağolun. Afisantlar razılıqlarını bildirib getdilər.
Dilqəm — Nazlıya: canım masada sevmədiyin bir yemək varsa de, sifariş edək başqasını. Nazlı — Dilqəmə: hər şey çox gözəldir canım, restoranın bütün yeməklərini yığdırmısan masaya. Dilqəm — Nazlıya: canım nə yaxşı ki səninlə rastlaşdım mən, səni tanımağımla — sevməyimlə çox xöşbəxtdəm. İnan sözlə ifadə etmək mümkün deyil, sən başqa varlıqsan mənimçün. Nazlı — Dilqəmə: səndə mənimçün, utanıb yenə baxışlarını qaçırtdı, Dilqəm dodağını dişləyib, Nazlıya baxıb gülümsədi. Diqəm — Nazlıya: canım yeməklərin dadına bax, gör bəyənirsənmi? Nazlının utandığını görüb, dur mən sənə qulluq edim canım. Nazlının boş qabına yeməkləridən qoyub, mənim ən sevdiklərimdir bunlar, bəlkə ağzımın dadını bilmirəm, bax bəyənəcəksənmi.
Nazlı Dilqəmə təşəkkür edib, çəngəlini götürüb yeməkdən götürüb yedi, ağzında yavaş — yavaş çeynəyərək, yeməyin dadını anlamağa çalışdı. Dilqəmin gözü Nazlıdaydı, Nazlı yeyib dadını anladı — Dilqəmə: mm, çox dadlıdır canım, ağzının dadını bilirsənmiş. Dilqəmdə yeməkdən yeyərək — Nazlıya: mən bunlarsız məhv olaram, anam duymasın. Nazlı gülümsədi, — Dilqəmə: sən anandan gizlin bura yeməyə gəlirsənmiş?
Dilqəm ağzını silib gülümsəyib, — Nazlıya: canım anam sevmir mən belə yerlərdə yemək yediyimdə, deyir ev yeməyi kimi təmiz olmur filan, nə bilirsən kimlər hazırlamış. Nazlı gülümsədi, — Dilqəmə: bağışla canım mən anandan gizlədə bilmərəm, oğlu onun yeməklərini bəyənməyib buralara üz tutur ara — sıra. Dilqəm — Nazlıya: aydaa, canım məni satacaqsanmı? — Dilqəmə: heç incimə məndən. Sən bu gün anananı aldadan, sabah mənidə aldadacaqsan, elə deyilmi? özü deyən sözdən utandı bir anlıq. Dilqəm — Nazlıya: söz canım sənin əllərindən yeyəcəm, bax haram olar gizlin gələrsəmsə. Bu yeməkləri əvəllər yaşadığımız şəhərdə çox yeyərdim, gələndən sonrada dadı ağzımda qaldı. Əlbətddə mənim canım anam bişirən yeməklər dahada dadlıdır. Vərdişdir bura gəlməyim, onuda sən yanımda gəlin olduqdan sonra unudacam, söz. Nazlıya göz vurub gülümsəyib, Nazlının utanıb qızarmasından həzz alaraq, gülümsədi.
Nazlı özü deyən sözdən çox utanmışdı. Dilqəm Nazlının utancını unutmasıçün — Nazlıya: canım səndən bir söz soruşmaq istəyirəm. Ancaq məndən heçnə gizlətmə, olurmu? — Dilqəmə: buyur soruş, olanı deyərəm əgər bildiyim bir şeydirsə. Dilqəm Nazlının gözlərinə baxıb, — Nazlıya: məndən öncə sevdiyin və ya xoşlandığın birisi oldumu? — Dilqəmə: oldu. Dilqəm bir anlıq Nazlının nə deyəcəyini duymaq belə istəmədi, soruşduğunada peşman oldu.
Nazlıda bunu anladı, — Dilqəmə: vardı məni sevən tək sadiq olan, səni tanıdığıma kimi. Dilqəm elə üzgün baxışlarla baxırdı ki Nazlıya, ciddi duraraq sözünə davam etdi. Səninlə tanışıb az vaxtdan qaçdı məndən, bir aydan onu balaca bir qız uşağıyla gəzən gördüm. Dilqəm pərt baxışlarla baxırdı Nazlıya. Dilqəm dözmədi, — Nazlıya: balaca qız uşağıylamı gəzirdi? — Dilqəmə: hə, məndə artıq onu ayırmaq istəmədim qızcığazdan. Biri — biriləriylə çox mehriban görünürdülər. Dilqəmin özünə şaşqın baxışlarla baxdığını görüb gülümsədi, canım mənim itim idi o.
Dilqəm elə bil nəfəs almağı unutmuşdu. Nazlının özüylə zarafat etdiyini anladı. Dərindən nəfəs alıb — Nazlıya: oha, az qala axlımı itirəcəkdim, canım mən sənin zarafatını yeyim, sən qarışıq. Dilqəm bakalı götürüb şərabdan içib, biraz rahatlandı. Nazlının özünü aldadaraq incitməsinə, gözlərini qıyıb baxdı, — Nazlıya: sən dayan canım. Mən sənin o şirin dilindən dişləyəçəm, Dilqəmi tərdə basmışdı.
Nazlı ğözlərini silib, Dilqəmə baxaraq sakit güldü, Dilqəm Nazlının gülməsinə sevindi. Yazığın üzü heç gülmürdü tanıdığından, — Nazlıya: demək itindən başqası olmadı. Nazlı başıyla olmadı deyə işarə edib, gülümsədi. Dilqəm sevindi sualının cavabını almasına. Nazlı — Dilqəmə: bəs sənin oldumu sevdiyin və ya xöşlandığın? — Nazlıya: olmadı canım, tək sən varsan həyatımda inan. Nazlı — Dilqəmə: məndən öncə oldusada səni qısqanmaram canım, gizlətməyinə gərək yoxdur, danış dürüst olmanı istəyirəm. Dilqəm — Nazlıya: gərçəkdən olmadı canım. Olsa deyərdim inan, aramızda yalan olmasını istəmədiyimçün soruşdum səndəndə.
Nazlı Dilqəmin üzünə baxmadan, anladım canım. Dilqəm — Nazlıya: canım sən məndən incidinmi soruşduğumçün? bu sənə inamsızlığımdan deyildir. Mən sadəcə səni qorumaq və həyatım böyunca mənim olmanı istəyirəm, mən sənsiz yaşaya bilmərəm, bilirsən bunu artıq. Nazlı — Dilqəmə: yox incimədim, sən haqqımda nə bilmək istəyirsənsə, soruşa bilərsən. Dilqəm — Nazlıya: çox sağol canım, bilmək istədiyim heçnə yoxdur artıq. Mən səni tanıyıram, artıq gərək yox başqa şeyləri soruşmağıma. Nazlı nədənsə Dilqəmin üzünə baxdı, bir anlıq nə isə düşündü. Dilqəm Nazlının hər baxışından anlamağa çalışırdı onu, bir kəlmə soruşmadan.
Nicatla Aylında evə gəlmişdilər. Nicat Aylın yorğundur deyə, tez atasının yeməyini siniyə qoyub apardı otağına. Aylın mətbəxtdə gəldi, tezliklə Nicatda gəldi. Nicat — Aylına: əyləş canım, aslan parcam necə yatdı qucağımızda yolda, yoruldu iş ortağımız gülümsədi. Aylının əyləşmədiyini görüb — Aylına: mən verdim onun yeməyini sən əyləş. Mən qulluq edəcəm, çox yoruldun bu ğün səndə, Aylının qolundan tutub zorla əyləşdirdi. Aylın — Nicata: utandırma məni, işin bütün yükü sənin üstündədir, gəl əyləş mən indi, Nicat Aylının sözünü kəsdi. Etiraz istəmirəm, Ayın xanım xayiş edirəm narahat olma, ikisinədə çay süzüb masaya qoydu. Yeməyində altını alışdırıb əyləşdi, — Aylına: mən yorulmuram canım narahat olma. Artıq sən varsan yanımda, gücü səndən alıram. Nicat dediyi sözü Aylın xoşlamaz deyə, tez düzəliş verdi, o kiçik aslan parçasındanda nə qədər enerji alıram bir bilsən. Aylın çayını götürüb içdi, — Nicata: orda dur bir dəqiqə, sənin o aslan parçan bizim bütün olan enerjimizi canımızdan alır. Niçat Aylının sözünə səsli güldü, Aylının yorğunluq gözlərindən axırdı.
Nicat qalxıb yeməyin altını keçirdi, boş qablara yemək çəkib qoydu Aylına, özünə, dolabdan salatlarda götürüb masaya qoydu. Nicat atasına qulluq edib öyrənmişdi, masaya hər şeyi tez bir anda düzdü, çəngəl qaşıqlarda qoyub əyləşdi. Aylın təşəkkür etdi, — Nicata: əllərinə sağlıq. Deyirəm biz bir restoran filanmı açsaq? — Aylına: nuş olsun canım, restoranmı? mənim heç anlayışım yox o işdən. Aylın gülümsəyib, — Nicata: əslində var Nicat bəy, baxsana 3 dəqiqəyə masa hazır oldu.
Nicat anladı Aylının nə demək istədiyini, gülümsəyib, — Aylına: qulluğunda hazıram Aylın xanım, sən istəsən restorandada çalışaram. Aylın yeməkdən bir qaşıq ağzına aparıb, — Nicata: amandı dostum hələ birini həll edək, restoran filan qalsın başqalarına. Nicat gülümsədi, Aylının daxilən zəyiflədiyini anlayırdı. Aylın birinci tanıdığındakı kimi deyildi, o vaxtları Aylın həm daxilən, həmdə xaricən çox güclü idi. Nicatda yeməyini yedi artıq bir söz demədi. Aylına mesaj gəldi, Aylın telefona baxıb gülümsədi. Nicata rəsimi göstərdi telefonu ona tərəf tutub, Nicat Nazlının rəsimini görüb sevindi. Canım bacım mənim, bunlar restorandadırlarmı?
Aylın telefondakı rəsimə bir daha baxıb, — Nicata: hə, yəqin Dilqəmlə çıxmışlar. Nicat birdən narahat oldu, axlına xalasının kiminlə qaldığı gəldi. Nazlı mesaj göndərdi, anamın yanında Ramiz var, narahat olmasın Nicat. Aylın — Nicata: xalan tək deyil narahat olma. Nicat — Aylına: kiminləymiş? Aylın demək istəməsədə dedi, Ramiz varmış. Nicat başqa insan idi, kefi qaçsada Aylına bildirib, onu üzmək istəmirdi. Nacat — Aylına: çox yaxçı canım, xalamın bəzi qanmazlarçün çox gözəl məsəlləri və məsləhətləri vardır, nəticə çıxara bilərmi orası şüphəlidir. Nicat gülümsəyib, yeməyini yeməyə davam etdi.
Nicatın bu sadəliyi Aylını heyran edirdi, heç kimdə görmədiyi sadəlikləri və insanlığı vardı Nicatın. Aylının yorğunluqdan iştahıda yox idi, — Aylına: yeməyini bitir. Aylın dərindən nəfəs alıb yuxu tökülən gözləriylə Nicata baxdı, Nicat qalxıb Aylının yanında əyləşdi. Nicat — Aylına: heç qüsura baxma Aylın xanım, mən səndən alıram gücümü, bilirsən işimiz hələki ağırdır. Aç ağzını biz güclü olumalıyıq, narazılıq istəmirəm. Aylının ağzına yeməyi yedirdi uşaq kimi, bax belə, Aylının heç yeməyi çeynəməyədə halı yox idi. Nicat gülümsəyərək, — Aylına: bilirəm yorğunsan canım, sənə yeməyi çeynəyibdə verərədim diksinməsəydin məndən. Quşların mamaları balalarını elə yedirdirlər, gör necə tez böyüyüb qanad açıb ucurlar insanların təhlükəsindən göylərə. Nicatın bu insan davranışana dözədə bilmirdi, Aylının gözləri yaşardı. Nicat görməsin deyə qalxıb getdi mətbəxtdən, əlində yeməklə baxa qaldı anladı Aylın pis oldu deyə. Yavaş səslə öz — özünü acıladı qaşığı masaya qoyub, mənimdə ağzıma… olsun, quşların mamasının yeriydimi? peşman oldu Aylını kövrəldiyinə. Dərindən nəfəs alıb, qalxıb getdi Aylının ardınca.
Aylın otağa gəlib əyləşmişdi, qapı döyüldü yavaşdan, Aylın tez gözlərini sildi ki Nicat ağladığını görməsin. Nicat icəri girib gəldi, Aylının qarşısında yerə çöküb baxdı. Aylın Nicatdan yaşlı gözlərini artıq gizlədə bilmədi, çünki qarşısında çöküb dayanmışdi dizlərinin üstündə. Nicat Aylının gözlərinin yaşını sildi əlləriylə, — Aylına: bağışla düşünmədən dedim, bağışla məni üzdüm sənə ananı xatırlatdım. Aylın — Nicata: mən onu heç vaxtı unutmadım ki? məni üzən onu xatırlatman olmadı, Nicat Aylına baxdı. Aylının gözlərindən yaş süzüldü üzünə — Nicata: məni üzən, sənin bu qədər mərhəmətli insan olmağına baxmayaraq, zalım həyatın mərhəmətindən kənar qalmandı. Nicat dərindən nəfəs alıb, Aylına baxıb gülümsəməyə çalışsada, bir ixtiyar gözləri doldu. Özünə görə bu qədər mərhəmət duyub göz yaşı axıdanı olmamışdı həyatında, xalasından başqa. Aylın Nicatın boynuna sarılıb, ağladı səsini içinə salıb oğlu oyanmasın deyə.
Niacat Aylını birinci dəfə idi ki, belə qorxmadan, çəkinmədən, heçnə düşünmədən özünə bərk — bərk sıxıb tutudu. Of canım of, sənində ürəyin mənimkindən az mərhəmətli deyil, biz ikimiz nələr çəkmədik ki bu zalım həyatdan? mərhəməti əksik qaldı, heç istəmirəmdə artıq. Tək bir istədiyim var, onu məndən almasın başqa nə mərhəmətini, nədə başqa şeyini isəmirəm. Aylının saçlarının qoxusunu aldı saçlarına üzünü sürtərək, Aylını buraxmaq istəmirdi qollarından. Aylın Nicatın üzündən öpüb, əlləriylə üzündən tutub, — Nicata: sənin o bir istəyinə çatmançün azacıq özünü toparlayıb ürəyindəki sirrini mənə açsan, inan əlimdən gələni edərəm sənin o arzuna çatmançün. Canımıda verərəm sənə gərəkirsə inan, təki sən istəyinə çat, başqa heçnə istəmirəm. Niçatda Aylın əllərini tutub öpüb üzünə tutudu, — Aylına: bilirəm canım verərəsən şüphəm yoxdur, o canına qurban olum sənin. Ancaq o mənim ürəyimdə həyətımın son gününə qədər qalacaq bir arzudur, sirrdir deyə bilməyəcəyim. Aylının axlına Nicatın atası gəldi. Nicatın tək bir doğmasıydı ki, həyatında var idi atasının bundan xəbəri olmasada. Aylın — Nicata: söz verirəm o arzuna çatacaqsan, əllərini Nicatın üzündən çəkib gözlərini sildi.
Nicat ayağa qalxdı, — Aylına: sən yat canım yorğunsan, Aylına yerinə uzanmağa yardım edib üstünü örtdü, yatan uşağa baxıb gülümsədi. Aylının gözləri bağlanırdı yorğunluqdan. Nicat Aylının alnından öpüb, pıçıltıyla — Aylına: söz vermə canım, çünkü qeyri mümkündür bu dediyin. Aylının gözləri bağlanmışdı, Nicat Aylının üzünə sığal çəkmək istəsədə, əlini saxladı toxunmadı. Dərindən nəfəs alıb, yavaş addımlarla otaqdan ışığı söndürüb çıxdı, ehtiyatla qapını örtüb getdi.
Nicat vanna otağına gəlib, suyu açıb güzgüdən özünə baxdı. Çox kövrəldi, öz — özünə: qeyri mümkündür canım söz vermə, səssiz — səssiz ağladı əlləriylə başını tutub. Nicata çox yazıq olmuşdu, canı yanmışdı yazığın.
Səhər açılmışdı, Nicat Aylından qabaq oyanıb, mətbəxtdə səhər yeməyini hazırlamışdı. Atasınında yeməyini verdmişdi işə gedincə. Aylın oyanıb gəldi mətbəxtdə. Nicatın masanı hazırladığını görüb — Nicata: sən niyə zəhmət çəkirsən mən varkən? Nicat qəhvələr süzürdü.
Aylının səsini eşidib gülümsədi. — Aylına: sabahın xeyir canım, gəl bu gün mən qulluq edəcəm sizə. Aylın — Nicata: sabahın xeyir gözəl insan, gəlib Nicatın süzdüyü qəhvələri götürüb yardım etmək istədi, Nicat qoymadı. Aylının qolundan tutub, mehribanlıqla masa arxasında otuzdurdu. Nicat — Aylına: dedim axı mən qulluq edəcəm sən əyləş, Aylının narahat olduğunu hiss etdi, nə düşündüyünü anladı. Nicat — Aylına: onunda yeməyini qəhvəsini vermişəm, sən rahat ol. Gəlib əyləşdi, qəhvənin birini Aylının qarşısına qoydu, Aylın təşəkkür etdi, əllərinə sağlıq dostum. Nicatı üzürdü hər dəfə Aylının ona dostum deməsi, ancaq Nicat nankör biri deyildi, bunada şükür edirdi ürəyində. Nicat — Aylına: nuş olsun, aslan parçam yatır hələ şirin — şirin. Aylın qəhvədən bir udum icib Nicata baxdı, — Aylına: sən yorğunsan bu gün istərsən evdə qal gəlmə işə, mən öfdəsindən gələrəm. Aylın dərindən nəfəs alıb — Nicata: elə söhbət yoxdur, bilirsən gələcəm işə və biz birlikdə çalışacağıq. Nicat çörək diliminə yağ — bal sürtüb Aylına uzatdı, o zaman al canım ye ki işləməyə halın olsun. Aylın çörək dilimini götürüb dişləyib yedi, — Nicata: o zaman özünədə hazırla mən məşğulam dostum, zarafat etdi. Nicat özünədə yağ — bal çəkib yedi gülümsəyib, ikisinində ürəklərndə dağlar qədər dərtləri olsada, biruzə verməməyə çalışırdılar.
Ramizdə işə gəldi, Dilqəmlə salamlaşıb keçib ətləşdi yerində. Dilqəm — Ramizə: qardaşım necəsən? Ramiz kampyuterini açıb — Dilqəmə: belədə qardaşım, nə yaxşı, nədə pis, günlərimiz gəlir keçir mənasız. Dilqəm gülümsəyib, — Ramizə: keçməz sənin günlərin mənasız, Ramizin qızlarla gəzməsinə işarə etdi. Ramiz anladı Diqləmin nə demək istədiyini, cavab verəçəkdi zəng gəldi telefonuna. Ramiz telefona cavab verdi alo, bəli mənəm buyurun, biraz qulaq asdı rəngi dəyişdi nə dedilərsə telefonda. Dilqəm Ramizin halından anladı nə isə olduğunu, narahat oldu ayağa qalxıb yaxınlaşdı. Ramiz telefonu söndürüb Dilqəmə baxdı həyacan dolu baxışlarla, bir anlıq elə həyəcan keçirdi ki, pis oldu. Dilqəm tez su töküb verdi, — Ramizə: iç qardaşım, nə oldu? Ramizə zorla sudan içirtdi bir udum. Ramiz əliylə Dilqəmin əlindəki su bakalını vurub saldı, bağırdı! Dilqəm baxa qaldı. Ramiz yumuruqlarıyla masaya vura — vura bağrdı! dəli kimi, haqsızlıqdır — haqsızlıqdır, bu qədər haqsızlıq olmaz Allahım.
Ayağa qalxıb üzgün baxışlarla Diqləmə baxdı, gözlərindən yaş axdı üzünə. Dilqəm soruşmağada cəsarət etmirdi, nə olmuşdu? axlınada gəlmirdi heçnə, fikirləri qarışmışdı. Ramiz kövrək sələ — Dilqəmə: haqsızlıq qardaşım, duyursanmı? kövrəldi. Dilqəmin elə bil ürəyinə nə isə damdı, — Ramizə: nədir qardaşım haqsız olan? de nədir. Ramiz dərindən — dərindən nəfəs alıb, — Dilqəmə: Nazlı rak xəstəsidir.
Dilqəmin qulaqlarında cingilldədi Ramizin dediyi bu söz, Nazlı rak xəstəsidir, bir anlıq fikrini toplamağa çalışdı. Ramizə baxdı həyacan və qorxu dolu baxışlarla, nəə? Ramizdəndə betər Dilqəmə təsir etmişdi bu xəbər. Ramiz tez Dilqəmin boynundan tutub, özünə çəkib sıxıb tutdu. Dilqəmin ahı, ağlaşı Ramizin sinəsini elə göynətdi ki, çarəsizdi qardaşnın qarşısında. Ramiz tutub zorla saxlayırdı Diqəmi, yazıq Dilqəm elə ağlayırdı ki, Ramizin qollarından yerə yıxılacaqdı halı qutarırdı dözə bilmirdi. Nazlının haqda eşitdiyi həyatını məhv etdi bir anda. Ramiz Dilqəmi kresloya otuzdurdu zorla, Dilqəm əlləriylə başını tutub ağlayırdı. Dilqəm — Ramizə: mən onsuz ölərəm qardaşım, ölərəm yaşamaram eşidirsənmi? Ramiz Dilqəmin üzündən tutub — Dilqəmə: qardaşım varımızı satarıq onu qurtaracağıq qorxma sən. Qardaşım söz verirəm sakit ol, Ramiz Dilqəmə sakit ol desədə, özüdə zor dayanırdı gözlərindən yaş süzülürdü. Dilqəm heç çürə sakitləşə bilmirdi, Ramizdə elə pis olmuşdu ki bilmirdi nə etsin, canını verərdi qardaşının bu halını görməməsiçün. Dərindən — dərindən nəfəs alıb, kinli baxışlarla baxdı, Allah tək bizimmi həyatımıza yazılıb bu… yazılar? söydü əsəbindən.
Səsə içəri Nazlı gəldi, ikisinində pərişan — ağlayan görüb — olara: nə oldu? Nazlının səsinə ikisidə biri — birilərinə baxdılar, bir anda şok oldular. Necə deyə bilərdilər dünyanın işığına həsrət qalmış anasının, gözünün ağı — qarası olan bircəcik qızının xəstə olduğunu. Canlarından artıq sevdiklərinin rak xəstəliyinə tutulduğunu, necə deyəcəkdilər? çox çətin idi. Ramiz Dilqəmə baxışlarıyla bildirdi ki deməsin.
Ramiz dönüb — Nazlıya: heçnə olmadı bacım, bilirsən mənim ara — sıra dəliliklərim tutur, qardşımıda üzdüm ağlatdım. Nazlı qorxmuşdu! hiss edirdi səslərindən nə isə pis bir hadisə olmuşdu, onların ağlamalarından şüphəli — şüphəli baxırdı. Nazlının üzünə baxa bilmirdi Dilqəm, canı elə acıyırdı, elə bil bədəninə şişlər batırırdılar. Özünü sıxıb tutdu qollarıyla qorxmuş uşaq kimi, ağlayan səsini içinə saldı ki, Nazlı bilməsin. Əsirdi özündən bi ixtiyar,
Nazlı tez Dilqəmə yaxınlaşıb, onu qucaqlayıb özünə sıxdı, — Dilqəmə: nə oldu sənə canım? Dilqəm Nazlını qucaqlayada bilmirdi, qollarını buraxa bilmirdi özündən əsirdi. Nazlı dönüb Ramizə baxdı, Ramizin gözlərindən yaş süzüldü yanaqlarına. Nazlı anladı nə isə olmuşdu özünə demirdilər, birdən nəsə düşünüb — Ramizə: anammı? anasına nə isə olan bilib çox qorxdu. Dilqəm Nazlı anammı? dediyində elə ağladı ki, Nazlını qucaqlayıb. Ayağa qalxıb Nazlını üzündən, gözlərindən, öpə — öpə hər şey yaxşı olacaq canım, qorxma mən səninləyəm, gözlərinin yaşı sel kimi axırdı üzünə. Nazlı elə bildi anasına nə isə olmuşdu, bir anda qorxudan özündən kemindi Dilqəmin qollarında. Dilqəm Nazlını tutdu qoymadı yıxılsın, Ramiz qalmışdı baxa yerində donub. Dilqəm Nazlını səslədi, canım Nazlııı aç gözlərini, Nazlı özündən getmişdi duymurdu səslədiyini.
Dilqəm Nazlını qucağına alıb Ramizə bağırdı! nə durursan yardım çağır. Ramiz bir andaşaşırdı, tez telefonunu masadan götürüb zəng etdi tibbi yardıma. Dilqəm qucağında Nazlıyla otaqdan qaçaraq çıxdı, Ramizdə ardınca qacaraq getdi, dəhşətli bir mənzərə idi, ürəkləri param — parça edən.
Aylın Nicatla işə gəlmişdi, Aylın kampyuterdən gözlərini çəkib əlini üzünə çəkib baxdı, içəri Nicat girdi orta yaşlı bir qadınla. Aylın elə bildi şirkətdə çalışmaqçün gələn biri idi. Nicat — Aylına: Aylın xanım tanış ol, bu xanım dayədir Sərdar bəyə baxacaq burda yanımızda. Aylını şaşırtmağa davam edirdi Nicatın syurprizləri. Aylın oturduğu yerindən baxdı diqqətlə üzünə, pis insana bənzəmirdi qadın, Aylın qadına bir söz demədi, Nicata baxdı gülümsədi. Aylın — Nicata: mən sənə güvənirəm dostum, göstər oğlumun otağını xanıma. Aylının bu qədər özünə etibar etməsindən Nicat qürur duydu, Aylın masadan nə isə kağızlar götürüb baxdı. Nicat — qadına: buyurun, sizə göstərim iş yerinizi və kiçik Sərdar bəyi. Qadın otaqdan çıxdı, ardınca Nicatda çıxarkən dönüb Aylına baxdı, gülümsədi. Aylın hiss edirdi Nicatın özünə baxdığını, ancaq baxmadı ona ki aralarında etibar vardı, Nicat başqa bir şey düşünməsin. Nicat qapını örtüb getdi, Aylın əlindəki kağızları masaya qoyub öz — özünə nə isə fikirləşib, gülümsədi.
Nicata qadını Sərdarın otağına gətirdi, qadın uşağı görüb gülümsəyib, yaxınlaşıb uşaqla danışdı, ayy bəy əfəndiymiş özü artıq. Nicat dayanıb qadına baxırdı, uşaqla davranışına — danışığına diqqət yetirirdi, qadın uşağı mehribanlıqla qucağına alıb danışdırdı. Sərdar bəy bundan sonra birgə çox vaxt keçirəcəyik səninlə. Mən Cansu, tanışdığımıza çox şadam, uşaqda qadına baxıb gülümsədi. Nicat uşağın gülümsəməsindən xoşlanıb, özüdə güldü, yaxınlaşıb — uşağa: aslan parçam sizə əmanət Cansu xanım. Ona gözünüz kimi baxın və maaşınızdan narazı qalmayacaqsınız. Cansu — Nicata: narahat olmayın Nicat bəy, xoşunuza gəlməssəm məni işimdən kənarlaşdırarsınız. Nicat qadına baxdı, qadının gözlərində etibar və güvən gördü. Gülümsəyərək, o zaman yeni işinizə xoş gəldiniz, qalan şeylərlədə mən sizi tanış edim.
Ramiz tibbi yardımın ardınca gəlib xəstaxanaya çatdı. Nazlını maşından düşürüb tez içəri apardılar, Dilqəmdə Nazlının yanında getmişdi. Ramizdə yetişib Diləqmlə bərabər yanında gedirdilər Nazlının. Qapıda oları saxladılar, siz burda gözləyin müayinə edək xəstəmizi, qapıları bağladılar. Dilqəm yıxılmamaqçün əliylə qapıdan tutub dayandı, Ramiz arxadan Dilqəmin çiyninə əlini qoyub ardında dayandı. Dilqəm dönüb Ramizi qucaqlayıb ağladı hönkürüb, ikisidə elə məhv olmuşdular ki, biri — birilərindən tutub zorla dayanırdılar ayaqda. Ramiz anasından sonra zorla özünü toparlamağa çalışırdı, bu xəbər onu yenidən məhv etdi, gözlərinin yaşı axırdı ağlayada bilmirdi. Nə olacaqdı Nazlının anasının halı? kim deyəcəkdi ona bu xəbəri? Ramiz gözlərini yumub dayandı bir anlıq.
Günorta olmuşdu, Nicat — Aylına: yemək vaxtıdır Aylın xanım. Aylın gözünü kampyuterdən çəkib — Nicata: bu gün işdən çıxanda Afət xalana gedərik, — Aylına: gedək çanım sevinər, səni bir başqa çox sevir xalam. Aylın — Nicata: qısqandınmı? gülümsəyib, -Aylına: yox canım, mən səninlə hər şeyimi paylaşdım artıq, qısqanmaq yoxdur. Aylın kampyuterini söndürüb ayağa qalxdı, — Nicata: o zaman gedək yeməyimizi yeyək, çox işimiz var Nicat bəy. Nicat ayağa qalxıb — Aylına: xanımlar öndən, buyurun Aylın xanım. Aylın öyrənmişdi Nicatın xasiyyətinə və zarafatlarına. Aylın zarafatla — Nicata: öndən keçib bəylər qapını açmağın dərdindən, xanımları qabağa göndərirlər bəhanə ilə ki qapını açaq. Nicat tez keçib qapını açdı ki Aylın keçsin, Aylın gülümsəyib otaqdan çıxdı yanından keçib. Ardıncada Nicat Aylının sözünə gülərək, çıxdı.
Aylınla gəlib uşağın otağına baxdılar, dayə uşaqla oynayırdı, Aylınla Nicatı görüb ayağa qalxdı. Aylın — dayəyə: narahat olmayın əyləşin. Aylın gəlib oğlunu qucağına alıb öpüb oxşadı, oxx cənnət qoxulum mənimmm, sən yedinmi oğlum? — Aylına: yedi Aylın xanım, narahat olmayın. Biz birazdan dışarı çıxacağıq Sərdar bəylə hava alsın, Aylın dönüb Nicata baxdı. Nicat baxışlarıyl işarə edərək, hər şey yaxşıdır narahat olma deyə işarə etdi. Aylın — dayəyə: çox uzaqlaşmayın buralarda gəzin, uşağı yerinə otuzdurub öpdü, mən birazdan gələcəm oğlum. Qalxıb gəldi, Nicatın yanına çatanda dönüb baxdı oğluna. Nicat Aylının narahatlığını anlayırdı, birinciydi ki Aylın oğlunu kiminləsə qoyurdu tək. Nicat uşağa əl sallayıb gülümsədi, uşaqda Nicata şirin — şirin baxdırdı. Nicat dözmədi uşağın baxışlarına, gedib götürüb iki üzündən öpüb yerinə otuzdurdu gəldi. Qapını açıb Aylının otaqdan çıxmasını gözlədi. Aylın otaqdan çıxarkən Nicata baxdı, Nicat gülümsədi ki, Aylının stresi keçsin. Aylın otaqdan çıxdı, ardıncada Nicat çıxaraq qapını örtdü.
Aylın otaqdan çıxıb bir addım getmişdi ki, qulağına səs gəldi, elə bildi ağlayan oğludu. Geri dönüb təlaşla getmək istəyirdi, Nicata çaxıldı dayandı. Nicat Aylının çiyinlərindən tutub baxdı, — Aylına: sakit ol canım hər şey yaxşıdır. Aylın Nicata elə yazıq baxışlarla baxdı ki, Nicatın ürəyi parçalandı. Aylını otağın qapısından biraz kənara apardı, cibindən telefonunu çıxarıb açıb göstərdi. Nicat — Aylına: elə bilirsən mən Sərdarı onunla elə — belə gözü bağlımı qoymuşam?
Aylın Nicatın telefonundan uşağın otağını izlədiyini götüb, baxdı ona. Nicat — Aylına: o tək sənə deyil, mənədə candır artıq, anlayırsanmı? qorxma canım. Sənin qədərdə mən onu qorumağa çalışıram bütün gücümlə, Aylının gözləri yaşardı. Nicat həqiqətən özünə və oğluna qarşı düşüncəli duyğusal idi, — Aylına: gördünmü canım? sakit ol gözüm üstlərindədir. Nicat gülümsəyərək, qolunu işarə etdi ki, Aylın qoluna girsin. Aylın Nicatın qoluna — qolunu mehribanlıqla salıb tutdu, getdilər yeməyə.
Dilqəm Nazlının yanında əyləşib saclarını sığallayırdı, yavaş səslə — Nazlıya: canım, canımın — canı, yaxşı olaçaqsan. Nazlıya deməmişdilər hələ pis xəstəliyi olduğunu. Nazlı — Dilqəmə: çox qorxdum! anama bir şey oldu düşündüm, bağışla canım sənidə qorxuzdum. Dilqəm Nazlının alnından öpüb, alnını — alnına dayayıb dayandı. Bilmirdi Nazlıya necə desin bunu, canı göynəyirdi — Nazlıya: canım burda qalacaqsan az vaxtlıq, — Dilqəmə: neçə saat? Dilqəm Nazlıya baxdı. Söz böğazında düyünlənib qalmışdı, deyə bilmirdi saat yox, hətta günlərdə yox, udqunub dərindən nəfəs alıb baxdı. Dilqəm -Nazlıya: sənin burda qalman lazımdır canım, bilmirəm necə gün çəkər, Nazlı gün dedikdə yerində oturdu. Şaşqın baxışlarla baxaraq — Diləqmə: sən nə danışırsan, nə gün? Dilqəm keyləşmişdi elə bil, sözlərini qurub düzgün cümləsini deyə bilmirdi. Canım gün yox, Nazlının baxdığını görüb baxışlarını qaçırtdı, Nazlı şüphələndi Dilqəmin baxışlarından, — Dilqəmə: canım məndən nə gizlədirsən? Dilqəmin sanki nəfəsi kəsilirdi, özünü pis hiss etdi.
Nazlı Dilqəmin çənəsindən tutub üzünü özünə tərəf çevirdi üzünü, Dilqəmin gözlərindən yaş sel kimi gəlirdi, — Dilqəmə: sən ağlayırsanmı? Nazlı bir anlıq düşündü, şüphəli baxışlarla Dilqəmə baxdı. Mənim bilmədiyim bir şeymi var canım mənə ayit? Dilqəmin gözlərindən yaş süzüldü üzünə, Nazlı Dilqəmin yaşlı gözlərini əliylə sildi. Dilqəm Nazlının əlini öpüb üzünə tutub ağladı, — Nazlıya: sağalacaqsan canım, sən sağalacaqsan duyursnmı məni? Nazlı Dilqəmin sözlərindən və ağlamasından anladı ki, nə isə özündə xəstəlik vardı. Nazlı pis olsada, zorla Dilqəmdən soruşdu, nəyim var canım? gizlətmə məndən nə olar de, pis xəstəliyəmi düçar olmuşam? Dilqəm titrəyən əliylə Nazlının saçlarını sığallayıb baxdı. Mən yanındayam canım sağalacaqsan təkrarladı, Nazlı Dilqəmin əlindən tutub baxdı, anladı ciddi bir xəstəliyi olduğunu artıq. Yazıq qızın dünyası yıxıldı başına, anasını düşündü o an, pıçıltılı səslə ana dedi. Dilqəm öləydim bu anı görməyədim deyirdi ürəyində, Nazlının ana deyən səsi qulaqlarında əks — səda verdi. Nazlının əli Dilqəmin əlindən boşalıb, düşdü yanına. Dilqəm Nazlıya elə baxdı ki, sanki Nazlı onu bu dəqiqə tərk edib gedirdi bu dünyadan. Dilqəmlə Nazlı biri — birilərinə baxdılar həyəcanlı baxışlarla, Dilqəm Nazlıya sarılıb qucaqlayıb sıxdı özünə. Nazlıda Diqləmi qucaqlayıb ağladı,
Ramiz qapını açıb olara baxırdı, tezdə qapını örtüb çıxdı dözə bilməyib. Əllərini tez — tez açıb yumdu, öz — özünə: olsun sən belə et zalım fələk, bax səninlə ayaqlaşmassam, dirəşməssəm, son nəfəsimə kimi haram olsun mənə. Dur bu dəfə mən sayacam sən peşman olacaqsan, tez getdi həkimlə danışmağa.
Nicatla Aylın yeməkdən dönmüşdülər şirkətə, bir necə yeni işçilərdə əlavə gəlmişdilər. Nicat yeni gəlmiş katibə — qıza: yeni işçiləri tanış et işləri ilə, yardımçı ol olara. Qız — Nicata: baş üstə Nicat bəy, qız yeni — gələnlərə: buyurun mənimlə gəlin, otaqdan apardı olarda çıxdılar.
Nicat-Aylına: sən bir söz demədin? — Nicata: ehtiyac yoxdur dostum, sən işini məndən yaxşı bilirsən. Nicat qalxıb Aylınla özünə kofe makinasından iki fincan qəhvə süzdü, gətirib Aylına verdi qəhvə fincanını. Aylın təşəkkür edib götürdü, Nicat Aylına yaxın stulda əyləşib — Aylına: nəyin var sənin? canın sıxılan kimi görsənirsən. Aylın dərindən nəfəs alıb — Nicata: bilmirəm, ürəyimdə bir narahatlıq var, sanki yaxın birinə nə isə olmuş, yada olacaq. Nicat qəhvədən içib — Aylına: sıxma o gözəl ürəyini, hər şey yaxşı olacaq inan mənə, — Niçata: inşallah, Nicatın telefonuna zəng gəldi. Nicat qalxıb masadan telefonunu götürüb dönüb Ayına baxdı. Aylın Nicatın baxdığını görüb, elə bildi zəng edən Ramizdir ona, — Nicata: Ramizdirsə açma, nə olar bax ürəyim boş yerə sıxılmır, çırpınmır mənim. Bax bilirəm yenə bir oyun açacaq başımıza, — Aylına: Ramiz deyil Dilqəmdi, telefona cavab verdi alo. Nicat biraz qulaq asdı dediklərinə və əlindən qəhvə fincanı düşüb çilik — çilik oldu yerdə. Aylın həyəcan dolu baxışlarla baxdı Nicata, tez qalxıb Nicatın yanında dayandı. Nicatın üzünün ifadəsi elə dəyişmişdi ki, Aylın qorxdu, Nicatın qolundan tutub, nə oldu? Nicatın gözləri doldu yaşla. Səsi tirədi, — Aylına: Nazlı rak xəstəliyinə düçar oldumuş, indi xəstəxanadadır. Aylın əlləriylə üzünü tutub baxdı, inanmaq belə istəmədi bir anlıq. Aylının axlından nələr gəldi — keçdi bir Allah bildi, dəhşətə gəldi eşitdiyindən xəbərdən. Əlləriylə başını tutub baxdı Nicata, ikisidə eyni şeyi düşünürdülər, biri — birilərinə baxıb.
Nicat dözmədi, Aylını qucaqlayıb ağladı hönkürərək, Aylın keyləşmişdi sarsıldıcı xəbərdən. Nicatın kürəklərində əllərini yumuruq sıxıb tutudu, canları acıyırdı ikisinində. Aylın yumuruqlarıyla Nicatın kürəyinə yavaşdan vura — vura, içinin yanğısını durdurmaq istəyirdi sanki. Ancaq bu elə bir xəbər idi ki, insanın canına alovsiz yanğı qoyurdu, dünyasını yıxırdı başına. Aylın Nicatın boynunun arxasından tutub sıxdı bərk — bərk özünə, Nicatın qulağına pıçıldadı həyəcandan batmış səsiylə. Nicat nə olar yalandı de, nə olar yuxudu de, nə olar ayılt məni bu yuxudan, nə olar, nə olar yalvarıram bir şey de. Aylın səsini içinə salıb ağladı Nicatı qucaqlayıb, Nazlının xəstəliyi bir yanğı idi indi canıarını acıtırdı. Anası bildiyində bu dərtlə yaşayardımı? bu da başqa bir yanğı idi, ürəklərinə gəlmişdi dəvətsiz qonaq kimi.
Ramiz həkimlərlə danışırdı, həkim — Ramizə: mən sizi anlayıram cavan oğlan. Bu xəstəlikdən son zamanlar təssüflər olsun ki, çox insanlar əziyyət çəkirlər, bu xəstəlik nə yaşlıya, nə körpəyə acımır, amansızdır. Dediyim kimi, biz sabahdan başlayacağıq xəstəmizin müalicəsinə, bildiyiniz kimi donur tapılsa xəstəmizi qurtarmaq mümkün olacaq. İnanıram ki tapılacaq inşallah, məni bağışlayın indi isə xəstəmizlə maraqlanım, Ramizin yanından keçib getdi. Ramiz əlindən gələn hər şeyi etməyə hazır idi, indi axlında tək bir fikir vardı, təki Nazlı sağalaydı.
Aylın Nicatla Nazlının yanına gəlmişdilər. Aylın Nazlının başı üstə dayanmışdı, Nicatda yanında əyləşmişdi. Aylın özünü toparlayıb, Nazlını üzməməkçün ağlamırdı, — Nazlıya: sən sağalacaqsan canım bacım inan mənə. Nicatda Aylının sözünə dəstək olmağa çalışsada bacarmadı, kövrəldi kənara baxıb pıçıltılı səslə, Allahım nə olar sən mənim canımı al bacımın əvəzinə. Nazlı görürdü sevdiklərinin necə üzüldüklərini, cəsarətini toplayıb bütün gücüylə dayanırdı ağlamayıb. Nazlı — olara: anama nə olar bir söz deməyin bu haqda, məhv olar qalanıda yazığın, dözməz mənsiz. Nicat Nazlının alnından öpüb baxdı yaşlı gözləriylə ona, demərik bacım sən hələ sağal. Bilirsən sənsiz yaşamaz anan, güclü olacaqsan və sən bu xəstəliyə qalib gələcəksən bizimdə xətrimizə, ananında xətrinə, duyursanmı məni?
Nicat Nazlının üzündən ikki ələriylə tutub yalvardı, Bacım mənim xətrimə nə olar güclü ol, yalvarıram söz ver mənə. Aylında pis olurdu Nicatın yalvarışlı sözlərini duyduqca, qapı açıldı içəri Ramiz girdi. Aylın Ramizə baxdı çox üzgündü, sanki ruhunu canından almışdılar. Ramiz heç Aylına baxmadı, gəlib Nazlının yanında dayanıb baxdı Nivata tərs — tərs. Nicatda heç Ramizə məhəl qoymurdu, heç yeridə deyildi, indi hər kəsin axlında olan Nazlıya yardım etmələri idi, ona donur tapmaq lazımdır tələsik. Nicat Nazlının üzündə öpüb, ayağa qalxdığında Ramizlə üz — üzə gəldi. Ramiz Nicatın gözlərinin içinə nifrət dolu baxışlarla baxsada, Nicat ondan heç qorxmurdu. Nicat — Aylına: gəlsənə mənimlə deyəcəklərim var. Ramiz Nicatın yerində əyləşdi, Nazlının əlini tutudu. Aylın əyilib Nazlının alnından öpüb, biz burdayıq canım, indi dönəcəm getdi.
Ramiz Aylını xeyli vaxtdı görmürdü, Nazlını üzməməkçün sakit dayanırdı dilini dişlərinə sıxıb. Nazlının saçlarını sığallayıb titrək səslə — Nazlıya: canım bacım mənim. Nazlı Ramizin əlindən öpdü kövrəldi, — Ramizə: Dilqəm hara getdi? Ramiz yavaş səslə — Nazlıya: gələcək birazdan. Anasını apardı ananın yanına, tək qalmasın yazıq, Nazlı kövrəlib ağladı. Ramiz tez Nazlını qucaqlayıb tutdu sinəsinə qısıb, çarəsiz baxışlarla baxdı yazıq — yazıq.
Aylın Tahirə zəng edib, orda donur axtarmasını xayiş etdi. Nicatda kimlərələsə danışırdı telefonda, çox sağol gözləyirəm xəbər sağol, telefonu söndürüb Aylına baxdı. Aylın Tahirlə danışıb telefonu söndürüb baxdı kiməsə. Nicat Aylının baxdığı tərəfə baxdı, qaçaraq gələn üzgün — yorgün Dilqəmi görüb üzüldülər. Dilqəm yetişib qapını açınca dayanıb baxdı Aylına tərəf. Aylın Dilqəmin necə göz görə — görə məhv olduğunu görüb, dahada pis oldu. Dilqəm indi hər kəsdən yardım istəyirdi, baxışlarından bəlli idi, Aylın Dilqəmə ümid verici baxışlarla baxdı. Dilqəm qapıdan əlini çəkib, gəlib Aylına sarılıb ağladı. Nicat pis oldu, əliylə başını tutub kənara getdi, divara söykənib yerə çöküb qaldı baxa.
Aylında Dilqəmi qucaqlayıb — ona: möhkəm ol dostum, möhkəm ol sağalacaq inan, söz verirəm sənə hər şey edəcəyik. Bax görəcəksən sağalacaq, bu qədər haqsızlıq olarmı? olar hə zalım dünyadı, bizə üzümüzü güldürməyən zalım dünya. Ancaq biz onun zalımlığına qarşı gedəcəyik bir olub. Dilqəm — Aylına: mən onsuz yaşamaram, mən sənin kimi güclü deyiləm, eşidirsənmi? yoxdur artıq gücüm, məhv oldu hər şeyim, Aylına Dilqəmin bu sözləri daş kimi dəyirdi. Dilqəm — Aylına: ona bir şey olursa söz ver məni vuracaqsan, söz ver, nə olur məni onunla birgə məzara qoyacaqsan, mən bunu başqasından yox, səndən istəyirəm qonşum. Dilqəmin gözləri qızarmışdı ağlamaqdan. Aylının gözlərindən yaş sel kimi axırdı, Dilqəmin buynundan ikki əlləriylə tutub — Dilqəmə: söz dostum, sağalda bilməssəm dediyini edəcəm. İndi toparla özünü Nazlının yanında ağlama, danışdıqmı? qıza dayaq lazımdır bizdən, anladınmı? Dilqəmin boynundan tutub sirkələdi. Dilqəm anladınmı dostum məni, eşidirsənmi? Dilqəm içini çəkə — çəkə dərindən nəfəs alaraq, başıyala hə deyə işarə etdi, danışa bilmirdi. Dilqəm — Aylına: çox sağol dostum varsan, məni biraz rahatladın söz verib, artıq qorxmuram. İnan ki qorxmuram, bilirəm onunla olacam söz verdin mənə sən. Aylın Dilqəmin gözlərinin yaşını sildi əlləriylə, üzünə yavaşdan şillə vurub — Dilqəmə: get yanında ol, sənə ehtiyacı var. Dilqəm uşaq kimi qoluna gözlərini — burnunu silib, getdi icəri Nazlının yanına.
Aylın Dilqəmin ardınca baxa qalmışdı, bir necə dəqiqə öncə ona söz vermişdi bacara bilməyəcəyi işə. Aylın ürəyində küt bir ağrı hiss etdi, nəfəsini ala bilməyib qaldı, əliylə ürəyinin üstündən tutdu. Dilqəm icəri girdiyində Ramiz çıxdı qapıdan, Aylının ürəyini tutub qaldığını görüb, bir an baxa qaldı ona. Nicat başını tutub divara qısılıb qalmışdı, görmürü Aylının üzünü. Aylının nəfəsi gəlmədi, ağrıdan beyni keyləşdi, gözləri qaraldı nəfəsi gəlmədiyiçün, özünə baxan Ramizi gözü seçmədi. Yıxılacaqdı, Ramiz qaçaraq gəlib tutudu, Aylın qollarında düşdü. Nicat Aylının yıxıldığını görüb, ayağa durub tez qaçıb gəldi, bir anda Ramizlə bir — birinə baxdılar. Nicat istəmirdi Ramiz qollarına alsın Aylını, Ramizdə Nicatın toxunmasını heç istəmirdi Aylına. Ramiz Aylını qollarına alıb səslədi, Aylınnn. Aylından səs gəlmədi, Nicat qaçdı həkim çağırdı, həkim qacaraq gəldi baxdı, — Ramizə: tez ardımca gətir. Ramiz tələsərək apardı Aylını qucağında həkimin ardınca.
Hər kəs pərişan idi olanlardan, Dilqəmin anası Nazlının anasının yanında idi. Nə deyəcəyini bilmirdi qalmışdı çarəsiz, nə deyəydi? qızın ağır xəstəliyə tutulmuşdu sözünü necə dilinə gətirərdi? Baharın ürəyi param — parça olmuşdu. Bəlkədə ömründə yaşadığı ən ağır günlərdən biridə bu gün idi. Bahar xanım saat necə oldu? — Afətə: saat 9 olub. Yazıq təcübləndi, görməyən gözləriylə baxdı səs gələn tərəfə. Afət — Bahara: bəs Nazlı niyə gəlmədi? Dilqəmlə yeməyəmi çıxıblar? Baharın gözlərindən yaş süzülürdü. Afət xanım elə bil hiss etdi Baharın ağladığını, həyəcanlandı. Bahar xanım qızım hardadır? Bahar bilmirdi nə uydursun, nə desin ki, üzülməsin bu halıyla yazıq qadınçığaz. Bahar xanım sən ağlayırsanmı? nə oldu, niyə danışmırsan? qızıma nə oldu? aman Allahım qızım deyib, tələşlandı Nazlının adını çəkərək.
Bahar tez qolundan tutub sakitləşdirməyə çalışdı, Afət xanım sakit olun yox bir şeyi qızının. Afət — Bahara: bəs niyə ağlıyırsan sən? əliylə axtarıb, Baharın yaşlı gözlərinə toxundu. Sən ağlayırsan, de nə olub? Bahar zorla özünü toparladı. Afət xanım bilmirəm necə deyim sənə, — Bahara: de Bahar xanım necə var, gizlətmə de üzmə ürəyimi. Nə oldu, qızım hanı? Bahar bir anlıq düşünüb — Afət: Nazlını oğlum qaçırmış, o arada başqa bir şey düşünə bilmədi yazıq, axlına gələn bu fikir oldu. Nazlının anası təcübləndi, nəəə? qaçırmışmı? Bahar yavaş səslə — Afətə: ikisinində razılığı olmuş. Bunu sizə necə deyəcəyimi düşünüb ağladım, bağışlayın çox üzgünəm. Anası elə pis oldu ki, mənim qızım elə şey etməz, yox — yox bu yalandır. Bahar gözlərinin yaşını silib — Afətə: Afət xanım bir səhvdir etmişlər, cavandırlar bğışlayın. Afət elə pis oldu ki, elə bil qaldırıb yerdən — yerə vurdular yazığı. Afət — Bahara: niyə etdilər bunlar belə? biz danışmışdıq axı, evlənəcəkdilər.
Görməyən gözlərindən yaş süzüldü yanaqlarına, dur mən deyim niyə belə etdiklərini. Anladım, məndən utanmışlar eləmi? mən görmürəm deyə, özlərinə qəbul bilmədilər toylarında belə vəziyyətdə camaatın qarşısında məni təqdim etsinlər. Baharın ürəyi parçalandı, yox — yox Afət xanım siz nə danışırsınız?
Nazlının anası ağladı üzünü tutub, — Bahara: məni heç təqdim etməzdilər inciməzdim, mən anlayardım oları, nədən belə etdilər, nədən axı. Hönkür — hönkür ağladı yazıq içini çəkə — çəkə. Bahar qucaqladı Afəti, özüdə ağladı — Bahara: mən artıq olara mane olmayacam. Get qızıma elədə de, xayiş edirəm səndən sonuncu dəfə, getmiş xöşbəxt olsunlar, mən anayam pis olmasını istəmərəm. Mən qızıma neçə illərdir yük oldum, yazıq başqaları kimi nə gəzə, nədə istirahət edə bildi mənim üzümdən. Artıq ona yük olmaq istəmirəm, küsmürəmdə. Bahar xanım elədə çatdır qızıma get, gəlməsin məni düşünməsin, artıq rahat yaşasın. Mən bu evdə özümü idarə edə bilirəm, kimsəyə yük olmaq istəmirəm. Get Bahar xanım tək qoyun məni. Bahar Afəti qucaqlayıb, buraxmadan ağlayırdı onunla bərabər. İçi yanırdı onunda Afət qədər, oğlunun həyatı məhv olmuşdu, xəbərsizdi yazıq qadıncığaz olanlardan. Bilmirdi ki, qızına zalım fələk oyun oynamış, pis xəstəliyə düçar etmişdi. Bahar Afətdən çox yanaraq ağlayırdı, çünki gərçəklər içini yandırıb qovururdu.
Aylınada iynə vurub yatızdırmışdılar. Ramiz yanında oturmuşdu ki, Nicat yaxınlaşmasın Aylına. Ancaq alınmırdı yanında qalması özünündə. Nicat Nazlının yanında olanda, Ramiz Aylının yanında olurdu. Ramiz Nazlıya getdiyində, Nicat gəlib oturudu Aylının yanında. Nicat telefonunu çıxarıb dayəyə zəng etdi. Cansu xanım Sərdar yaxşıdırmı? atamada yemək ver unutma, nə isə lazım olsa mənə zəng et, tamam gözün Sərdarın üstündə olsun. Telefonunu söndürüb cibinə qoydu, Aylın gözlərini açıb baxdı Nicata. Aylının ayıldığını görüb, — Aylına: canım yaxşısanmı? qorxutdun məni.
Aylın qalxmağa çalışdı Nicat qoymadı, qalxma canım sakit ol. Aylın narahat oldu ürəyi sıxıldı, oğlum, Nazlı, deyib qalxmağa istədi, Nicat sakitləşdirdi tutub. Uşaqla Cansu var narahat olma, indicə danışdım. Nazlıda yatmış, qalxma sən biraz dincəl. Aylın elə pis olmuşdu ki, — Nicata: mən niyə oyandım axı? Allahım nə olar yuxu olsun bu günkü günüm, kövrəldi. Niçat tez Aylını qucaqladı sakit ol canım, bir gün bu pis yuxudan oyanacağıq və bu günü heç yaşamamış kimi ömrümüzdən siləçəyik. Hər şey yaxşı olacaq, Aylın qalxmağa cəht göstərsədə, halı yox idi. Nicatda onu özünə sıxıb sakitləşdirməyə çalışırdı. Aylın içini çəkə — çəkə ağladı. Bu nədir mən çəkirəm, yetmədimi çəkdiklərim? Allahım nə günah işlədim mən.
İçəri Ramiz girdi, Aylının Nicatı qucaqlamasına əsəbləşdi. Aylın görüb — Ramizə: nə olar insafın olsun vur öldür məni, qoyma zülümdə məni öldür, öldür, ağladı hönkürüb. Ramiz pis oldu Aylının elə deməsinə. Gəlib Nicatı kobutca Aylından ayırıb, tez özü qucaqladı. Nicat Ramizi vurmamaqçün özünü zor tuturdu, yeri deyildi. Aylın Ramizə sarılıb ağlayırdı, çarəsizdi. Aylının axlında Nazlı idi bu an, unutmuşdu belə Ramizlə aralarında olmuş inciklərini. Ramiz Nicata acığa, Aylını qucaqlayıb öpürdü boynundan, saçlarından, üzündən, alnından, — Aylına: mən burdayam canım. Ürəyim gəldim qorxma, kimsəyə bir şey olayacaq sakit ol. Nicat Ramizin Aylını öpüb qucaqlamasına dayana bilmədi, çıxdi geti otaqdan.
Aylın zorla yerindən qalxmağa çalışdı, Ramiz Aylına yardım etdi qaldırdı. Aylın — Ramizə: mən Nazlının yanında olmalıyam, çox halsızdı, hələdə ürəyində ağrı hiss edirdi. Ramiz Aylını qucağına alıb — Aylına: mən yardım edərəm canım, apardı Nazlının yanına.
Nicat Nazlının yanına gəlib, ayaq üstə dayanıb baxdı üzgün baxışlarla. Gözünün önündən getmirdi Ramizin Aylını öpməsi, oxşaması, özündən bi ixtiyar qısqanırdı, yumuruqlarını sıxıb tutudu. Dilqəm yatmış Nazlının yanında oturub, halsız — halsız gözlərini zilləmişdi Nazlıya.
Qapı açıldı, Nicat baxdı içəri Ramiz girdi qucağında Aylınla. Gətirib qucağından yerə qoymadan, Nazlını göstərdi — Aylına: bax canım yatır yaxşıdı, sakit ol. Dilqəm heçnə duymurdu fikirə dalmışdı. Nicat Ramizə baxdı əsəblə — nifrətlə, Ramizdə ona baxaraq, acıq verici baxışlarla süzdü Nicatı. Aylın Ramizin qollarından dartınıb — Ramizə: qoy məni yerə. Ramizlə Nicat biri — birinə baxırdılar. Aylın əsəbləşdi, — Ramizə: eşitmirsənmi, dedim qoy yerə məni. Nicat əsəbləşib — Ramizə: duymadınmı heyvan buraxsana. Aylını Ramizin qollarından alıb, yerə düşməsinə yardım etdi. Ramiz Nicata baxıb, kinlə gülümsədi. Aylın Dilqəmin saçlarına sığal çəkib, Nazlıya baxdı. Nicatla Ramiz bir anlıq Nazlını unudub, köhnə probləmlərinə qayıtmışdılar.
Ramiz Nicatın yaxasından tutdu, Nicat yavaş səslə — Ramizə: sağalıb deyəsən keçən dəfə qoyduğum əziklərin, qaşınırsan yenə? Aylın olara baxdı. Dişlərini bir — birinə sıxıb, yavaş səslə — ikisinədə: yetərrr. Aylının sözündən sonra, Ramiz Nicatın yaxasını buraxdı. Aylın Ramizə baxdı əsəblə, başını narazılıqla sirkələdi. Nicatın qolundan tutub, o bir tərəfinə çəkdi ki, bir — birilərini vurub didməsinlər yenə. Aylın Nicata xayiş dolu baxışlarla baxdı ki, Ramizlə davalaşmasın, səs etməsinlər. Nicat anladı Aylının baxışlarından. Ramizə altdan — altdan baxdı əsəblə.
Səhər açılmışdı, Bahar Afət xanımın deməsinə baxmayaraq, onu tək qoymamışdı yanında idi. Anası yatmamışdı bütün gecəni ağlamışdı, çox üzülmüşdü, Baharda çox üzgündü, yazıq qadının halına. Bahar gözlərinin yaşını silib, əlindəki yemək, çay sinisiylə yaxınlaşdı. Bahar — Afətə: bütün gecənidə yatmadın, səhər yeməyini hazırladım, məni üzmə nə olar ye bir tikə. Afət dinmədi, işıq üzünə həsrət qalmış gözlərini bir nöqtəyə zilləmişdi, sanki görürüdü. Baharda sinini masaya qoyub, məyyus halda əyləşib dərindən nəfəs aldı.
Nazlını başqa otağa köçürmüşdülər, həkim baxıb — olara: bu gündən başlayırıq müalicəsinə, donur artıq axtarılır inşallah tapılar, həkim getdi. Aylın, Nicat, Ramiz, Dilqəm, otağın qapısının qarşısında dayanmışdılar. Hər kəs bir möcüzə gözləyirdi, Aylın Dilqəmə baxdı. Dilqəm danışmırdı kimsəylə, key olmuşdu düşünməkdən. Aylın Ramizə Nicata baxdı, Ramiz alnını ovurdu, çarəsisdi oda hamı kimi düşünürdü. Nicat qollarını biri — birinə dolayıb, divara söykənib dayanmışdı. Birdən axlına nə gəldisə, tez Aylına yaxınlaşıb qulağına nə isə pıçıldayıb getdi. Ramiz Nicatın ardınca tərs — tərs baxdı, kimin hara, nəyçün getməsi heç kimə maraqlı deyildi. Hamı Nazlının sağalmasıçün bir çıxış yolu axtarırdılar.
Aylına zəng gəldi Tahirdən. Aylın telefonu açıb alo Tahir, biraz qulaq asıb, tamam mən indi həkimlə danışıb sənə bildirəcəm. Aylında getdi həkimdən nə isə soruşmağa, Nazlı haqqında. Ramiz zorla ayaq üstə dayanmış Dilqəmə baxdı. Yaxınlaşıb çiyninə əlini qoydu, — Dilqəmə: qardaşım gəl əyləş. Dilqəmi aparıb otuzdurdu divanda, — Dilqəmə: mən indi gəlirəm qardaşım. Dilqəmə içməyə, yeməyə, bir şeylər almaqçün getdi. Dilqəm üşüdü, özünü sıxıb büzüşüb oturdu.
Nicat Xalasının yanına gəlmişdi. Bahar Nicata Nazlının xəstəliyə dücar olduğunu deyə bilməyib, çarəsiz uydurduğu planı demişdi. Nicat xalasını belə üzgün görüb, qalan dünyasıda yıxıldı başına. Nicat gəlib xalasını qucaqlayıb öpdü əllərindən, xalası dinmədi, sanki daş olmuşdu oturduğu yerində. Nicat — xalasına: canım xalam, başını dizlərinə qoydu. Xalası Nicatın saçlarına sıqalda çəkmədi, Nicatın gözlərindən yaş damcıladı, xalası artıq hamısına küsmüşdü, anladı üzüldü. Nicat uşaq kimi xalasının dizlərinə başını qoyub, uyumaq istəyirdi. Bütün bu olanların, oyandığında pis bir yuxu olmasını arzu edirdi. Yazıq elə sınmışdı ki, çox çarəsiz idi, sözlə ifadəsi yox idi.
Xalası — Nicata: oğlum səndə get daha gəlmə, mən bilirəm hamınıza yükəm, bəlayam. Nicatın ürəyi sızladı bu sözü eşidib, — xalasına: xala mənim canımsan sən. Anamdan qalma tək qanım — canımsan, demə belə, nə olar üzmə məni günahsızam. Sən dünyanın ən gözəl xalasısan, anasısan. Mənim xalamsan canımsan, üzünü xalasının dizlərinə tutdu ki, ağladığını hiss etməsin. Ancaq xalası çox hissiyatçıl idi gözməsədə, Nicatın gözlərinə əliylə toxundu, anladı ağladığını. Xalası — Nicata: oğlum ağlama, mənim evlatlarımsınız ikinizdə. Mənim belə olmağım sizə mane olur, əlinizə — ayağınıza dolaşıram bilirəm. Mən dedim Bahar xanımada, sənədə deyirəm, mən bu evdə hər şeyin yerini bilirəm. Narahat olmayın, mən özüm — özümə qulluq edə bilərəm, siz öz işinizə, həyatınıza davam edin. Bir ananın evlatlarına arzuladığı ancaq xöşbəxtlikləridir, incimirəm sizdən. Gedin məni düşünməyin, Nicat xalasına baxdı yaş süzülən gözləriylə. Hardan biləydi ki, qızı ölüm ayağında idi.
Nicat ayağa qalxdı, — xalasına: xalacan məni bilirsən sən, mənə bir gündə baxmayan atam olan o alcağı baxıram. Sən mənə analıq etmisən, nə düşünürsən mənim haqqımda düşün, mən səni tək qoymaram ölsəmdə, bunu məndən istəmə. Sən nə desəndə, mən sənin oğlun sayılıram. Anasını hansı qeyrətli oğul tək qoyar? mənim kitabımda elə şey yazılmadı. İçdən çıxıb gələcəm mən, üzündən öpdü xalasının getdi. Xalası Nicatın ardınca elə ağladı ki, Nicatda gedərkən eşitdi xalasının ağlaşını. Çox pis oldu, getdi dönmədən. Baharın ürəyi parçalandı olara baxıb.
Nicat evə gəlib, uşağı qucağına alıb öpüb oxşadı, aslan parcam qurban olum sənə mən. Uşaqda Nicata öyrənmişdi, başını çiyninə qoyub baxdı. Cansu — Nicata: anasını istəyir Nicat bəy Sərdar. Nicat uşağın üzündən öpüb, — Cansuya: hazırlaş zəhmət olmasa, Sərdarın paltarını götür gedirik, başqa yerdə qalacaqsınız Sərdarla. Xalama heç bir şey haqda, bir söz deməyəcəksiniz. Sərdarla orda qalıb, onada qulluq edəcəksiniz, axşam bizdə Aylınla ora gələcəyik. Dediyim kimi, sən sadəcə Sərdarın dayəsisən, heçnə bilmirsən, danışdıqmı?
Cansu mehribanlıqla — Nicata: narahat olmayın Nicat bəy, mən indi hazırlayaram Sərdar bəyin hər şeyini. Nicat qucağında uşaqla atasının otağına gəldi, atası uşağı çox istəyirdi. Nicata uşağı özünə verməsini işarə etdi, Nicat uşağı atasının quşağına verdi. Atası uşağı götürüb öpüb gülümsədi, gəldinmi babaya? uşaqda şirin — şirin baxırdı. Nicat dərindən nəfəs alıb, — uşağa: babanla salamatlaş gedirik aslanım. Atası təcüblə baxdı, — Nicata: gedirlərmi burdan? Nicat yavaş səslə — atasına: hə gedillər. Atası üzüldü, uşağa baxdı kövrəldi — Nicata: niyə gedirlər? xoşlarınamı gəlmədi burası? Nicat sıxıldı — atasına: yox getmələri lazımdır. Atası üzgün baxışlarla baxırdı — Nicata: nə vaxt qayıdacaqlar? Nicat əsəbləşdi özündən asılı olmadı. Bilmirəm nə vaxt qayıdacaqlar, sənə hesabmı verəcəklər? atası incidi Nicatın belə kobut davranışından. Anladım oğlum, mən kiməm ki? sadəcə çox alışdım Aylın xanıma, oğluna, o üzdən soruşdum. Nicat əlini üzünə çəkib baxdı, — atasına: getmələri gərəkmiş, anladınmı? bu qədər. Uşağı qucağından alıb otaqdan çıxdı, atasının gözləri yaşardı. Nicatında atasını belə kobutlaması, ürəyinə toxundu.
Cansu gəldi uşağın veşini yığıb, — Nicata: hazırıq Nicat bəy. Nicat dayənin əlindən çantanı götürüb, gedəyin, evdən çıxıb getdilər. Atası gözləri yaşlı qalmışdı baxa yatağında. Vaxdında öz doğma oğlunu bir dəfədə olsa axtarmamışdı, həyatdamı deyilmi, yadların uşaqlarında mərhəmət axrtarırdı.
Aylın dayanmadan telefonla danışırdı, Nazlıçün donur axtarmalarını xaiş edirdi hər kəsdən. Ramizdə Dilqəmə heçnə yedirə bilməmişdi. Dilqəm uşaq kimi dizlərini qucaqlayıb oturmuşdu büzüşüb, qorxurdu! Nazlını itirəcəyini düşünürdü. Düşündükçə axlı şaşırdı, həyəcanlanırdı sıxılırdı.
Aylın telefonu söndürüb gəldi, Dilqəmin yanında əyləşdi, baxdı hecnə yeməmişdi. Aylın — Dilqəmə: dostum sən güclü olmalısan, Nazlının hər kəsdən çox sənə ehtiyacı var. Ramiz dərindən nəfəs alıb baxırdı Dilqəmə. Aylın Ramizin gətirdiyi şeylərdən götürüb, Dilqəmə yedirməkçün əlində tutub, Nazlının xətrinə ye, aç ağzını. Dilqəm yemədi, Aylın Ramizə baxdı, Ramiz bilmirdi nə etsin. Aylın — Dilqəmə: yediyin hər tikə, Nazlının sağalmasıçün Allaha etdiyimiz dilək sayılsın, nə olar ye. Dilqəm Aylına baxdı üzgün baxışlarla, hər şeydən möcüzələr axtarırdı uşaq kimi. Dilqəm Aylının verdiyi yeməyi əlindən yedi, zorla çeynədi. Yazıq o qədər üzgün — yorğundu ki, yeməyidə çeynəməyə halı yox idi, ancaq sevgilisin sağalmasıçün yeyirdi çarəsiz. Ramiz Aylına baxdı, Aylın gərçəkdəndə hər şeyi bacarırdı. Ramiz Aylını nə desədə çox sevirdi, ürəyi azda olsa rahatladı qardaşı yediyində.
Nicat dayəylə uşağı xalası evinə gətirdi. İçəri girəndə, dayəyə bir daha xatırlatdı, anlaşdıq unutmuruq. Cansu — Nicata: tamam Nicat bəy narahat olmayın. Nicatın gəldiyini görüb, Bahar gəldi qabaqlarına. Bahar uşağı görüb sevindi, — uşağa: aman kim gəlmişş. Uşağı Nicatdan alıb, qucaqlayıb öpdüb ağladı yavaş səslə, içinə salıb. Nicat — Bahara: Bahar xala bu Sərdarın yeni dayəsidir. Cansu artıq burda qalacaq Nazlı dönənə kimi, gündüzlər həm xalama, həmdə Sərdara baxacaq. Axşamlarıda Aylınla mən bura gələcəm, qalacağıq burda birlikdə. Baha şad oldu, — Nicata: düşüncəli oğlum mənim, yaxşı etdin gətirdin. Xalanı ancaq Aylınla uşaq sakitləşdirə bilərlər, düz düşünmüsən, dayəyə baxdı. Xoş gəldin, dayə tez özünü təqdim etdi, Cansu mən. Bahar razılıqla buyuru gəlin, Cansu mən səni tanış edərəm hər şeylə. Nict xalasının yanına getmədi, — Bahara: Bahar xala sən bir təhər düz — qoş, idarə et biz gəlncə. Axşam mənədə deyərsən nə dediyini xalama, mən getməliyəm axşam görüşərik. Bahar — Nicata: get oğlum, məndə Cansunu evlə — xalanla tanış edim, zəng edəcəm, Nicat getdi.
Bahar — Cansuya: buyurun keçin, içəri keçdilər
Bahar uşağı gətirib Afət xanımı qucağına qoydu. Afət elə fikirə dalmışdı ki, qucağına uşağı qoyduğunda anladı, Sərdarın gəldiyinə sevindi, uşağı qucaqladı öpdü. Afət — uşağa: gəldinmi mənim balam? Aylın gəldimi? görməyən gözləriylə baxaraq, cavab gözlədi. Canasu dilləndi — Afətə: Afət xanım, Aylın xanım axşam gələcək işdən sonra. Afət baxdı yad səsə şüphə ilə, — dayəyə: siz kimsiniz? Canasu mehribanlıqla — Afətə: mən Sərdar bəyin dayəsiyəm Afət xanım, adım cansudur. Afət — Cansuya: anladım, Cansu xoş gəldin, — Afətə: xoş gününüz olsun Afət xanım. Bahar tez — Afətə: nənəsinə bax kim gəlmişşş, şirin bala gəlmiş, elə deyilmi? ohh qurban olaram özünə. Afətin başını qatmağa çalışdı, Afət çox istəyirdi Sərdarı, — uşağa: canım balam mənim darıxmışdım, xoş gəldin. Anası qoxulu balam mənim, uşağı oxşadı öpdü. Cansunun gözləri yaşardı bir anda, olanlardan xəbərdardı. Bahar — Cansuya: gedək Sərdarın otağını hazırlayaq, Afət xanım artıq burda qalacaqlar Aylınla Sərdar.
Afət qulaqlarına inanmadı, — Bahara: doğurdanmı? Bahar uşağa baxıb ürəyi göynəsədə, gülümsədi. Nicat dedi Aylınla işdən çıxıb gələcəklər axşam, bundan sonra burda qalacaqlar getməyəçəklər. Afət elə sevindi ki, uşağı özünə sıxıb, ohh quzum mənimm, — uşağa: nənəyə gəldin sən? xoş gəldin balam. Yazıq qadın uşağı qucaqlayıb ağladı Nazlını xatırlayıb, göz yaşlarına qərq olmuşdu. Bahar Cansuya işarə etdi ki, özüylə gəlsin, getdilər.
Nicat iş yerinədə çatıb xəstəxanaya gəldi. Aylın — Nicata: oğlum necədir? Nicat Aylına yaxınaşıb, etdiklərini Aylının qulağına pıçıltı ilə söylədi. Ramizin əsəbinə toxunurdu, Nicatın belə yaxınlaşması Aylına. Nicat sözünü bitirib Aylına baxdı, Aylın Nicata güvənirdi. Nicatın boynuna sarılıb təşəkkür etmək istəyərdi, ancaq Ramizin dəliləşəcəyindən ehtiyat edirdi. Nicata təşəkkür etdi, çox sağol dostum, içim rahatladı azaçıqda olsa. Nicat — Aylına: mən bir neçə telefon edim Nazlıya donur barəsində. Aylın dərindən nəfəs alıb — Nicata: məndə bildiyim hər kəsə etdim, hər yerdən zəng gözləyirəm ümidlə. Nicat — Aylına: inşallah tapılacaq, sıxma o gözəl ürəyini. Nicat Aylının üzündən öpüb, getdi zəng etsin sakit bir yerdə. Ramiz gördü Nicatın Aylını öpməsini.
Aylın gəlib Dilqəmin yanında əyləşdi. Dilqəm çox yazıq olmuşdu, Aylına baxdı üzgün baxışlarla. Artıq səsidə zəyifləmişdi yazığın, — Aylına: sağalacaq, elə deyilmi? Aylının ürəyi ağrıyırdı, zor tuturdu özünü. Dilqəmin saçlarını mehribanlıqla sığalladı, alnından öpdü, — Dilqəmə: baxsana saçlarında daranmamış. Nazlı sevgilisini belə görmək istəməz, elə deyilmi? əliylə sığallayıb, Dilqəmin saçlarına düzəliş verərək başını qatmağa çalışdı. Artıq verəcək cavabıda yox idi Aylının. Dilqəm təkrarladı, — Aylına: Aylın sağalacamı Nazlım? Aylın sancılarla dolu ürəyinin ağrısını hiss edirdi, o halıylada calışdı gülümsəməyə. Aylın — Dilqəmə: əlbətddə sağalacaq dostum, bax biz burda zənglər gözləyirik. Heç şüphən olmasın bizim canımızdı o, sağalacaq və dönəcək yanına işə, hər şey yaxşı olacaq. Dilqəm uşaq kimi Aylına qısıldı, çarə axtarırdı küçələrdə anasız qalmış qorxmuş uşaq kimi. Ramiz pis oldu Dilqəmin bu halına, kənara baxıb öz — özünə: belə həyaatın mən … … pis söz dedi, əsəbindən.
Nicat xəstəxananın həyətində bir kənarda dayanıb telefonla danışırdı. Nazlıçün donur axtarmalarını xayiş edirdi kimdənsə, puldan narahat olmayın ödəniləcək nə qədər desəniz. Çox sağolun, zənginizi gözləyirəm. Telefonu cibibinə qoyub döndüyündə, kimsə burnundan vurdu yumuruqla, az qaldı yıxılsın. Əliylə burnunu tutub baxdı, vuran Ramiz idi onu, Nicatın burnu qanadı. Ramiz yaxınlaşdı — Nicata: bir daha Aylını öpərsən, sənin o… ağzını dağıdaram, duydun məni?
Nicatın ağzından bir yumuruqda vurdu. Nicat çox mədəni idi, xəstəxana həyətində istəmirdi Ramizi vursun,. Özünü saxlayırdı zorlada olsa, — Ramizə: bura bax mədənyyətsiz, əl — qolla danışma inan səni pis günə qoyaram. Ramiz yenə durmadı, — Nicata: nə edərsən hə? nə edərsən? gəlib Nicatla baş — başa dayanıb, sinəsəndən tutub onu itələdi. Nicat -Ramizə: mənə bax get… başımdan, səninlə oynamağa vaxtım yoxdur. Döyülmək istəyirsən? başqa günə qalsın, səni yaxşı yumşaldım problem deyil. Ramiz yenə Nicata hücum etdi ki vursun, bu dəfə Nicat cəld tərpənib, Ramizə elə gəldi ki yumuruqlarıyla, Ramiz yerə yıxıldı. Nicat ətrafa göz gəzdiridi ki, görən oldumu? Ramiz qalxmağa çalışarkən, qarnından birdə təpiklə vurub yıxdı. Nicat — Ramizə: dedimmi sənə yetər? yerə yıxılıb qarnını tutmuş Ramizə bir iki tutarlı təpik vurdu, üstündən addımlayıb keçib getdi. Ramizə yaxşı ilişdirmişdi Nicat, yerindən qalxmağa çətinlik çəkirdi. Kənardan keçən bir qadın görüb, qaçaraq gəlib — Ramizə: ayy nə oldu sizə? qalxmağa yardım etdi Ramizə. Həkim çağırım dayanın burda, Ramiz qoymadı, qadına təşəkkür etdi, gərək yox narahat olmayın sağolun, böyrünü tutub getdi.
Nicat gəldi, ağzının — burnunun qanını yuyub. Aylın görməsin deyə, əliylə dodağının partlamış yerini tuturdu. Aylın Dilqəmi qucaqlayıb oturmuşdu, Nicata zəng gəldi, Aylın baxdı Nicat tərəfə. Nicat telefona cavab verən an unutdu ağzını tutumadı, Aylının gözündən qaçmadı yaralanmış dodağı. Anladı o an Ramizdə yox idi ətrafda, öz — özünə: ay mən sənin… xasiyyətinə… olsun Ramiz. Dilqəm Aylının pis sözlər işlətməsinə alışmamışdı, Aylının Ramizin ardınca dediyi pis sözlərə görə təcüblə baxdı. Aylın — Dilqəmə: sənin o qardaşın məni çürütdü dostum, çürütdü, yedi ömrümü məhv etdi. Aylın əsəbləşdi baxdı, Nicat telefonu cibinə qoyub ağzına əlini tutub dayandı kənarda. Aylına yaxınlaşmadı ki, görüb üzülməsin. Aylın bunu anlamışdı artıq, Nicata üzülürdü, yazıq səhərdən ora — bura qaçır, hamıya yardım etməyə çalışırdı. Ramizində üstəlik onu vurmasına Aylın çox əsəbləşdi.
Ayağa qalxdı Nicatı sələd, i Nicat Aylına baxdı. Aylın işarə etdi, gəlsənə yanıma. Nicat Aylına yaxınlaşdı, buyur canım. Aylın Nicatın əlini ağzından çəkdi, yarasını görüb üzünü turşutdu offf, — Aylına: sən üzülmə boş şeydi. Aylın bir kəlmədə demədi Nicata getdi. Nicat anladı Aylın Ramizə gedirdi, tez ardınca gedib qolundan tutub saxladı. Nicat — Aylına: burax yeri deyil canım, Aylın əsəblə qolunu çəkib dartınsada, Nicat buraxmadı. Canım dedim yeri deyil, xayiş edirəm nə olar Aylın dur. Nicat yalvarışlı baxışlarla Aylına baxdı, Aylın Nicatın üz ifadəsindən anlayırdı onu artıq. Sakitləşməyə çalışdı, öz — özünə: biz burda nə haydayıq, sən bunun etdiyinə bax. Nicat Aylını çəkib özünə tərəf qucaqladı, — Aylına: sən boş ver onu canım baxıb gülümsədi. O tərəfdən Ramiz gəlirdi, ona görə Aylını dartıb qucaqlayaraq, Ramizə qandırırdı ki, sən heç kimsən. Aylın Nicatın qanamış dodağına toxunub — Niçata: acıtır bilirəm deməsəndə. Nicat gülümsəməyə çalışdı, — Aylına: acımır canım, gəl Dilqəmi tək qoymayaq. Aylının çiyinlərindən qolunu salıb özünə çəkdi, mehribanlıqla sıxaraq apardı Aylını. Gedərkəndə acıq verici baxışlarla dönüb Ramizə baxdı. Ramiz yerində dayanıb nifrətlə baxırdı, Aylın Ramizi görmədi, getdi Nicatla.
Aylınla, Nicat Nazlının yanına gəldilər. Aylın Nazlının saçlarını sığallayıb, — Nazlıya: sən anan üçün narahat olma, biz qalacağıq yanında sən sağalınca. Nazlının gözlərindən yaş süzülürdü, danışa bilmirdi. Aylın Nazlının alnından öpüb çıxdı, dözə bilmirdi onun ağlamasına. Nicat gəlib Nazlının yanında əyləşib, qucaqlayıb bağrına basdı. Nazlıda göz yaşlarında boğulurdu danışa bilmirdi, titrək səslə — Niçata: səndə bir xaişim var Niçat anladı nə deyəcəkdi Nazlı, suusss demə heçnə, tamammı? demə canım sağalacaqsan inan mənə. Bax sağalacaqsan və anana dönəcəksən inan mənə. Hər kəsi bir kənara qoy, düşün toparla özünü bütün gücünlə, tək bir anançün qalib gələcəksən. Sağalacaqsan bacım, anlaşdıqmı? Nazlının saçlarını, üzünü, sığallayıb gözlərinin yaşını silib baxdı üzünə. Anlaşdıqmı canımın — canı gözəl bacım? Nazlı Nicatın sözlərindən güc almağa çalışırdı, ən azından anasıçün, sevdikləriçün. Başıyla tamam deyə razılığını bildirib, Nicata sarılıb uşaq kimi dayandı səəsiz.
Nicatın ürəyinin qalanıda param — parça olmuşdu artıq. Özünü Nazlının yanında güclü — inamlı göstərməyə çalışırdı, ancaq içindən yanıb qovrulurdu. Nicat özü də çox qorxurdu! Nazlını itirə biləcəyindən, axlına belə gətirmək istəmirdi. Nicatda Nazlını qucaqlayıb bərk — bərk özünə sıxıb tutmuşdu. Ürəyində olan qorxunu — umutsuzluğu, gözlərindən Nazlının oxuya biləcəyindən çox qorxurdu. İndi Nazlının yanında ancaq cəsarətli və inamlı durmalıydılar. Nicat — Nazlıya: duydunmu Aylının dediyini? xalamla yaşayacağıq sən sağalıb çıxana kimi. Nazlı titrək səslə — Nicata: mən gəldiyimdədə qalın getməyin. Nicatın ürəyi sızladı, qollarında Nazlının nexə titrədiyini hiss edirdi. Nicat — Nazlıya: tamam canımın — canı söz, getməyəcəyik. Böyük bir ailə olaraq birlikdə yaşaycağıq, bax mən söz verdim indidən, səndə sözünü tutacaqsan. Nazlı Nicatı bərk — bərk qucaqlayıb, tamam söz qardaşım. Nicat dərindən nəfəs alıb — Nazlıya: canım bircəcik bacım, yaşarmış gözlərini yumdu.
Axşam olmuşdu, Aylınla Nicat xalası gilə gəlmişdilər, Aylınla xalası xeylik dərtləşmişdilər. Cansu uşağı gətirib gəldi. Aylın oğlunu götürüb, opüb qucaqlayıb qoxladı, oxxx cənnət qoxulum nənəyə gəldinmi sən? ay mənim şirin oğlum. Xalası — Nicata: Nicat oğlum, Nicat xalasına, buyur xalacan. Sən dedinmi mənim sənə dediklərimi? qızının adını çəkmədi anası. Nicat anladı, — xalasına: mesaj yazdım xalacan, işimiz çox idi görə bilmədim.
Aylın anladı nədən gedirdi söhbət, tez başqa söz qatdı ortaya ki, Nicatı xalası çoxda sıxışdırmasın. Aylın — uşağa: oğlum sən nənəyə get mən yeməyə baxım, gətirib uşağı öpüb, Afətin qucağına verdi. Afətdə uşağı çox istəyirdi, dediyini unutdu bir anda uşağı qucaqlayıb oxşadı, anası qoxulum. Aylın baxdı Afətin sözünə, gülümsədi. Aylın — Nicata: mənə yardım et masanı hazırlayaq. Cansu Aylına demək istəyirdi ki, mən yardım edərəm, Aylın barmağını dodaqlarına qoyub, suss deyə işarə etdi. Cansu anladı, sən oğlumla qal çoxda yormasın nənəsini, Cansu, baş üstə Aylın xanım.
Nicatla Aylın mətbəxtdə gəldilər. Aylın dərindən — dərindən nəfəs aldı, özünü çox zor tutmuşdu anası hiss etməsin deyə. Yavaş sələ — Nicata: xalan çox həssasdır görməsədə, içimə saldım anlamasın səsimdən. Danışığımda çox cətin oldu vallahi, içim yanır, — Aylına: mənidə qurtardın söhbəti dəyişib, çox sağol. Aylın əllərini üzünə çəkib baxdı — Nicata: rahat olmayacaq heç birimizə bilirik. Acaq xalan bunu bilməməlidir, nə olur olsun. Nicat yorulmuşdu, çox zor ayaqda dururdu. Aylın — Nicata: sən get biraz yat mən yemək hazırlaınca, Niçat razı olmadı getmədi. Nicat — Aylına: birlikdə yatarıq canım, Aylın Nicata baxdığında, Nicat tez sözünə düzəliş verdi, yəni hamı birlikdə yatarıq dedim canım. Bağışla heç nə danışıram özüm bilmirəm, — Nicata: mənim qədər səndə tərssən, bilirsənmi? Nicat anladı Aylın nə demək istədi. Gülümsəyib, — Aylına: həmdə çox oxşarıq xasiyyətimizdən, istərsən bir denə canım bax alınırmı. Aylın Nicata qəhvə hazırlayıb masaya qoydu. Nicatın qolundan tutub otuzdurdu, əyləş ayaqda zor durursan. Nicat doğurdanda çox yorulmuşdu, bütün günü ortalıqlarda ayaqda qalmışdı. Nicat Aylına qarşı gəlmədi əyləşdi, — Nicata: qəhvəni iç, yemək hazır olunca oturduğun yerdə yatmayasan. Nicat qəhvəni götürüb içdi, əllərinə sağlıq canım yeri varmış. Aylın yemək hazırlamağa başladı, — Aylına: tez bir zamanda tapılsaydı donur. Aylın pıçaqla nə isə kəsirdi, Nicatın dediyi söz bitən kimi barmağını kəsdi. Offf bir sən əksikdin indi. Nicat gördü Aylın barmağını kəsdi, tez qalxıb gəlib — Aylına: baxım çoxmu kəsdin?
Aylın- Nicata: sən əyləş kiçik bir şeydi, Niçat əl çəkmədi, baxım dedim. Aylının əlini zorla dartıb barmağına baxdı, qan axırdı. Nicat tez Aylının kəsilmiş yarasını ağzına tutub, barmağını sordu. Aylın — Nicata: ayyy nə edirsən, fuu vanpir, Nicat ağzında Aylının barmağını çıxarıb baxdı, — Aylına: bax qan kəsdi. Öz cibindən əl dəsmalını çıxarıb, cırıb barmağını sarıdı. Aylın barmağını sarıyan Nicata baxırdı, Nicat barmağını sarıyırdı Aylına baxmırdı. Birdən Aylının özünə baxdığını görüb, barmağına düyüm vurub, başını qaşıyıb baxdı. Nicat — Aylına: biraz böyük oldu deyəsən, Aylın baxıb başını narazılıqla sirkələyib, işinə davam etdi. Barmağını dəsmalı ilə çox sarımışdı, qan axmasın deyə. Aylın zarafatla — Nicata: yaxşıdı çox kəsmədim, vallahi əlimi gipisləyərdin, çox sağol yardımınçün. İndi isə sən əyləş qəhvəni iç, Nicat getmədi. Aylının əlindən pıçağı ehtiyatla götürüb — Aylına: sən pıçaqla ehtiyatsızlıq edirsən, ver mən doğrayım. Aylın anladı Nicatın sözündən, bir dəfə özlərində Nicat barmağını kəsmişdi çörəyə dilim çəkərkən və Aylın əlindən alımışdı pıçağı. Nicatın qoluna dirsəyi ilə vurub, sözü nə üçün dediyini anladığını işarə etdi. Nicat işiylə məşğul olaraq, Aylına baxmadan gülümsədi. Aylın — Nicata: inşallah tapılaçaq donur mən inanıram. Nicat dərindən nəfəs alıb — Aylına: inşallah canım inşallah, köməkli yemək hazırlamaqla məşğul oldular.
Anası zorla Dilqəmi evə gətirmişdi, Dilqəm yemirdi yemək. Ramizə baxdı anası üzgün baxışlarla. Ramiz — Dilqəmə: sənə Aylın nə dedi? hər yediyin tikə Nazlının sağlığıçün ilac olacaq demədimi? üzmə bizi ye bir tikə. Bax yeməsən indi Nazlıya mesaj yazıb deyəcəm. Dilqəm halsız — halsız əlinə qaşığı götürüb yeməyə çalışdı, boğazından zorla keçirdi yediyi. Anasın ürəyi göynəyirdi oğlunu belə halda gördüyündə, öz — özünə: Allahım nə olur sən qıyma yardım et bizə. Yazıq arvad çox kövrəlmişdi, əliylə ağzını tutdu, oğlunun qarşısında ağlamasın deyə. Dilqəm elə — belədə üzülmüşdü dərtdən, anası — olara: mən bir çaylara baxım, tez qalxıb getdi. Ramiz anladı niyə getdi anası, Dilqəmə baxıb dərindən nəfəs alıb, düşündü. Ramizin o aradada axlından çıxmırdı, Nicatın özünə acıqla Aylını qucaqlamasıda, gözlərini qıyıb baxdı nifrətlə. «Həyat çox qəribədir, insanlar həyatdanda qəribədirlə. Bəzən, nə qədər dərtləri olsada, başqa bir şeylərdə düşünüb, ondan problem yarada bilirdilər. Çıxılmaz vəziyyətdə olduqlarında belə, qisas almaq düşüncələridə keçirdi beyinlərindən, Ramizin kimi». Hər kəs həyətına davam edirdi, baxmayaraq xəstəsi və ya öləni olsa belə. Həyatın acımasız qanunlarından biridə budur, insan dözür baxmayaraq nəqədər yansada — acısada. Yer üzündə insandan dözümlüsü yoxdur demişlər, doğurdanda elədir ki var.
Ramiz yeməyini qarışdıra — qarışdıra gözlərini bir nöqtəyə zilləyib, fikirə getmişdi. Dilqəm — Ramizə: nə fikirləşirsən qardaşım? Nazlıya donur tapılacaq, elə deyilmi? Ramiz fikirdən ayıldı, — Dilqəmə: əlbətddə qardaşım, şüphən olmasın. İnşallah tapılacaq yaxında, hər yerə xəbərdarlıq edilmiş. İnşallah tez bir zamanda tapılacaq inan mənə, yeməyini ye ki, Nazlıya dəstək ola bil. Sonra yanında özündən gedib yıxılma. Dilqəm yeməyini yedi çətində olsa, Nazlı axlından bir anda olsa çıxmırdı.
Anası əlində boş siniylə gəldi, Ramiz baxdı ki, boş siniylə gəldi anası. Yazıq arvad əlindədə elə tutmuşdu ki sinini, sanki çaylar filan vardı. Anası o qədər şaşmışdı fikirdən, əlindəki sinin boş olduğunu anlamamışdı hələdə. Ramiz tez ayağa qalxıb, gəlib anasının alnından öpüb, sinini əlindən götürdü. Anası siniyə baxıb anladı nə etdiyini ağladı, Ramiz anasını özünə sıxıb tutdu qucaqlayıb. Dilqəm anasına baxdı üzüldü dahada, anasıda dərtdən başını itirmişdi. Qalxıb anasına yaxınlaşıb, Ramizdən alıb qucaqlayıb — anasına: canım anamız, bərk — bərk qucaqlayıb anasını bağrına basdı. Anası elə pis olmuşdu ki, orda Nazlının anasından olanları gizlətməkdən, burdada oğlunu pərişan görməsi. Nazlınında xəstəliyə dücar olması evini yıxmışdı. Oğlunu quçaqlayıb ağladı, yazıqın ürəyi dolu idi, hönkürərək elə ağlayırdı oğlunun saçlrına sığal çəkə — çəkə. Ramiz pis oldu, kənara gedib gözlərini yumub dayandı. Dilqəmində gözlərindən axan yaş, anasının boynuna damcılayırdı.
Aylın Nicatla masanı hazırlamışdılar, hər kəs masa ətrafına əyləşib yeməklərini yeməyə çalışırdılar. Kimsənin iştahı yox idi, Cansuda əyləşmişdi Aylın gilnən masa arxasında. Cansu oları darda qoymamışdı, Sərdarın yanında qalmışdı. Aylın Nicata baxdı, Nicat zorla yeməyini yeyirdi, gözləri bağlanırdı yorğunluqdan. Aylın Nicata işarə etdi ki, qalxsın yatsın. Nicat bu dəfə Aylının sözünə qarşı gəlmədi, masadan qalxıb — hamıya: sizə nuş olsun mən biraz yatacam, xalasının üzündən öpüb getdi. Xalası — Nicata: Allah rahatlıq versin oğlum. Aylın-xalasına: Nicat çox yorulur, hər işə özü qaçır məni qoymur. Xalası dərindən nəfəs alıb — Aylına: əsil kişi qadının qayğısına qalmalıdı qızım. Nicatdan mən çox razıyam, — xalasına: məndə anam. Allah ondan razı olsun, bu arada Cansuda sağ olsun yardımcımız oldu gəlib. Cansu çox mədəni və yerini bilən qadın idi, — Aylına: bu mənim işimdir Aylın xanım. Mən uşaqları sevirəm, alışdım artıq heç yorulmuram olardan, manejdə oturmuş uşağa baxıb gülümsədi. Uşaq əlindəki oyuncaqla oynayırdı, Aylın oğluna baxıb gülümsədi. Afət xanım özü yeməyini yeyirdi, Aylın Afətə baxıb bir anlıq üzüldü, xəbəri yox idi olanlardan yazığın. Bircəcik qızına küsmüdü, özünü tərk edib gedən sanırdı. Aylında çox yorğun idi, Cansu — Aylına: Aylın xanım siz Sərdarı aparın yatdırın, mən masanı toplayaram sonra. Aylın-Cansuya: yox canım mən o qədərdə yorğun deyiləm, təşəkkür edirəm çox sağol. Afət Cansunun danışığından anlamışdı, yaxşı insan olduğunu. Yeməyini bitirib ağzını sildi dəsmalla, — Aylına: əllrinizə sağlıq qıızım, dadlı olmuş. Aylın — Afətə: nuş olsun anam, mən indi çaylarımızıda gətirim. Ayağa qallxmaq istəyirdi Cansu qoymadı, əyləşin Aylın xanım mən gətirərəm indi, ayağa qalxıb getdi mətbəxtdə.
Aylın Cansunun ardınca razıl baxışlarla baxdı. Manejdə oturub özünə baxan oğlunu qalxıb götürüb öpdü, oxx doymuram qoxuna sənin. Təkrar — təkrar öpdü oğlunu bağrına basdı. Afət gülümsədi, Aylının oğlunu öpməsinə. Afət — Aylına: sən qoxur Sərdar, bilirsənmi? Aylın oğlunu qoxlayıb — Afətə: gərçəkdənmi oğlum mən qoxursan? Baxım. Uşağı qoxlayıb boynundan öpərək, güldürdü. Afət — Aylına: sənin qoxunu birinci gəldiyin gündən hiss etdim qızım, gətirdiyin güllər kimi qoxurdun. Sanki yad bir qoxu deyildi mənimçün. Hətta səni görməmişdim, adını çəkdiklərində uşaqlar, sənə qarşı ürəyimdə qəribə hiss oyandı. Səni tezliklə gözmək istədiyimi ismarlamışdım uşaqlarla, sözümü yerə salmadın gəldin, çox sağol qızım. Səni mənə Allahım yetirdi şükürlər olsun, sənin varlılığınla qürur duyuram harda olursan ol. Mən hiss edirəm səni, bilirəm ki səndə məni unutmursan. Çarəsiz tərk etdin bir ildən çox görə bilmədim, ancaq səsini duymağım hər gün mənə yetirdi. Hüzur tapırdım səninlə danışdıqdan sonra, Aylın Afətə baxdı.
Cansu çayları gətirdi sinidə masaya qoydu. Bir — bir çayları paylayıb — Aylına: Nicat bəyin çayını otağına götürərsinizmi Aylın xanım? Aylın fikirdən ayıldı. Afətin dediyi sözündən fikirə dalmışdı bir anlıq. Ncatın yatmış olduğunuda unutdu, — Cansuya: apararam əlbətddə, uşağı manejinə otuzdurub, çayı götürüb getdi.
Nicatın otağına gəlib, qapını açıb içəri keçdi, hələdə fikirli idi, nədənsə o söz Aylını fikirə daldırmışdı. Gəlib Nicatın yatdığını görüb, əlində çayla dayanıb baxdı. Öz — özünə: Allah — Allah yatan adamada çay nə idi? dönüb getmək istəyirdi, Nicat — Aylına: ver canım zəhmət çəkmisən, icərəm. Aylın — Nicata: sən yatmamısanmı? Nicat yerində oturub, əllərini üzünə cəkib, dərindən nəfəs alıb baxd. Nicat — Aylına: bacarmıram yata, Nazlının dərdi Nicatı üzmüşdü, pərişan etmişdi. Aylın anlayırdı Nicatı, yaxınlaşıb çayı verdi. Niçat çayı götürüb təşəkkür etdi — Aylına: əllərinə sağlıq çanım.
Aylın Nicatın yanında əyləşib fikirli — fikirli baxdı. Nicat — Aylına: canını sıxan başqa bir şeymi var? Aylın çiyinlərini çəkib, bilmirəm deyə işarə etdi. Xalan bir söz dedi, əslində adi bir sözdü, ancaq nədən mənə bu qədər təsir etdi bilmirəm. Nicat çayını kənara qoyub, — Aylına: nə dedi xalam sənə? Aylın Nicata baxdı üzgün baxışlarla. Oğlum mən qoxur dedi, məni birinci gördüyü gündən mənim qoxumu hiss etmiş. Mənə yad biri deyildin, mənə tanış qoxuydu sanki, öz evladı filan kimi dedi. Niçat gülmsəməyə çalışdı üzgündə olsa, Aylını özünə tərəf çəkib quçaqladı. Xalam səni həqiqətən çox sevdi, səni hamı çox istəyir, sənin çox gözəl ürəyin var, sevməmək mümkün deyil. Aylının fikiri elə qarışmışdı ki, heç özüdə bilmirdi nədən belə olmuşdu. Afət xanımın dediyi söz, onu bu qədər təcübləndirməliydimi ki? Afət bu sözü əvəldəndə Aylına demişdi. Aylın — Nicata: mən xalanla hər gün əlaqə saxladım buralardan getsəmdə. Nicat təcüblə baxdı — Aylına: xalamla hər gün əlaqəmi saxladın? bəs niyə demədi xalam bizə bir söz?
Aylın — Nicata: mən xayiş etmişdim kimsə bilməsin. Nicat öz — özünə: vay dostum xalamdan yaxşı kəşviyatçı çıxarmış, o qədər vaxtda ağzından söz qaçırmamış. Ona görəmi sən olmayanda rahat — rahat dayanırdı? arayın tapın demədən. Aylın dərindən nəfəs alıb — Nicata: xalan başqa insandır, əvəzssizdir. Nicat Aylını bərk — bərk özünə sıxıb qucaqladı, — Aylına: səndə əvəzsizsən canım mənim çün. Qucaqlaşıb dayandılar, çox yorğun idilər, ikisidə biri — birinə söykənib dayanırdılar zorla, Nazlıya gələn bədbəxtçilik məhv etmişdi yazıqları.
Səhər açılmışdı, Nicat gözlərini açıb baxdı, üz -üzə özüylə yanında yatmış Aylını görüb xatırladı. Axşam qucaqlaşıb yuxuya getdiklərini, Aylının yatışını seyr edərək gülümsədi. Aylın yatırdı oyanmamışdı, Nicat çox istəyirdi Aylını öpüşləri ilə oyatsın. Ancaq bu gizli sirr idi ürəyindən keçən, burnunu üzünə, saçlarına yaxınlaşdırıb qoxladı. Axlı gedirdi sarılıb sevişərək, heç buraxmazdı özünün ixtiyarında olsaydı. Aylında gözlərini açıb baxdı Nicata, — Aylına: sabahın xeyir canım. Aylın Nicata baxdı düşündü, birdən yerindən qalxdı səksənib, oğlum deyib tələsik otaqdan çıxdı. Nicat ağzını açıb bir kəlmə deməyə imkan tapmadı.
Aylın həyəcanla gəldi otağa, oğlunun mışıl — mışıl yatdığını görüb dərindən nəfəs aldı. Aylının yerində Cansu yatmışdı, yaxınlaşıb Cansunun üstünü örtdü ehtiyatla. Cansunu oyatmamaqçün ehtiyatla otaqdan çıxrdı, qapıda Nicatla üz — üzə oldular. Aylın Nicatın sinəsinə əlini qoyub, geri çəkdi ehtiyatla — Nicata: sus yatsınlar. Cansu yanında yatmış oğlumun, yazığıda çox yorduq. Nicat Aylının sinəsinə dayamış əlinə baxıb gülümsədi. Aylın əlini tez sinəsindən çəkib getdi. Nicatda gülümsəyərək, Aylının ardınca getdi.
Ramiz şirkətə gəlib işləri yönəltirdi, Dilqəm Nazlıyla xəstaxanada olurdu. Ramiz gəlib yerində əyləşib, telefonunu açarlarını masaya qoydu, əllərini üzünə çəkib düşündü. Telefonunu götürüb kiməsə zəng edib, gözlədi.
Aylın Nicatla evdən çıxırdılar, Nicat maşının qapısını açıb Aylının əyləşməsini gözlədi. Aylının telefonuna zəng gəlirdi. Aylın telefonunu çıxarıb baxdı, üzünün ifadəsi dəyişdi. Nicat anladı kimdir deyə — Aylına: nə istəyir səhər — səhər? onsuzda kefimiz yoxdur. Aylın Ramizə cavab verdi alo, maşına əyləşdi, Niçat qapını örtüb gəlib sükan arxasında əyləşdi. Aylın biraz qulaq asıb — Ramizə: bağışla gələ bilmərəm, bilirsən məndə öz şirkətimdə çalışmalıyam. Nicat maşını işə salıb qaza basdı, — Ramizə: bizimdə durumumuz eynidir bilirsən. Nazlı bizimçündə candır, qandır, bizdə sizin kimi qaça — qova çalışırıq, birtəhər yola ver işini. Aylın telefonu söndürüb — Nicata: Ramiz idi, — Aylına: bildim o olanı, nə istəyirdi? Aylın dərindən nəfəs alıb — Nicata: yardım istəyirdi. Mənim şirkətə gəlib çalışmamı xayiş edirdi, qalanını eşitdin nə dedim. Nicat maşını idarə edə — edə — Aylına: ondan uzaq olmağa çalış canım, manyakdır o manyak. Dinc dayanmır, qaşınır ki qaşınır. Nicatın əsəbləndiyini görü, b Aylın yan şüşədən dışarı baxdı susaraq. Nicat maşının sürəətini artırdı, getdilər.
Aylının etiraz etməsinə Ramiz çox əsəbləşdi, telefonu masaya atdı, gəlməzsən əlbətdə o… yanında olduqca gəlməzsən. Nicatın ardınca pis sözlər işlətdi, qapı döyüldü içəri yanlarında çalışan qız girdi. Ramiz bəy bir saatdan yeni işi imzalamaqçün gələcəklər. Ramiz tək başına qalmışdı, — qıza: anladım, gəldiklərində xəbər et mənə. Qız — Ramizə: baş üstə Ramiz bəy, çıxdı otaqdan. Ramiz öz — özünə: deyinirdi, … işin ortasına mən… olsun. Əlləriylə başını tutub dayandı, masaya dirsəklənib.
Axşam işdən çıxıb hamı gəlmişdilər Nazlının yanına, Nazlını xəstəliyi üstünləməyə başlayırdı, hər kəs pərişandı. Aylın bir yerdə dayana bilmrdi, karidorda oyana — buyana gəzir düşünürdü, düşündükcədə az qalırdı dəli olsun. Aylın öz — özünə: Allahım nə olar mənim ömrümdən kəs sən, o qıza qıyma. Ramzə zəng gəldi, telefona cavab verdi alo, biraz qulaq asdı üzünün ifadəsi dəyişdi. Gərçəkdənmi? bir dəqiqə, bu dəqiq məlumatdırmı? ay Allahıma çox şükürlər olsun, dönüb Ayına tərəf baxdı.
Aylın fikirli olduğundan Ramizə fikir vermədi. Ramiz telefonda deyilən suala cavab verdi, yox — yox pul prablemimiz yoxdur, narahat olmayın. Biz o zaman həkimədə xəbər verək indi. Baxın biz hətta dediyiniz pulun iki qatını ödəyəcəyik, tamam o zaman anlaşıdıq, telefonu söndürüb Aylına tərəf gəldi. Aylın qəmgin — fikirli Ramizə baxdı bir anlıq dayanıb. Ramiz — Aylına: şad xəbərim var canım, Aylın dərindən nəfəs alıb Ramizə baxdı. Ramiz — Aylına: soruşmayacaqsanmı nə xəbərdi? Aylın çiyinlərini çəkib — Ramizə: bu dəqiqə mənə Nazlıdan başqa heçnə maraqlı deyil. Ramizin gözlərində, uzun zamandan bəri görsənməyən sevinc dolu parıltı görünürdü. Bunu Aylında hiss etdi, ancaq axlına gəlmədi Ramiz nəyçün belə şad idi. Ramiz Aylını qucaqlayıb, Nazlıçün donur tapılmış canım. Aylın birinci baxa qaldı, bun çox inanmaq istədi. Beynində bütün günü dolaşıb qalmış fikirlərinin sehrinə düşüb, Ramizin dediyi sözü səhvən anlamış olmasını istəmirdi. Ramiz elə sevinmişdi ki, — Aylına: sən sevinmədinmi? nədir bu baxışlar?
Aylın Ramizdən təkrar soruşmağa belə qorxurdu, qorxurdu ki səhv eşidərək və üzüləcəkdi. Ramiz Aylının çiyinlərindən tutub, — Aylına: deyirəm Nazlıya donur tapılıb, az öncə zəng edib bildirdilər. Aylın elə bil nəfəs almağa unutmuşdu. Ramizin dediyinin gərçək olduğuna əmin olduqdan sonra, dərindən — dərindən nəfəs alaraq baxdı. Gözləri doldu — Ramizə: gərçəkdənmi? Ramiz anladı Aylın şokdaydı. Nazlının xəstələndiyi gündən bu yana çox üzülmüşdü. Ramiz — Aylına: hə canım, bu gözəl xəbəri birinci səninə paylaşmaq istədim. Aylın Ramizə sarılıb ağladı, çox yorulmuşdu yazıq, elə bil dünyanı hədiyyə etmişdi Ramiz bu xəbərlə Aylına.
Ramiz Aylını qucaqlayıb özünə sıxıb tutdu bərk — bərk. Nicat kənardan oların nə danışdığını duymamışdı. Aylının Ramizə sarılması heç xoşuna gəlmədi. Ramizin üzü Nicata tərəf idi. Ramiz o arada qalmadı əməlindən geri. Aylını qucaqlayaraq saçlarından öpdü, qoxladı. Nicata baxdı kinli və acıq verən baxışlarla.
Aylın birdən Ramizdən ayrılıb, Nicata tərəf qacdı. Nicata yetişib yavaş səslə, Nazlıçün donur tapılmış, şükürlər olsun. Aylının həyəcadan səsidə batmışdı sanki. Nicat elə sevindi ki, — Aylına: bu yuxu deyil, elə deyilmi? Nicatında gözləri doldu bir anda. Aylın Nicatı daha çox anlayırdı, — Nicata: məndə elə sanmışdım, ama gərçəkdi. Nicatla Aylın biri — birilərinə sarıldılar, bu şad xəbər oları çox sarsıltmışdı. Nicatın sevincindən gözlərindən yaş süzülürdü. Aylını bərk — bərk qucaqlayıb, öz — özünə: çox şükürlər olsun Allahım sənə.
Ramiz tez getdi Dilqəmlə Nazlıya şad xəbəri vermək üçün. Aylınla Nicatın qucaqlaşmasına bir o qədərdə reaksiya vermədi. Gərçəkdəndə bu elə bir an idi ki, insan qarşısında olan düşmənini belə qucaqlayardı sevincindən. Niçatın sanki son gücü idi canında qalan. Aylının boynunu buraxmadan — Aylına: sənə demişdim, mən gücümü səndən alıram. Nə olar qal mənimlə biraz belə, buraxma məni. Aylın hiss etmişdi, Nicatı buraxsa yıxılacaqdı. Aylın — Nicata: tamam yanındayam, buraxmıram qorxma, üzündən öpdü Nicatın. Nicat Aylının saçlarına burnunu -üzünü dayayıb dayandı səssiz, çox üzülmüşdü yazıq.
Ramiz Nazlının yatdığı otağa gəldi, Dilqəm yanında əyləşmişdi, Nazlının əini alnın dayayıb dayanmışdı səssizcə. Ramiz Nazlıya baxıb gülümsədi, gözəl bacım mənim, yaxınlaşıb alnından öpdü. Nazlı Ramizin xətrini çox istəyirdi, Dilqəm yorğun — üzgün baxışlarla Ramizə baxdı. Ramiz Dilqəmin boynuna sarılıb, qulağına yavaşca pıçıldadı, qardaşım donur tapılmış. Dilqəm Ramizə baxırdı gözlərini qırpmadan, eyni Aylında olan şokdan idi Dilqəmdəkidə. Ramiz — Nazlıya: sənə donur tapılmış canım, çox şükürlər olsun. Nazlının gözləri yaşardı danışa bilmədi. Dilqəm ayağa qalxıb Ramizin gözlərinin içinə baxdı. Ramiz — Dilqəmə: düz eşitdin dardaşım, donurumuz tapılmış zəng edib bildirdilər. Dilqəm də danışa bilmədi, Ramizin boynuna sarılıb səssiz — səssiz hiçqıraraq ağladı, Ramizin ürəyi pis oldu. Dilqəmin kürəyinə əlini vuraraq sakitləşdirməyə çalışdı, — Dilqəmə: keçdi qardşım, keçdi sakit ol. Dəli rüzğarın gətirdiyi qara bulutlar idi, sonunda üstümüzən əsdi gurladı keçdi, çox şükürlər olsun Allahıma. Ramizdə ağlamamaqçün özünü zor tuturdu, Dilqəm ağladığını Nazlı görməsin deyə, Ramizin boynunu buraxmırdı. Ramizdə bunu çox gözəl anlayırdı, Nazlıya Dilqəmi işarə edib, gülümsədi.
Belecə bir ay keçdi, Nazlı artıq donurun sayəsində yaxşılaşmıdı evə buraxmışdılar. Dilqəm özlərinə gətirmişdi Nazlını. Nazlı evinə dönmək istəyirdi, ancaq anasına qaynanasının uyduraraq, Dilqəmlə qaçmış sözünə görə çox xəcalət çəkirdi. Aylın — Nazlıya: bax anan səni bağışlayacaq bilirəm, gedək çəkinmə bacım, o ev sənsiz boş görsənir, baxmayaraq biz orda yaşayırıq Nicatla. Nazlı əllərini ovuşdura — ovuşdura Dilqəmə baxdı. Dilqəm — Nazlıya: canım məndən olsa səni heç buraxmazdım bilirsən, az vaxtlığa səni anana göndərməyə məcburam. İnşalla tezliklə həmiəlik bu evin gəlini olacaqsan yaxınlarda. Ramiz Dilqəmin çiyninə əlini vurub, zarafata işarə etdib gülümsədi. Nazlı çox qəribə sual verdi, — Aylına: anam sən uzaq olsanda səni hiss edərdi hər zaman, xəstə olsan və ya sənə pis nə isə olsa, anlardı ürəyi titrəyərdi. Mənim xəstə olduğumu heçmi hiss etmədi? bir anda elə bil o sözü Aylına atıb daş kimi vurdular. Nazlıya nə cavab verəcəyini bilmədi, Aylın Ramizə — Dilqəmə baxdı təcüblə.
Nazlı gülümsəməyə çalışdı yaşarmış gözləriylə, -Aylına: o mənim canım anamdır, gedəcəm çətin olsada. Bahar anamın ona qaçmışam deməsini heç istəməzdim. Dilqəm — Nazlıya: canım anam o an başqa bir şey düşünə bilməmiş, nə etsin yazıq? hamımız şokdaydıq bilirsən. Nazlı dərindən nəfəs alıb ayağa qalxdı, Dilqəm Nazlının çantasını götürüb otaqdan çıxdılar.
Aylın yerində qalmışdı donub baxa, Nazlının dediyi söz çox təsir etmişdi Aylına, Ramizədə Nazlının elə deməsi çox qəribə gəlmişdi. Nazlı Aylını anasına qısqanırdımı? Ramiz — Aylına: gedək canım, Aylın Ramizə baxdı. Ramiz — Aylına: sən fikir vermə, Nazlı ağır bir xəstəlikdən döndü bilirsən, şokdan hələ yazıq özünə gəlməyib. Aylın əliylə üzünə çəkib baxdı, deməyə söz tapmadı, Ramizə çıxdılar otaqdan getdilər.
Nicat evdə Sərdar qucağında gözləyirdi Nazlının gəlməsini. Xalası — Nicata: oğlum nədən narahatsan sən? Nicat xalasına baxıb gülümsədi. Heç xalacan Aylını gözləyirəm, xalası gülümsəyərək, — Nicata: çox istəyirsən Aylını, gəlişini həyəcanla gözləyirsən. Nicat — xalasına: xala Aylını məndəndə çox sən istəyirsən, elə deyilmi? xalası gülümsəyərək, — Nicata: Aylın mənim işıq üzünə həsrət qalmış gözlərimin nurunu əvəz edir oğlum. Nicat — xalasına: Nazlı duymasın qısqanar xalacan, Nicatın söz ağzından bilmədən çıxdı. Nicatında belə deməsi bir qəribə oldu, xalasının üzünün ifadəsi dəyişdi Nazlının adını duyduqda. Xalası — Nicata: oğlum sən məndən nə isə gizlədirsənmi? Nicat sakit dayanıb dodağnı dişlədi. Xalası — Nicata: əğər bura Nazlı gələcəksə və ya gəlmək fikrindədirsə, əvəlcədən deyirəm gəlməsin. Bax birdə deyirəm, getdiyi yerdə qalsın gəlməsin tamammı? — xalasına: niyə elə deyirsən xalacan? Allahda bağışlamağı sevir deyən sən deyildinmi mənə. Xalası — Nicata: mən onu istəmədiyimdən demirəm gəlməsin, gəlməsin məni unutsun, getdiyi ailəyə uyğunlaşın. Artıq onun ailəsi olardadı və olara qulluq etsin, məni düşünməsin. Nicat narazılıqla başını sirkələyib baxdı, — xalasına: xala nə olar belə demə, Nazlı səni unutmadı inan. Nazlı səni canından çox istəyir bilirsən, xalası mənalı üz ifadəsiylə gülümsədi, — Nicata: şüphəm yoxdur oğlum. Sadəcə məni düşünməsin, xöşbəxt olsun yetər mənə. Nicat anlayırdı xalası Nazlıdan incimişdi dilində deməsədə, — xalasına: hə Nazlı gələcək Aylınla bura bir azdan.
Xalsı Nicatın səsi gələn tərəfə baxdı, — xalasına: mən Aylını tanıdığım gündən ona inanmışam, güvənmişəm. Aylının vardır bir bildiyi Nazlını bura gətirməyində, məsəl var səbəbsiz yerə barmaq kəsilməz. Aylın yaxşı bilir sənin Nazlıdan incidiyini və gəlməsini istəmədiyini, Aylın bir səbəbi olmadan sənin qarşına Nazlını gətirməz. Öncə dinlə xala, sonra istədiyini deyərsən qovarsan Nazlını, həyat çox qəribədir canım xalam mənim. Xalası şüphələndi Nicatın dediyi sözlərdən. Aylın məndən bu günə kimi bir sirr saxlamadı oğlum, həyatın qəribəliyi bundadır ki, doğma qızım məni atdı getdi, mənim kor olmamdan utanc duydu və sakitcə sevdiyinə qovuşdu. Baxsana mən Aylını dünyaya gətirmədim, onun beşiyini sallamadım, ona lay — lay demədim, başında dayanıb yuxuz gecələrdə keşiyini çəkmədim. Mənim qızım mənə uzaq oldu, əvəzində əziyyətini çəkmədiyim, böyütmədiyim, yad bir qız doğmam oldu. Nicatın ürəyi sızlayırdı xalası belə dedikcə. Qapının açılan səsinə Nicat — Sərdara: aslanım anan gəldi, xalası kefsiz dayandı, Nazlınında onunla gələçəyini bildiyində. Nicat xalasına baxaraq dərindən nəfəs alıb, getdi qucağında uşaqla qarşılamağa. Xalası əliylə alnını tutub dayandı sakit.
Nicat uşaqla gəldi oların qarşısına, Nazlı uşağı görüb sevindi, aman — aman kim gəlmiş məni qarşılamağa. Uşağı Nicatın qucağından almadan, öpü üzündən. Nazlı zəyifləmişdi xəstəlikdən sonra halsız idi, qorxurdu qucağına uşağı almağa. Anası Nazlının səsini eşitdi, ürəyi elə döyündü ki özündən bi ixtiyar, özləmişdi qızını çox dili yox desədə. Arxadan Ramizlə, Dilqəmdə, gəldilər. Nicat Ramizi sevməsədə, yeri deyildi biri — birilərinə girəcək. Ramiz uşağı Nicatın qucağından alıb, gəl oğlum, qucaqlayıb öpdü.
Aylın artıq Ramizin kapriziylə oynayacaq halda deyildi, bir tərəfdən Nazlının başına gələn gerçəyi deməliydi anasına. Bir tərəfdəndə axlından Nazlının dediyi söz çıxmırdı, Nicat anladı Aylının üzünün ifadəsindən, başqa nə isə olmuşdu. Nicat Nazlıya sarılıb qucaqladı, xoş gəldin canım bacım evinə, bir daha getmə bizdən. Nazlıda Nicatı qucaqlayıb təşəkkür etdi. Nicat Aylına baxdı çox üzgün idi. Aylın Ramizin qucağındakı oğluna baxıb gülümsəməyə çalışdı. Nicat Nazlının əlindən tutub apardı anasına, hər kəs oların ardınca getdilər.
Nazlı anasını küskün oturduğunu görüb pis oldu, gözləri yaşardı Nicata baxdı. Nicat işarə etdi ki, hər şey yaxşı olacaq. Nazlı ana sözünü deyə bilmirdi böğulub qalmışdı, Aylın gil arxadan gəldilər yanında dayandılar. Dilqəm arxadan Nazlının çiyinlərindən tutub sıxdı ki, burdayıq qorxma dayağıq mənasında. Nazlı yaş süzülən gözləriylə baxdı anasına, anası hiss etmişdi tək Nazlıyla Aylın deyildi, başqa gələnlərdə vardı.
Anası sakit səslə — Nicata: oğlum Aylından başqa gələnlərə adımdan de ki, mən küs deyiləm kimsəyə. Mən oları görməsəmdə olar məni gördülər, artıq gedə bilərlər. Nazlı anasının sözündən hönkürüb ağladı, Dilqəm arxadan bərk — bərk tutmuşdu Nazlını çiyinlərindən. Aylın dərindən nəfəs alıb, qabağa keçib Afətin dizlərinin yanında yerdən oturdu, Afət Aylını hiss edib, əliylə üzünə — başına sığal çəkdi. Aylının arvadın əlini tutub öpüb baxdı, — Aylına: qızlar belədirər, böyüyüb yaşa çatdılar quş kimi uçarlar başqa evə qonarlar, və başqa bir evdə yuva qurub yaşamağa davam edərlər. Həyatın qanunudur bu, hər anada evladının xöşbəxtlityini diləyər Allahından. Baxmayaraq qaçaraq evini — anasını tərk etsələrdə, ana ürəyi başqadır, bunu ancaq ana olduğunda biləcək mənim qızımda. Sən ana oldun qızım, Aylının əlini sıxdı, məni ondan daha çox sən anlayarsan indi. Aylının gözlərindən yaş süzülürdü, Nazlının özünü artıq baxışlarıylada qısqanması ürəyini çox sıxırdı.
Anasınında Nazlının qarşısında belə deməsi, Aylını dahada pis vəziyyətdə qoymuşdu. Aylın arvadın əlini sıxıb — Afətə: anam Nazlı səni atıb heç yerə qaçmadı, zalım bir xəstəliyə düçar oldu. Anasını elə bil tok vurdu, duyduğunda içini çəkdi. Aylının əlini bərk tutub baxdı həyəcanla, bunu sənə deyə bilmədik, cəsarət etmədik bağışla bizi. Allahım onu bizə bağışladı sağaldı döndü evinə, sənə qəbul et artıq qızın çox darıxdı səninçün, anası dəhşətə gəldi duyduğundan.
Aylının əlindən əlini çəkib, Nazlını axtardı danışa bilmədi. Nazlı anladı, anasını tez yaxınlaşıb qucaqlayıb sarılıb ağladı, anası qızının zəyifləmiş bədənini qucaqladığı an anladı, arıqlamışdı qızı. Nazlı ağlayaraq — anasına: anam mən səni ölsəmdə tərk etmərəm. Dilqəm yaşarmış gözlərini silib kənara getdi, baxa bilmədi ürəyi göynədi. Anası titrəyən əlləriylə qızına sarılıb, bir anlıq şokdan özünə gəldi, birdən ah çəkərək elə ağladı ki, hamının ürəyi göynədi.
Aylın ayağa qalxdı oturduğu yerindən zorla, Aylına hər şey elə təsir etmişdi ki, ayaqda zorla dururdu. Nicat anladı, tez gəlib Aylının qolundan tutub gətirdi mətbəxtdə.
Ramizdə gəldi Aylının yanına qucağında uşaqla, -Aylına: yaxşısanmı sən? Nicat tez su töküb içirtdi bir qurtum. Aylın titrəyirdi, üşüyürdü, Ramiz tez uşağı Nicata verib, əynindəki pencəyi çıxarıb Aylının çiyinlərinə salıb bükdü, qucaqladı. Ramiz — Aylına: canım sənin rəngində uçmuş yaxşı deyilsən sən, mən indi həkim çağırım. Telefonunu çıxarıb həkim cağırmaq istəyirdi, Aylın qolundan tutdu, başıyla yox çağırma deyə işarə etdi. Nicat qucağında uşaqla Aylının qolundan tutub qaldlrdı, qalx canım gedək biraz yat dincəl, yoruldun sən çox bu arada.
Cansu gəldi, tez uşağı Nicatdan alıb — Aylına: dediklərini aldım gətirdim Aylın xanım. Aylın zorla ayağa qalxıb — Cansuya: çox sağol, oğlumu gözdən qoyma. Cansu — Aylına: narahat olma Aylın xanım, Aylına baxıb üzüldü. Cansu artıq bilridi nələr olduğunu, çox kövrək ürəkli bir qadın idi. Nicat Aylının qolundan tutub apardı otağına, ardıncada Ramiz getdi.
Aylını otağına gətirib yatağına uzandırdı Nicat. Ramizdə Aylının yanına gəlib həyəcanla — Aylına: canım niyə qoymursan həkim çağırım? Aylın yerinə uzanıb, əlini alnına tutub gözlərini yumub dayandı. Məni tək qoyun, Nicat — Ramizə: çıx istirahət etsin çox yorğundur. Ramiz — Nicata: səndənmi soruşacam nə edəcəyimi? Aylın əsəbləşdi — ikisinədə: siz çıxmasanız mən qalxıb gedərəm burdan. Ramiz Nicata tərs — tərs baxıb, gözlərini qıyaraq dişlərini sıxdı. Ramiz — Aylına: sən dincəl canım mən buralardayam, otaqdan çıxdı əsəblə, ardıncada Nicat çıxdı.
Nicat qapını örtdüyü zaman, Ramiz yaxasından tutub divara qıstadı, — Niccata: mənə bax döşəmə dəsmalı, səninlə işim bitmədi. Bilirsən səni mən şikəst edəcəm görəcəksən, Aylına nəyinki yaxınlaşa biləcəksən, yerindən tərpənə bilməyəcəksən əclaf. Nicat Ramizin biləklərindən tutub, yaxasından əllərini kənar etdi, — Ramizə: unutma sən mənim evimdəsən. Aylının xətrinə toxunmuram sənə, o dediklərini sənin başına gətirərəm tip. Alçaq öz bibisi qızına meyil salan şərəfsiz, sənin mən … … özünü kişimi sanırsan sən? o sənin bacın sayılır. Ama bunu sənin boş başın düşünmə qabilyətinə malik deyil. Ramiz təkrar Nicatın yaxasından bərk — bərk yapışdı, divara dayadı. Bura bax axıllı, o mənə doğma deyil, bunu sox quş beyninə sən, bizim hec biri — birimizə qanımızda çatmır, anladın? bir daha o sözü ağzından duyarsam, dilini kəsərəm. Nicat nifrətlə baxıb — Ramizə: ona görəmi yazığa anan zülümlər vermişdi? doğma olmadığına görəmi evdən qovmuşdu? Ramiz dərindən — dərindən nəfəs alaraq, Nicatın gözlərinə baxdı. Qızı hətta zəhərləmiş duydum, atanda ondan imtina etmiş, sonrada sizdən imtina etmiş və tərk etmiş evinidə. Bravo nə idial bir ailəsinizmiş siz, gərçəkdən brabvo, sənin danışmağa belə yerin yoxdu. Ramiz — Nicata: sənin ailənmi idial olmuş? atan səni doğulduğunda doğum evində buraxıb getmiş, mənim ki məni heç olmassa böyütmüş atalıq haqqı var üstümdə. Sənin ki heç sənə ata dedirtməmiş, düzdə etmiş, sənin kimi tip böyüyəcəyini hiss etmiş. Sən ananın qatilisən qatıli, Nicta bu söz elə təsir etdi ki, dünyası məhv oldu sanki. Anan səni doğarkən ölmüş, günahını ödəməkçün indi atanı baxırsan gedib, atanda qarşısındakının doğmaca oğlu olduğunu bilmir, bravo çox idialsiniz sizdə. Nicat duymurdu Ramizin dediklərini artıq, ürəyi sıxıldı, heç Ramizin əllərinidə özündən qırağa çəkmədi. Ramiz nifrətlə baxırdı — Nicata: başqalarının ailəsini qurdalayıb çöp axtarma, öz gözündəki kötüyü gör. Nicat birdən özündən gedərək yıxıldı Ramizin qucaqına. Ramiz Nicatı tutsada, anlamadı özündən keçindiyini, — Nicata: nə edirsən sən? Nicatı sirkələdi, yerə uzandırdı. Nicatın gözləri yumulmuşdu, Ramiz Nicata baxdı biraz vaxt yumuruğunu sıxaraq. Aylının çıxıb görəcəyindən çəkinib, Nicatın çiyinlərindən tutub başqa otağa apardı sürüyüb.
Ramiz Nİcatı aparanda Cansu gördü, Ramiz barmağını dodaqlarına qoyub, sus deyə işarə etdi Aylın duymasın. Cansu gəlib pıçıltılı həyəcanlı səslə — Ramizə: nə oldu? Ramiz Nicatı gətirib yatağa uzatdı. Cansuda yanında baxıb qalmışdı, Ramiz Ncaatı sürüdüyündən dərindən — dərindən nəfəs alırdı. Ramiz — Cansuya: özündən keçinmiş sən qorxma, get su gətir, Cansu tez otaqdan çıxdı su gətirməyə. Ramizdə Nicata baxdı əsəblə. Öz — özünə yenədə pis sözlər işlətdi,… … olsun.
Cansu gəldi əlində bakal suyla, Ramiz suyu alıb Nicatın üzünə vurdu ki, ayılsın, Nicatı özünə gətirə bilmədi. Cansu — Ramizə: həkimmi çağıraq? Nicat bəy, səslədi Nicatı. Ramiz yenə sudan əlinə töküb Nicatın üzünə — sinəsinə vurdu, ayıl — ayıl səninlə oynamağa vaxtımız yoxdur. Cansu Ramizə baxdı təcüblə, mən Aylın xanıma bildirim, çıxmaq istəyirdi Ramiz tez qolundan tutub qoymadı, gərək yox. Aylın xanım yorğundur gördün, adın nə idi sənin? Cansudur. Ramiz — Cansuya: hə Cansu xanım, narahat olma sadəcə özündən keçinmiş, anladın? Cansu çarəsiz qaldı baxa Nicata.
Ramiz Nicatın üzünü şillələməyə davam etdi, ey aç gözlərini işimiz var dedik. Ramiz heç Nicatın özünə gəlməsini istəmirdi, çarəsiz Cansu görmüş deyə ayıltmağa çalışırdı. Az vaxtdan Nicat gözlərini açıb baxdı, Ramizi başının üstündə görüb, halsız — halsız baxdı ona nifrətlə. Cansu sevindi, Nicat bəy həkim çağıraqmı? necəsiniz. Nicat özünü toparlayıb qalxmağa çalışdı, Ramiz kobutca Nicata oturmağa kömək etdi. Nicat Ramizdən qolunu çəkdi, itələdi kənara özündən, çəkil toxunma. Ramiz — Cansuya: görürsən Cansu xanım, bəy dediyiniz birisi onada layiq deyil, belələrinə həyətda heç bir şey olmur. Səndə qorxub həkim çağırmaq istəyirdin, gördün gəldi özünə ilan. Cansu baxa qaldı Ramizin belə kobut rəftarına, Ramiz otaqdan çıxdı getdi.
Cansu tez Nicatın çiyninə əlini qoyub, Nicat bəy yaxşısınızmı? həkim çağırımı? Nicat — Cansuya: yox gərək yoxdur yaxşıyam, çox sağol. Sən Sərdarı tək qoyma, get o tipə göz qulaq ol. Cansu narahat oldu Nicat belə dediyində, — Nicata: narahat olma mən Sərdara baxıram, tez çıxdı otaqdan. Nicata Ramizin dediyi sözlər daş kimi dəymişdi, gözlərini yumub dayandı.
Ramiz Dilqəmin yanına gəldi, Dilqəmdə olanlardan çox sarsılmışdı, üzgün baxışlarla baxdı Ramizə. Ətrafa baxıb — Ramizə: hanı Aylın? Ramiz əsəblə yavaş səslə — Dilqəmə: olanlardan oda pis olmuş, biraz yatsın dincəlsin. Ramizin danışığından anladı Dilqəm, dinc durmamışdı yenədə qardaşı. Dilqəm dərindən nəfəsini alıb, əliylə alnını ovaraq Ramizə baxıb, başını narazılıqla sirkələdi.
Nazlı anasının dizlərinə başını qoyub oturmuşdu. Ramiz yaxınlaşıb çiynini sığalladı mehribanlıqla — Nazlıya: bax bacım, demişdimmi sənə dönəcəksən anana? Nazlı Ramizin boynuna sarılıb qucaqladı, ağladı. Anası əliylə axtardı Ramizi, tez Afətin əlindən tutudu, gözlərindən yaş sel kimi axdı. Afət — Ramizə: oğlum Allah sizlərdən razı olsun, siz olamasanız, sözünün ardını deyə bilməd ağladı. Ramiz Afətin əlindən tutub öpərək, üzünə tutudu. Mən ailəmi itirdim əvəzində sizi tapdım, siz artıq mənim ailəm sayılırsınız, başqa sözə ehtiyac yoxdur. Afət Ramizin əlini sıxaraq ağladı, Dilqəm kənardan baxırdı olara. Nazlı — Ramizə: səndə artıq bu ailənin evladısan qardaşım, yaxşı ki varsan. Ramiz bir əliylə Nazlını qucaqlayıb tutumuşdu, o bir əliylədə anasının əlindən turmuşdu. Ramiz — olara: mən son nəfəsimə kimi sizinlə olacam.
Nicat halsız — üzgün kənardan baxırdı olara, Dilqəm Nicatı görüb baxdı anladı, nə isə olmuşdu. Rəngi — ruhu uçmuşdu üzündən, Dilqəm üzgün baxışlarla baxdı Ramizə Nicata.
Axşam olmuşdu, Aylın yorğunluqdan yatıb qalmışdı, gözlərini açıb baxdı. Xatırladı halı pis olub yatıb qaldığını, dərindən nəfəs alıb yerində əyləşdi, əllərini üzünə çəkib, baxıb düşündü. Aylına bütün olanlar çox təsir edirdi, qalxıb otaqdan çıxıb getdi.
Nicatın otağının yanından keçdiyində qapı açıldı, Cansu cıxdı. Aylını görüb, yaxşısınızmı Aylın xanım? — Cansuya: yaxşıyam, oğlum kiminlədi? — Aylına: Nicat bəy yanında yatızdırdı Sərdarı, narahat olmayın. Aylın — Cansuya: sənədə çox əziyyət oldu bu aralar. Cansu mehribanlıqla — Aylına: siz narahat olmayın hər şey yaxşıdır, mən gedim Bahar xanımda gəlmiş, lazım olana yardım edim. Aylın bir söz demədi, üzünün ifadəsiylə razılığını bildirdi, Cansu getdi. Aylın ehtiyatla qapını açıb gəldi, Nicatla oğlunun yanına. Uşaqla Nicat yatmışdılar üz — üzə, Aylın olara baxıb gülümsədi. Cansu uşağın üstünü örtmüşdü, Nicatın üstü açıq idi. Aylın yaxından bir şey tapıb Nicatın üstünü örtdü ehtiyatla, əyilib yatmış oğlunu öpüb, otaqdan çıxdı ehtiyatla.
Dilqəmlə Ramiz getmişdilər harasa. Bahar xalasıyla Nazlı, anası əyləşib söhbət edirdilər. Aylın yaxınlaşdı, Bahar xala xoş gəldin. Bahar baxdı gülümsəyib, — Aylına: xoş günün osun gözəl qızım. Aylın — Nazlıya: sən heç dincəldinmi? Nazlı — Aylına: anamın yanında uzun bir ayadan sonra dincəldim. Aylın — Nazlıya: duydun həkimin dediklərini, vaxtı -vaxtında ilaclarını qəbul edəcəksən və dincələcəksən.
Nazlını anlamaq olmurdu, Aylına qarşı dəyişilmişdi, soyumuşdu. Aylın bunu yaxşı hiss edirdi, ama səbəbini anasına qısqandığını düşünürdü. Anası — Nazlıya: duydunmu qızım Aylını? qalx get otağına biraz dincəl ömrüm. Nazlı ayağa qalxıb anasını üzündən öpüb, tamam anacan sənin dediyinə görə gedib dincələrəm. Aylının yanından keçib getdi, Aylın Nazlının ardınça baxdı. Nazlının bu soyuqluğunu anasıda hiss etdi, Aylını səslədi, qızım gəlsənə, əlini uzatdı. Aylın gəlib Afətin əlindən tutaraq öpüb, əyləşdi yanında, — Aylına: qızım sən yatmışdın dedilər. Aylın — Afətə: heç özümdə bilmədən yuxuya dalmışam bağışla, anacan deməyə çəkindi sanki. Nazlı duyar deyə sözü ağzında qaldı, nədənsə heç özüdə bilmədən. Afət — Aylına: qızım nələr olur, Nazlıyla sənin aranızda? mən bir soyuqluq hiss edirəm, səbəbini bilə bilərəmmi? Aylın nə deyəcəyini bilmədi.
Aylın — Afətə: narahat olma sən yox bir şey, Bahar ayağa qalxıb — olara: mən Nazlıya baxım, getdi. Afət — Aylına: bax qızım məndən bir şey olubda gizlətsəniz, inciyərəm sizdən bu dəfə inanın. Aylın — Afətə: yox bir şey, sən o gözəl ürəyini boşa tələşlandırma. Nazlı ağır xəstəlikdən döndü, ola bilsin onun şokundandır anacan, oda keçəcək inşallah. Afət ahh çəkdi dərindən, Allahım mənim balamı bağışlamış mənə. Bax mən nələr düşünürdüm? balam zalım xəstəliklə mübarizə aparırmış orda. Mən necə anayam bunu hiss etmədim? Aylının elə bil başından qaynar su tökdülər. O bir əliylə alnını tutub baxdı, Afətin gözlərindən yaş süzülürdü yanaqlarına. Nazlıda bu sözü demişdi, Aylını yandırmışdı. Aylın özünü toparlayıb, Afətin göz yaşlarını sildi əliylə — Afətə: keçdi ağlama çox şükürlər olsun. Aylına sarılıb ağladı, Aylın Afəti qucaqlayıb çarəsiz — üzgün baxışlarla baxa qaldı. Cansu gəldi qəhvələr gətirib, oların durumunu görüb pis oldu gözləri doldu, qəhvələri masaya qoyub tez getdi.
Beləcə günlər keçdi, Nazlı artıq özünü yaxşı hiss edirdi, hər kəs çox şad idi Nazlının yaxşılaşmasına. Aylın Nicat bütün günü çalışırdılar şirkətdə. Ramizlə Dilqəmdə artıq işlərini birlikdə yönəltirdilər. Nazlının işə qayıtmasına Dilqəmlə — Ramiz razı olmamışdılar hələki. Aylında Sərdarı Cansuyla Nazlı gildə qoyurdu ki, anasının başı qarışsın uşaqla. Cansu tək uşağa baxmırdı, Nazlıyada yardım edirdi evdə. Aylının ürəyi azcıqda olsa rahatlanmışdı.
Aylının əlində kağızla Şəfaya yaxınlaşdı. Şəfa əyləşmişdi yerində, işə başı qarışmışdı, birdən Aylını görüb ayağa qalxdı. Buyur Aylın xanım, — Şəfaya: burda yazılanlara görə hər kəs çalışsın, tamammı? Şəfa kağızı götürüb — Aylına: tamam mən indi hamını məlumatlandıraram. Aylın — Şəfaya: bilirsəndə Ramiz çox əsəbidir, sən bizimlə çalışmağa gəldiyinçün. Şəfa gülümsəyib, — Aylına: mən sənsiz çalışmaq istəmirəm, burda nə var ki? siz narahat olmayın, məndən öz başımın çarəsinə baxaram. Aylın Şəfanın xətrini çox istəyirdi.
Qayıdıb gəldi iş otağına, NiCat telefonla danışırdı, tamam danışdıq sizdən xəbər gözləyirəm, sağolun. telefonu masaya qoyub Aylına baxdı, Aylın gəlib masasındakı kağızları götürüb diqqətlə baxırdı. Nicat anlayırdı, Aylının ürəyində nə isə başqa narahatlıq vardı. Niçat ayağa qalxıb yaxınlaşdı — Aylına: mənim bilmədiyim bir narahatçılığın var neçə gündür, düşünürəm ancaq tapa bilmirəm. Aylın kağızdan gözünü çəkib Nicata baxdı, — Aylına: nədir canını sıxan? — Niçata: yox bir şeyim. Böyük bir stress yaşadıq hamımız bilirsən, onun şokundan hələ tam çıxmamış ola bilərəm.
Nicat Aylının əlindən kağızları götürüb masaya qoydu, gəl əyləş canım. Aylının qolundan tutub kresloya otuzdurdu, — Aylına: bax mənə diqqətlə, Aylın Nicata baxdı. Nicat — Aylına: mənim gözlərimdən, hətta üz ifadəmdən sən hər şeyimi oxuya bilirsən söz demədən. Mən isə anlamağa çalışıram tapa bilmirəm, bu mənim ürəyimə toxunur. Aylın — Nicata: sən yaxşı dostsan, cansan, gözəl ürəkli bir insansan, dünyanın ən yaxşı iş yoldaşısan, iş ortağısan, sənin varlığın mənə yetir. Mən elə biriyəm ki, mənim nə dərdim bitər, nədə qəmim. Bax bir anlıq sevinərəm, düşünürəm bitdi dediyim o anda, dərt — qəm gələr məni tapar kley kimi yapışar. Üstümdən kənarlaşdırmaqçün yenədə uğraşmalı, güc gəlməli olaram çarəsiz.
Sən artıq öyrəşsən yaxşı olar mənim bu halıma durumlarıma. Yox bir şeyim deyəcəm yalan danışmış olacam, mən sənə hər şeyimi deyib səni yükləyə bilmərəm, alayırsanmı? — Aylına: yox anlamıram. Mən sənin yaxşı — pis hər şeyinə ortaq olmaq istəyirəm bu həyatda. Necə ki sən mənimlə hər şeyini yarı bölüşdün canım, ailəm ayilən oldu. Seçmədin doğmalarından bizi, bacım — bacın oldu, bax hətta o qəddar atamla birlikdə yaşadın mənim xətrimə. Sən mənim yuxusuz qalmama göz yuma bilmədin, nəyin var de mənə, gizlətmə xayiş edirəm.
Aylın dərindən nəfəs alıb kənara baxıb, — Nicata: bacın — bacım oldu dedin, hə doğrudur bacı oldu Nazlı mənə. Ancaq mən Nazlıyçün bacı olmadım dostum, təssüflər olsun. Nicat təcüblə — Aylına: niyə ki? anlamadım mən, Nazlı sənə bir sözmü deyib? Aylın ayağa qalxdı. Bax Nicat Nazlının nə dediyinin önəmi yoxdur mənə, önəmli olan hər kəs sağlam və xöşbəxt olmalarıdır. Nazlı məni qısqanır anasına, son günlər çox soyuq davranır. Nicat Aylına şüphəli baxışlarla baxıb, nəə? Nazlı səni anasınamı qısqanır? — Nicata: bilirsənmi mənədə çox qəribə gəlir doğrusu. Bəlkədə haqlıdır, bilmirəm fikirlərim qarışır. Nicat — Aylına: nədir sənə qəribə gələn? xalam səni çox istəyir öz evladı kimi. Anlamıram burda nə var ki, qısqanacaq? xalam mənidə öz evladı kimi sevir. Səni bilən — tanıyan, hər kəs sevir sənin o gözəl ürəyinə vurulur bi ixtiyar. Aylın — Nicta: Nazlının xətrinə deymiş, Nazlı mənə dedi ki, anam sən uzaqlarda olduğunda belə hiss edirdi, bir şey olduğunda. Anam nədən mənim xəstələndiyimi hiss etmədi, qaçdığımı düşündü? Nicat bir anlıq Aylına baxdı. Aylında Nicata baxdı üzgün baxışlarla.
Nicat gülümsəyib, — Aylına: dəli qızın düşündüyünə baxsana. Hansı ananın axlına gələr ki, belə zalım xəstəliyə evladının dücar olduğu? düşünməsi belə dəhşətdir, xalamçün də bir ana olaraq. Nazlı bunları düşünməmişdir, sən ondan incimə canım. Aylın — Nicata: Sərdarı itirdiyim anı hiss etmişdi xalan, hiss etmişdi ki, başıma çox pis bir iş gəlmişdi deyə. O günü zəng etmişdi mənə, o anda yanımda olmuşdu, gözləri yaşardı bi ixtiyar, Nicatda pis oldu. Aylın — Nicata: gərçəkdən niyə məni hiss edir? öz doğma qızını isə yox.
Nicat nə deyəcəyini bilmirdi, baxa qalmışdı. Bu yerdə Nazlı haqlıdır, hətta bunu xalan özüdə dedi mən, necə anayam ki, qızım xəstə olmuş hiss etmədim. Nicat — Aylına: niyə belə şeylər düşünüb üzülürsünüz boşa? səni xalamın hiss etməsi, sənə olan sevgisindəndir. Burda nə var ki? bax məndə hiss etdim sənin bir dərdin var, soruşdum. Sən mənim sanki canımdam ayrılmış cansan, hiss etməmək qeyri mümkündür. Xalamda səni elə hiss edir. Nicatın bu dediyi söz, dahada təsir etdi Aylına, Nicatda anladı bunu. Nicat üzüldü, off canım gəl bura, Aylını dartıb qucaqlayıb özünə sıxdı. Nicat — Aylına: mənimdə fikirlərim qarışdı bağışla, bilmirəm canım kim — kimi niyə hiss edir. Mən bir onu bilirəm ki, insan sevdiyi insanı dünyanın o bir uçunda olsada, hiss etməlidir.
Aylın Nicatın çiyninə başını dayayıb dayandı susdu, göz yaşlarını silib dərindən nəfəs aldı. Aylın — Nicata: tamam işimizə davam edək, — Aylına: mən ikimizədə qəhvə hazırlayım. Aylın üzünün ifadəsiylə olar deyə işarə etdi, danışsa sanki ağlayacağından çəkinirdi. Nicatda bunu yaxşı anlayırdı, — Aylına: tamam mən indi hazırlayım.
Gedib kofe makinsına yaxınlaşıb, Aylına baxdı altdan — altdan. Nicat hec istəmirdi Aylının üzülməsini — ağlamasını. Aylında yerinə əyləşib, kağızları götürüb gözdən keçirsədə, fikri başqa yerdə idi. Dərindən nəfəs alıb, gözlərini yumub dayandı bir anlıq. Nicatın gözü Aylında idi, qəhvələri süzərkəndə. Aylının bu halına daha çox üzülürdü baxıb.
Axşam olurdu, Ramiz telefonunu açarlarını götürüb masadan qalxdı. Dilqəm — Ramizə: mən Nazlıya gedəcəm, gəlmirsənmi? — Dilqəmə: biraz işim var, gələcəm sən get. Dilqəm Ramizə qaşlarını çataraq baxdı. Ramiz — Dilqəmə: asma suratını qardaşım, dedim gələcəm. Dilqəm başını narazılıqla sirkələyib, — Ramizə: dinc dayansaydın, birisinin şokundan çıxmadıq hələ. Ramiz gülümsəyib, tez otaqdan çıxdı ki, Dilqəm özünü acılamasın. Dilqəm dərindən nəfəs alıb Ramizin ardınca, of qardaşım off.
Aylınla Nicatda işdən çıxırdılar, maşına tərəf gəldilər. Nicatın üzünün ifadəsi dəyişdi, kimisə gördü. Aylın Nicatın baxdığı tərəfə dönüb baxarkən, Ramiz gəlib Aylını qucaqlayıb öpdü üzündən. Ramiz — Aylına: salam canım necəsən? necə keçdi iş günün? Ramizdən uzun bir zamandan sonra belə sözləri eşitməsinə, Aylın təcübləndi. Salam, pis keçmədi narazılığım yoxdur, sizin işiniz — gününüz necə keçdi? Nicat nifrətlə Ramizə baxırdı. Ramiz Nicata acığa Aylının üzünə sığal çəkdi. Ramiz — Aylına: sağol canım işdi həmişəki, ancaq mənim bir narazılığım var işimdən. Aylın Ramizə baxdı. Ramiz — Aylına: sən yoxsan yanımda işdə, o üzdən. Aylın — Ramizə: insan elə bir məxluqdur bu dünyada yaratılmış, vaxtla — zamanla hər şeyə alışır məcburən. Səndə alışacaqsan zamanla birdənəm. Ramiz Aylının sözünə gülümsədi, — Aylına: alışmaq istəmərəm bir ömür yaşasamda sənsizliyə.
Nicat — Ramizə: camaat sənin kimi bekar deyil, bütün günü çalışmış. Mənasız suallarınla yorma adamı. Ramiz — Nicata: vayy, səndə burdasanmışmı? heç fikir verməmişdim sənə. Aylın dərindən nəfəs alıb baxdı kənara, bilirdi Ramiz dava axtarırdı. Nicat — Aylına: canım sən keç əyləş maşına yorğunsan, gedək. Ramiz — Aylına: sən mənimlə gedəcəksən canım. Aylın Ramizə nə isə demək istəyirdi, Nicat — Ramizə: dedim sənə yorğunuq, zəhlə tökmə get burdan. Aylın səninlə bir addımınıda atmayacaq heç yerə, duydunmu manyak?
Ramiz Nicata bir addım yaxınlaşdı. Sənmi icazə verməyəcəksən? Nicatda Ramizə yaxınlaşıb gözlərinin içinə baxdı nifrətlə. Nicat — Ramizə: Aylın sənin axlında olan kimi biri deyil, onun özünün düşünmə qabilyəti, sənin düşünmə qabilyətindən çox — çox üstündür. Sən hər kəsi özünün quş beyini ilə bir tutma. Ramiz — Nicata: əlimdə qalmışdın o gün gecə, çox peşmanam səni boğub gəbərtmədiyimçün. İndi qarşımda durub dil uzatmazdın, elə deyilmi? Aylın baxdı Nicat şüphəylə. Nicat — Ramizə: niyə boğmadın? sən mən özümdə olmadığımda belə, məndən it kimi qorxursan boynuna al. Sənin hünərin deyil elə işləri etmək, edən oğlan soruşub etmir, cırrama qarşımda. Bilirsən sənin payını keçən dəfə necə verdim, qaşınırsansa yenə sənə yüngül vari əl hərləyərəm dəymərəm xətrinə.
Aylın Ramizi qırağa çəkdi qolundan tutub. Bəsdirin, nə edirsiniz siz? burası iş yerinin həyətidir, millət keçir burdan. Ramiz bəsdir dava axtarma yetər, bir dəfə sordun halımı insan kimi sevindim, bir dəqiqə keçmədi icinə… qoydun. Ramiz özünün qolundan tutmuş Aylının əlinə baxdı. Aylın Ramizin qolundan əlini çəkdi. Ramiz — Aylına: canım nə etdim ki? hər dəfə məni danlayırsan dinləmədən, ağzımı açmağa imkan vermədi tip. Nazlıya hədiyyə almaq istəyirdim, gəldim səndən xayiş edim, gedək yardım et hədiyyə seçməyimə. Mən hər gedəcəyimiz yeri bu tipin qarşısında deməyə borcluyammı? Aylın Nicata baxdı. Nicat baxışlarıyla işarə etdi ki, razı olmasın. Aylın — Ramizə: gərçəkdən hədiyyəmi alacaqdın? — Aylına: hə fikrimdə var. Aylın — Nicata: baxsana fikirləriniz necə üst — üstə düşdü bir — birinizi sevməsənizdə. Bizdə Nicatla Afət Anama bir hədiyyə almağa gedəcəkdik. Aylın Nicata işarə etdi ki, təsdiqləsin sözünü. Nicat Ramizə elə əsəbi idi ki, çarəsiz Aylının dediyi ilə razılaşdı. Nicat — Aylına: canım mən düşünməmişdim heç, gözümün ağı — qarası olan bu başdan xarabla birlikdə gedəcəyik deyə. Aylın — Ramizə: birlikdə gedəyin seçəyin, Ramizlə Nicat biri — birilərinə nifrətlə baxdılar. İkisidə birdən — Aylına: keç əyləş canım maşına. Ramiz Nicata tərs — tərs baxdı. Aylını gülmək tutdu, özünü zorla saxladı. Aylın — olara: sizin təkcə fikirləriniz deyil, sözlərinizdə ağzınızdan eyni çıxır baxsanız. Aylın taxsiyə əl edib çağırdı. Niçatla Ramiz Aylana baxdılar təcüblə. Aylın — olara: … mağazasında görüşərik, getdi taxsiyə əyləşdib. Ramizlə Nicat biri — birinə əsəbi baxaraq, öz maşınlarına oturub taxsinin ardınca getdilər.
Nicat Ramizin qarşısından yolunu kəsərək maneçilik edərək getdi. Ramiz Nicata əsəbləşib, basdı qaza ardınca.
Aylın taxsidə oturmuşdu yol gedirdilər, taxsini Nicat kecdi maşınıyla qarşıya. Ardıncada Ramiz keçdi. Aylın baxdı olara ki nə edirlər. Ramiz Nicatla yanaşı sürməyə başladı maşını, biri — birilərinə baxırdılar nifrətlə maşınları idarə edərək. Aylın öz — özünə: … olsun sizlə gedəçək yerə. Taxsi şoferi — Aylına: sən bir dəlilərə bax nə edirlər yolun ortasında. Bilmirəm kim verir belə… sürüçülük vəsiqəsini, şofer olara acıqlanıb pis söz dedi. Aylın deyə bilməzdi ki, bizim dəlilərdi deyə. Əsəblə baxdı öndən gedən Ramizlə — Nicatın yaramazlıqlarına. Biraz getdikdən sonra, Ramiz Nicatın qarşısına keçdi. Şofer — Ramizə: bax sən nə edir axmaq, indi qəza edəcəklər, dəlidir bunlar. Aylın narahat idi, Nicat qəza etməməkçün bir təhər yığışdırdı maşını yolda.
Nicat əsəbləşib qaza basaraq, Ramizin maşının arxasından vurdu. Şofer telefonunu götürüb polisə zəng edib, dedi yolda olanaları. Aylın əliylə alnını tutub baxdırdı. Ramizdə Nicat onu vurduğunda qəzəblənib, Nicatın maşının yanından vurdu. Nicat rolu zor tutdu başqa maşınlara dəyməsin.
Aylın dodağını dişləyib baxdı olara, az vaxtdan arxadan polis maşınları gəlib yetişdilər. Ramizlə Nicata maşınlarını saxlamalarını bildirdilər. Polislər — olara: saxlamasanız atəş açacağıq, maşınların nömrələrini deyərək bir daha bildirdilər. Ramiz maşını sağa çəkib saxladı. Nicatda ondan biraz qabaqda saxladı. Polislər tez maşınlardan töklüşərək, gəlib kisinidə maşınlarından çıxarıb, qollarını arxalarına buraraq, qollarına kələbçələri keçiridilər.
Aylın taxsi — şoferinə: saxlayın burda, — Aylına: dediyiniz ünvana yetişmədik xanım. Aylın — şoferə: mən pulunuzu ödəyirəm narahat olmayın, burda enəcəm. Şofer — Aylına: baş üstə xanım, maşını çəkdi qarşıda sağa. Aylın pulu verib — şoferə: üstü qalsın, maşından endi tez, taxsi getdi.
Aylın gəlib yaxınlaşdı polislərə, Nicatla Ramizi polis maşınlarına otuzdurdular. Aylın yaxınlaşıb — polisə: hansı şövbəyə aparırsınız bunları? polis — Aylına: xanım siz yaxınları deyilsinizsə məlumat verə bilmərəm. Aylının baxışlarından anladı, — Aylına: siz bunları tanıyırsınızmı? Aylın xəcalət çəkərək — polisə: bəli tanıyıram. Polis — Aylına: … şövbəsinə götürürük indi oları. Aylın əlini üzünə çəkib baxdı, Nicatla Ramizi aparan maşınlara. Ramiz Aylına dodaqlarıyala öpüçük göndərdi, gülümsəyərək. Aylın başını narazılıqla sirkələyərək baxdı. Nicat Aylına işarə etdi ki, narahat olmasın getsin evə. Aylın dərindən nəfəs alıb, qollarını biri — birinə dolayıb baxdı ikisinində ardlarınca əsəbi.
Nazlı uşaqla oynayırdı, öpüb qucaqlayıb, oxx sən nə şirinsən? uşaqda öpdükcə gülür, özünü istədirdi. Cansu gəldi, — Nazlıaya: Aylın xanım tapşırıb ilaclarınızı vaxtında verim sizə, Nazlının yenədə xoşuna gəlmədi. Aylın deyib dediyində, — Cansuya: mən daha sonra qəbul edəcəm ilaclarımı.
Cansunu səslədi Afət, Cansu xanım baxarsınızmı? Cansu tez yaxınlaşdı, — Afərə: buyurun Afət xanım. Afət — Cansuya: çox gec olmadımı? Cansu saatına baxdı, saat 8:00 olur Afət xanım. Sənə bir zəhmət, Aylını yığ mənə ver. Cansu telefonunu çıxarıb Aylına zəng edib, verdi telefonu Afətin əlinə buyurun, Afət təşəkkür etdi. Biraz gözlədi Aylın cavab verdi, Cansu mən səni bir az sonra arayacam. Afət — Aylına: qızım mənəm, dur bir dəqiqə kəsmə əlaqəni, Aylın Afətin səsini duyub, buyur Anam. Afət Aylının səsindən anladı narahatdı, — Aylına: qızım nə oldu? səsində bir narahatçılıq hiss edirəm. Biraz qulaq asıb, nəəə? yaxşıdılarmı? qızım düzünü de yaxşıdılarmı? ahh çox şükür, gəlin tez evə. Nazlı anasına baxdı, Cansuda baxdı narahat oldu. Afət telefonu Cansu götürsün deyə uzatdı. Cansu — Afətə: Afət xanım hər şey yaxşıdırmı? Afət ahh çəkdib — Cansuya: bizim bu iki dəlilərimiz davalaşmışlar yolda, polislər aparmışlar. Aylına Dilqəm ikisinidə gətirib gəlirik birazdan dedi.
Nazlıyla Cansu biri — birilərinə baxdılar. Nazlı gəlib uşağı Cansuya verdib — anasına: ana kimləri deyirsən? — Nazlıya: NiCatla Ramiz deyirəm qızım. Nazlı — anasına: Ramizi günahlandırır hər kəs, ancaq Nicat qardaşımda heç düz etmir. Anası görməyən gözlərini qırpmadan, qızının dediyi sözlərə şüphə ilə baxdı. Anası — qızına: qızım anlamadım, nə deməkdi bu? — anasına: ana Aylını Ramiz qorumuş indiyə qədər, tək qoymamış. Bax hətta hər şeyini buraxıb, ardınca bura gəlmiş doğma şəhərindən. Nicat indi Aylını ondan almış, özünə yar etmiş, bu səncə düzdürmü? Ramiz sevir Aylını, bunu hər kəs bilir. Aylında bunu bilə — bilə Nicata göz qoymuş. Cansu Nazlının belə deməsindən xoşlanmadı, anasıda Cansu qədər qızının dediyi sözdən xoşlanmadı. Anası — qızına: qızım sən nə danışırsan? Aylın Nicatla iş ortağıdır, dost — sirdaş sayılırlar. Aylın bir mələkdir hər kəsçün, candır — sirdaşdır, səhv anlamayın siz onu. Aylın elə insan deyil ki, kiməsə başqa gözlə baxsın. Hə qardaşın Nicat sevir Aylını, bunu məndə bilirəm, ancaq qərar Aylınındır unutmayın. Hər qadın, yüksəkdə olan sevgiyə — hörmətə layiqdir bu həyatda.
Ramiz demi azarladı dəfələrlə yazığı, özündən soyutdu? qızım bir daha duymayım Aylın haqda belə sözlər səndən, anladınmı? — anasına: əlbətddə anacan. Aylın elə mələk olmuş ki, hər kəs onu hiss edir, biz küçələrdən götürüldük sanki. Nazlı sözünün deyib getdi əsəblə.
Anası Nazlının dediklərinə, təcüblü üz ifadəsiylə baxdı. Afət — Cansuya: Cansu xanım, qızım mənim Aylına olan sevgimimi qısqandı indi? Cansu qaldı çarəsiz baxa. Cansu — Afətə: Afət xanım hələ kiçikdir Nazlı. Anasına ərköyünlük edir, qısqanır sizi çox sevir, bölüşmək istəmir kimləysə. Afət öz — özünə: ey vahh, mən deyirəm nədir Aylını bu qədər üzən, narahat edən. Aylına olan qısqanclığındanmı dedi Nazlı indi belə? — Afətə: mən Aylını qısa zamandır tanıdığım Afət xanım. Bu qısa zamanda, onun xətrini çox sevdim. Aylın başqa bir insandır, Nicat bəylə çox oxşarlıqları var xasiyyətlərindən, davranışlarından. Afət — Cansuya: elədir Cansu xanım elədir, Aylın qızım bam — başqadır. Nazlı qızım düz fikrləşmir, onunla danışmağım lazımdır. Cansu uşağı qucağında oynadaraq, — Afətə: Afət xanım biraz vaxt verin, Nazlı əsəbidir bilirik olanlardan. Cansu deyə bilmədi keçirdiyi xəstəlikdən, Cansu sözlərində çox diqqətli idi. Afətdə anladı, — Cansuya: çox sağol Cansu xanım, Aylının bəxti gətirmiş sizin kimi dayə tapmış. Cansu gülümsəyib, — Afətə: qarşılıqlıdır bizim tanış olmağımız. Afət əlini üzünə dayayıb, işıq üzünə həsrət qalmış gözləriylə baxdı üzgün. Cansu — Afətə: mən Sərdarın yeməyini verim, ürəyiniz bir şey istəyirmi, gətirim? Afət təşəkkür etdi, yox sən uşağı yedir sağol. Cansu getdi mətbəxtdə.
Afət çox üzülmüşdü, qızının belə rəftarına Aylına qarşı. Yazığın ürəyi çox narahat oldu duyduqlarından sonra. Öz — özünə: Allahım sən yardım et mənə.
Aylın Nicatı, Dilqəmdə Ramiz aparmağa çalışırdılar şövbədən çıxarıb. Şövbədən çıxarkəndə bir-birilərinə girməsinlər deyə, Dilqəm Ramizin qolundan tutumuşdu, Aylında Nicatın. Dilqəm dişlərini bir — birinə sıxaraq, yavaş səslə — Ramizə: dinc dur qardaşım, dinc dur bir çıxaqda burdan sağ — salim. Aylın Nicatın qolundan tutub, söz demədən ara — sıra dartırdı ki, sakit ol anlamında. Ramizlə Nicat biri — birilərinə nifrətlə baxa — baxa çıxdılar şövbədən.
Aylın — Dilqəmə: apar qadaşını sakitləşdir evdə, Ramiz — Aylına: səndə apar onun soskasını ver ağzına. Yatızdır bəbişi, qorxmuşdur özüüü, mən sənə başqa vaxt lay — lay çalacam darıxma, Nicatı lağ etdi. Nicat — Ramizə: Aylın verən hər şey qəbuldur mənə, lay — lay çalacağın günü səbirsizliklə gözləyəcəm. Aylın Nicatı zorla aparıb, otuzdurdu taxsiyə, getdilər.
Ramiz dartınıb qolunu Dilqəmin əlindən çıxarıb, bağrdı! yetərrrr. Ramizi əsəbləşdirmişdi Nicatın dediyi söz. Aylının verdiyi hər şey qəbuldur, — Dilqəmə: bax niyə tutursan məni, niyə? Dilqəm Ramizə baxdı biraz dayanıb. Birdən qolundan tutub, dartaraq apardı maşınına otuzdurdu. Dilqəm — Ramizə: düz deyirsən yetər, gərçəkdən yetərrr qardaşım. Özünə gəl, nə edirsən sən? hər gün bir şey qatıb — qarışdıraraq, özündən uzaqlaşdırırsan qızı. Anlamırsanmı sən bunu? Ramiz əsəblə baxdı, Dilqəm qapını örtüb gəlib sükan arxasına əyləşdi. Dilqəm — Ramizə: heç mənə elə baxma qardaşım, anamızında hər şeydən xəbəri var. Evə gedirik və özün etdiklərinin Cavabını verərsən, maşının qazına basdı.
Aylınla Nicat gəldilər evə, Cansu uşaqla gəlib kecmiş olsun Nicat bəy. Nicat — Cansuya: sağol Cansu, təşəkkür etdi. Aylın oğlunu götürüb öpüb oxşadı, aslan oğlum mənimm. Nicatda Sərdarın başını sığallayıb, — Cansuya: xalam bilirmi olanları?
Aylın — Nicata: bilir Nicat bəy, mən dedim xalana və indi isə keç özün anlat, necə anladacaqsansa yolda etdiklərinizi. Nicat keçdi xalasının yanına, Aylında Cansu ilə getdilər ardınca.
Xalası eşitmişdi səslərindən gəldiklərini, — Nicata: gəl oğlum, gəl anlat nədir sizin dərdiniz bu qədər üzürsünüz Aylını. Nazlıda gəlib Nicatı qucaqlayıb -Nicata: kecmiş olsun, bir xəta olmamış çox şükür. Ramizlə danışdım indi, Nicat Nazlıya baxdı, bir söz demədi. Xalasını qucaqlayıb, əlindən öpdü yanında əyləşdi. Xalası əliylə Nicatın üzünü axtardı, xalasının əlini üzünə tutdu. Üzünü — saçlarını sığallayıb kövrəldi, — Nicata: oğlum sən mənə bacımdan qalan tək yadiğarsan, bilirsən. Sən düşünmədinmi? sənə bir şey olsa mənim ürəyim dözməz ölərəm, gözlərindən yaş süzüdü. Nicat xalasının əlindən öpüb, üzünə tutdub — xalasına: heç nə olmadı, narahat olma xalacan. Başını xalasının dizlərinə qoydu uşaq kimi.
Aylının qucağından götürdü uşağı Cansu, Aylın xanım gedin duş alın, yorğunluğunuz çıxsın. Aylın getmək istəyirdi, Nazlı dilləndi — anasına: niyə soruşmursan anacan, bütün bu olanların səbəbkarı kimdir? Aylın baxdı Nazlıaya üzgün baxışlarla. Nazlıda Aylına baxdı soyuq — kinli baxışlarla. Cansu Nazlının dediyi bu sözdən pis oldu, baxdı Aylına üzgün baxışlarla. Nicatın başında havada əli qaldı anasının, qızının bu sözünü duyduğunda. Nicatda başını qaldırıb baxdı, Nazlıya tərs — tərs. Nazlı susmadı, — Nicata: mənmi deyim qardaşım səbəbini?
Aylın Nazlıya yaxınlaşdı baxdı ki, anasını üzməsin səhv düşüncələrini dilinə gətirərək. Nazlıda Aylına baxdı, hər kəs bir anlıq susaraq gözlədilər, nə deyəcək Nazlı. Aylın — Nazlıya: əgər bir daha dilindən tərs bir söz duyarsam bacım, ağzının üstündən gələrəm şilləni, duydunmu?
Aylının bu cəsarətli, sözü, hər kəsin ürəyinə yağ kimi yaxıldı. Mən duş sonra qəbul edərəm, indi isə hər kəs masa arxasında, böyüyümüzün yanına əyləşsin. Axşam yeməyimizi yeyib, üstümüzdə sevgisi — əziyyəti olan tək anamızın hal — xəbərini alıb, ürəyini şad edəyin, tamammı? Nazlı Aylından çəkindi. Başını aşağı salıb getmək istəyirdi, Aylın əsəbləşdi — Nazlıya: Nazlı masa arxasına, ananın — qardaşının yanına dedim. Nazlı Aylına tərs — tərs baxıb, keçib əyləşdi masa arxasına sakitcə. Hər kəsin ürəyincə oldu, Nazlını tərbiyələndirməsi Aylının. Aylın uşağı Cansudan alıb, — uşağa: sən nənəylə qal, biz Cansu xalanla yeməyi gətirək. Uşağı verəcəyini eşidib, Afət əllərini açıb — uşağa: gəl mənim şirin balam, gəl nənəyə. Aylın uşağı gətirib Afətin qucağına otuzdurdu. Nicat Aylına baxıdı razı baxışlarla. Aylın Cansuyla getdi mətbəxtdə.
Aylının bu rəftarı, xalasına Nicata qürur — hüzür vermişdi. Aylın bu hərəkəti ilə, bir daha bu ailəçün yad olmadığını sübut etdi. Afət uşağı oxşayıb gülümsədi. Nicat əyilib uşağı öpüb, aslan parçam mənim. Nazlı dediyi sözə peşman olmasada, susmağa məcburdu. Nazlı Aylından nifrət etmirdi, sadəcə Ramizində xətrini çox istəyirdi qardaşı qədər. Ortada dolaşıb qalmışdı, şeytan yolunu şaşırtmışdı, özüdə xəbərsiz idi.
Ramizi evə gətirib gəlmişdi, Dilqəm gildə də oxşar mənzərə idi, anası danlayırdı ikisinidə. Dilqəm — anasına: ana məni niyə danlayırsan? ona de, — Dilqəmə: sus sən heç danışma. Sənilə deyildimi qardaşın? Ramiz özünə görə Dilqəmi nəyçün danlayırdı anası, yaxşı anlayırdı. Ramizin anası öldükdən sonra onu oğlundan heçdə ayırmırdı, Ramiz heç birisinin üzünə baxmadan, sakit dayanmışdı. Fikrində Nicatdan əvəz çıxmaq idi. Anası — ikisinədə: sabahdan bilərəm sizi necə tərbiyələndirmək lazımdır, siz dayanın. Anası qalxıb getdi əsəblə. Ramiz — Dilqəmə: qardaşım üzülmə, ana nə desə hə demək lazımdır. Ayağa qalxıb getdi otağına. Dilqəm qaldı baxa Ramizin ardınca, şaşqınlığından bir sözdə deyə bilmədi. Dərindən nəfəs alıb, başını divana söykəyib dayandı.
Ramiz otağına gəlib yatağına uzandı, telefonunu çıxarıb Aylının nömrəsininə mesaj yazıb yolladı.
Xalasıyla Nicat oturmuşdular, Aylın duş qəbul etməyə getmişdi, telefonu masanın üstündə idi. Telefonuna mesaj gəldi, Nicat elə bil hiss etdi Ramizdən olduğu, birdə mesaj gəldi telefona. Nicat telefonu götürüb, baxdı gələn mesaja. Ramiz yazmışdı — Aylına: (canım nə edirsən? bağışla səni qorxuzduğumçün, oğlum yatıbmı? mən səni sevirəm canım, darıxıram sənsiz. Bütün etdiklərim sənə olan sevgimdəndir, incimə məndən nə olar, cavabını gözləyirəm). Nicat cavab yazdı — Ramizə: (Aylın duş alır bir azdan gələcək yanıma, mən onun yanındaykən sən cavab gözləmə Aylından. Soskanı qoy ağzına yat, uşaqların saatı çoxdan keçib gecdir, qorxursansa işığı söndürmə. Gözünün önünə mən gəlirəm yuxun qaçır bilirəm, qarşıma çıxmasan rahat yatacaqcan, çalış gözümə görünmə). Nicat göndərdi mesajı, telefonu masaya qoydu. Xalası — Nicata: oğlum yardım et gedim məndə otağıma. Nicat tez qalxıb, xalasının qolundan tutub apardı otağına.
Ramiz mesajı oxudu, az qaldı dəli olsun, mən sənin… … mənim adım Ramiz olmasın. Sənin mən … … …,Ramiz Nicatın ardınca pis sözlər işlətdi. Əsəbindən yastığı atdıb çırpdı kənara. Dilqəm gəldi otağa, Ramizin hərəkətlərini görüb, aydaaa yenəmi? Ramiz — Diləqəmə: o… mənə Aylının telefonundan yazmış, … … alcaq səni öldürməsəm mənim ……
Diləqəm başını sirkələdi narazılıqla — Ramizə: sus anam duyacaq indi. Ramiz telefonunu Dilqəmə atdı, Dilqəm telefonu tutudu. Ramiz pis — pis sözlər deyərək Nicatın ardınca, — Dilqəmə: oxu bax nə yazmış şərəfsiz. Dilqəm açıb mesajı oxudu, gülməyi tutdu özünü zorla saxladı ki, Ramiz dəliyə dönməsin. Başını qaşıyıb baxdı kənara. Ramiz əsəblə — Dilqəmə: mən verəcəm onun ağzına soskasınıda… də. Dilqəm telefonu gətirib qoydu, Ramizin yanına əyləşdi. Ramizə baxıb səsiz dayandı üzgün, yorğun baxışlarla.
Sabah açıldı Aylın qalxıb mətbəxtdə gəldi, qapının döyüldüyünü duydu qapıya getdi. Nicatda gəldi Aylının ardınca baxsın kimdir gələn. Aylın qapını açd, ı qapıdakı Ramiz idi. Aylın dərindən nəfəs alıb baxdı Ramizə, axşam etdiyi oyunu hələ unutulmamışdı. Yenə bir şey qarışdıracağını bilirdi Aylın. Ramiz yalandan baxıb gülümsədi, — Aylına: sabahın xeyir canım. Aylın — Ramizə: gərçəkdən xeyirdimi? — Aylına: xeyirdi canım, göz vuraraq gülümsədi. Nazlıya gəldim, görüb gedəcəm işə. Nicat gəldi, Aylın döndü ki Ramiz gəlsin ardınca içəri, o anda Nicatla toqquşadular. Nicat Aylının belindən tutudu, Ramiz ardında idi. Nicat Ramizin səsindən bilmişdi, Aylınıda bilərəkdən tutdu ki, acıq olsun. Ramiz Nicatın əllərinə baxdı, Aylının belindən tutumuş. Aylın Nicatın sinəsindən arxaya çəkdi, dönüb — Ramizə: buyur keç, dedin Nazlıya gəlmisən, çalış səssiz davasız olsun bu dəfə.
Ramiz — Nicata: vay arxada gizlədirlər özünüüü, qorxdunmu? Aylın əsəbləşdi — Ramizə: Ramiz keç dedim. Ramiz Nicata baxa — baxa kedirdi, Nicatda dinc dayanmadı. Arxadan Aylının saçlarının qoxusunu aldı, Ramizə baxaraq. Ramiz Aylına baxıb kinlə gülümsəyərək, ketdi içəri.
Aylın dönüb — Nicata: mən tez hazırlanıram gedirik indi işə, danışdıqmı? Nicat Aylına üz ifadəsiylə bildirdi, mülayimcə hə deyə. Aylın getdi, Nicatın üzünün ifadəsi dəyişdi, ciddi oldu. Ramizin gəlməsinə çox əsəbləşmişdi.
Ramiz qapını döyüb, Nazlının otağına gəldi, Nazlı yeni oyanmışdı. Ramiz — Nazlıya: canım bacım mənim gülümsədi, Nazlı yerində oturdu. Ramizin gəldiyinə sevindi gəl qardaşım, Ramiz gəlib Nazlını qucaqlayıb öpüb, bağrına basdı. Nazlıda Ramizi qucaqlayıb tutudu, — Ramizə: çox qorxdum! sizə bir şey olmuş deyə. Ramiz Nazlını alnından öpüb, yanında əyləşdi — Nazlıya: qorxma bacım, heçnə olmamış görürsən. Dedimmi sən oyandığında yanında olacam? bax gəldim. Nazlı təkrar Ramizin boynuna sarılıb qucaqladı, — Ramizə: sənin haqqın üstümdə çoxdur qardaşım, ödəyə bilmərəm bir ömür yaşasam. Ramiz donuru tapmışdı Nazlıçün, onu deyirdi Nazlı. Ramiz gülümsəyib, ikki əlləriylə Nazlının üzündən tutub mehribanlıqla — Nazlıya: olurmu heç elə şey? sən mənim bacımsan. Həmdə qardaşımın sevgilisi, yəni artıq gəlinimiz sayılırsan. Bax bir daha belə söz demə, tamammı? Nazlı gülümsədi, tamam demədərm söz.
Ramiz cibindən çıxarıb Nazlıya aldığı hədiyyəni taxdı biləyinə, bilrəzik almışdı qızıl. Ramiz — Nazlıya: bunu sənə aldım, Nazlı baxıb sevindi, ayy cox gözəldir sağol. Sən gözəl ürəkli qardaşımsan, yadiğar saxlayacam hədiyyəni, Ramiz Nazlını qucaqlayıb bağrına basdı. Ramiz -Nazlıya: mənim sizdən başqa kimsəm yoxdur, canım qurbandır sizlərə. Nazlı Ramizin Aylınçün üzgün olduğunu anlayırdı, Ramizin üzünə baxdı. Nazlı — Ramizə: səni qırmalarının — üzmələrinin tərəfdarı deyiləm, inan mən sənin tərəfindəyəm bunu bil. Ramiz baxdı gülümsəyib, — Nazlıya: çox sağol canımın — canı, sən məni düşünmə özünə yaxşı bax. İlaclarını qəbul edirsənmi vaxtında? Nazlı başıyla hə deyə işarə etdi. Ramizin bu halına çox üzülürdü, danışsa ağlayacaqdı gözləri yaşardı. Ramiz Nazlının gözlərini sildi əliylə — Nazlıya: mən yenə gələcəm yanına. Dilqəmin salamı vardı sənə, darıxır səninçün. Nazlı — Ramizə: məni tezliklə işə götür nə olar. Ramiz Nazlının üzünə baxdı diqqətlə — Nazlıya: səni incidənmi var burda? de mənə nə oldu? Nazlı yaşarmış gözlərini silib — Ramizə: Aylın məni acılayır hər kəsin qarşısında.
Ramiz birinci inanmadı, Nazlının dediyinə şüphəylə baxdı, Nazlı axşam olanları danışmağa başladı Ramizə. Nazlı danışdıqca Ramizin üzünün ifadəsi dəyişirdi. Nazlı Aylının dediyini düzgün anlamamışdı axşam, səhv anlatırdı Ramizədə. Aylın anası üzülməsin deyə, Nazlıya bir kəlmə düzgün söz demişdi ki, anası Nazlıya acıqlanmasın və sonra səhv söğzündən üzməsin. Aylın yenə özünü atmışdı ortaya günahsız yerdə, bunu anlamağa Nazlıya çox vardı hələ. Ramiz Nazlı anlatdıqca çox üzülürdü. Ramiz dərindən nəfəs alıb — Nazlıya: sən heç üzülmə, mən Aylının cəzasını verəçəm söz. Nazlı — Ramizə: yox — yox heçnə demə ona nə olar, yenə mənə acıqlanacaq — danlayaçaq. Ramizin Nazlıya yazığı gəldi, bir anda ürəyi əsdi, Nazlının alnında öpüb ayağa qalxıb, otaqdan çıxdı.
Aylında evdən çıxıb Nicata tərəf gedirdi ki işə getsinlər, Ramiz səslədi arxadan, Aylın dayan. Aylın Nicata çatmağa bir necə addım qalmışdı, Ramiz yetişdi. Aylının qolundan tutub, özünə çəkərək şillə vurdu ağzından, Niçat tez yetişib Aylını tutudu ki, yıxılmasın. Aylın əliylə ağzını tutub baxdı Ramizə, Nicat Aylının qanamış dodağına baxdı, necə əsəbləşdisə Ramizə vurmaq istəyirdi, Ramiz bağırdı! Ramiz- Aylına: demişsən Nazlıya ağzından vuraram, deməyəcəkdin bunu ona, deməyəcəkdin Aylın. Nicatın əli göydə qaldı, bir anlıq duyduğunda Nazlıya görə Aylını vurdu Ramiz, dəhşətə gəldi. Nazlının bu satqınlığı Nicatı bir anda keylləşdirdi, əli qalmışdı yuxarda, Ramizi vura bilmirdi.
Aylın tez Nicatı sakitləşdirdi kənara çəkdi, sakit ol, Nicat sakit ol eşidirsən? mənim xətrimə, Allahın xətrinə gedək işimizə. Nicat Nifrətlə baxdı Ramizə. Aylın — Nicata: qırma məni gedək, Ramiz Aylını vurmasına çox peşman oldu, bir anlıq oldu olanlar. Ramizdə artıq Nicata baxmırdı, Ramiz baxa qalmışdı öz əlinə, necə Aylını vura bilmişdi?
Nicatı zorla apardı Aylın, dayanıb gözlüyən taxsiyə otuzdurdu, Aylında yanında əyləşib qapını ötdü, taxsi getdi. Ramiz hələdə özünün etdiyi hərəkətə baxa qalmışdı, əlini yumuruq sıxaraq, gözlərini yumub öz — özünə: Allahım nə etdim mən? əlim qırılaydı səni vurduğum yerdə bağışla, gözləri yaşardı bi ixtiyar.
Nicatla Aylın iş otağına gəldilər, hələ işçilər gəlməmişdilər. Nicat tez Aylının dodağına baxdı, eytiyatla yarasına toxundu, — Nicata: yox bir şeyim boş ver. Nicat ilac qutusunu götürüb, gətirib masaya qoyub açdı. İçindən ilacı — pambıqı çıxarıb, Aylının yaralanmış dodağına yavaş — yavaş toxundurdu. Nicat danışmırdı, çox üzülmüşdü Nazlının Ramizi qızışdıraraq Aylını vurdurmsına, Nicat özünü günühkar sayırdı. Aylın bunu yaxşı anlayırdı, Nicatın biləyindən tutdu, — Nicata: mənə bax asma suratını. Mən artıq şaşırmıram son zamanlar olanlara, səndə olduğu kimi qəbul etməyə çalış. Nicat Aylının gözlərinə baxdı üzgün baxışlarla — Nicata: mənim xətrimə, Nicat dərindən nəfəs alıb, Aylının dodağını silməyə davam etdi. Aylın Nicatın əlindən pambığı alıb — Nicata: sən bizə az şəkərli qəhvə hazırlasana. Nicat anladı, Aylın özünün başını qatmağa çalışırdı, söz demədən kofe makinasına yaxınlaşdı.
Aylın pambığı kənara qoyub, keçib əyləşdi masa arxasına, kampyuterini açıb işinə başladı. Aylın belə xırda — para yaralara fikir verən deyildi. Nicat iki fincan qəhvə hazırlayıb gətirdi, Aylına uzatdı. Aylın fincanı götürmək itəyirdi, baxdı Nicatın əlləri əsirdi, tez fincanı götürüb masaya qoydu. Obiri fincanda əlinə dağılar deyə, onuda əlindən götürüb masaya qoydu. Yaxındakı kreslonu çəkdi Nicatı otuzdurdu — Nicata: hələ iş vaxtımıza var, birlikdə içək qəhvəmizi. Nicat hələ özünə gəlməmişdi Aylının vurulmasından, Aylın qəhvəsini götürüb içdi, dodağının acımasına baxmayaraq, səsini belə çıxarmadı, ofulmadıda. Aylın — Nicata: əllərinə sağlıq, gözəl hazırlamışsan.
Nicat Aylına baxdı, dodağı qanamışdı yenədə hiss etmirdi. Nicat ehtiyatla qalxıb Aylının dodağının qanamış yerindən öpdü, dayandı az vaxlıq buraxmadan. Aylın əlində qəhvə fincanıyla qaldı şaşırıb, Nicatla dodaq — doğa. Nicat Aylının dodaqlarından — dodağını çəkib, — Aylına: qan belə daha tez kəsir. Aylın bir dəfə barmağıı kəsdiyində, Nicat barmağını ağzına alıb soraraq, qanın belə etdiyində daha tez kəsildiyini demişidi. Aylın xatırladı ciddiliyə almadı öpüşünü, — Nicata: barmağım kimimi? Nicat baxdı. Nicat yavaş səslə — Aylına: hə canım barmağın kimi, gözlərindən yaş süzüldü üzünə. Nicat çox pis olmuşdu Nazlıya, xalasına, Aylın bu qədər insan kimi davranarkən, Nazlı Aylının vurulmasına səbəb olmuşdu. Aylın Nicatın gözlərindən axan yaşı silib — Nicata: eyy, bir şilləylə ölmədik, sağıq. Sən yaxşı bilirsən mənim canımda qurbandır olara boş ver, Nicata yaxın əyləşdi, əlindəki qəhvədən içirtdi. Nicat yaş süzülən gözləriylə, Aylının verdiyi qəhvəni içirdi, qırmırdı Aylını. Aylında Nicatı çox gözəl anlayırdı, canı yanmışdı o üzdən ağlayırdı. Aylın — Nicata: bu gün görüşümüz var, yeni işlə əlaqədar hazırlanmalıyıq, Nicat cavab vermədi. Aylın — Nicata: belə zombi kimi dursan, dostum tək öftəsindən gəlmərəm mən. Nicat yavaş səslə — Aylına: mən burdayam canım, yanında olubda nə… dərmanam ki? bax qarşımda vurdu o… səni. Qaldım yerimdə donub, keyləşdi bədənim — əlim — ayağım, duyduğumda Nazlının adını.
Niçat Aylının əlini tutudu fincan qarışıq, ordan bu axşam çıxacağıq canım, qalmayacaqsan o evdə artıq. Aylın narazılıqla başını sirkələdi, — Nicata: vaxtı gəldikdə çıxaçağıq söz, ama hələ vaxtdı çatmadı. Nazlı tam sağalsın ilaclarını bitsin, xalanda keçirdiyi şokdan çıxsın, gedərik söz. Nicat — Aylına: sənin nə gözəl ürəyin var canım, sən həmişə başqalarıçün yandın, elə deyilmi? nədən. Aylın — Nicata: insan sevdikləriçün yanmalı, gərəkirsə canından keçməlidir. Nicat — Aylına: bəs olar səninçün necə? canlarından keçərdilərmi? — Niçata: bu sualının cavabını verməkdə zorlandırdın məni dostum. Nicat Aylına baxdı peşman — çarəsiz baxışlarla. Aylın Nicatın əlindən tutub, qəhvə fincanı əliə verib — Nicata: nə olursa olsun, öz kanturolunu itirmə heç vaxtdı. Əgər yıxılarsan qaldıranın olmaz, Nicat fincanı tutdu yenə əli əsirdi. Aylın Nicatın əsən əlinə baxıb, yavaş səslə — Nicata: mən harda varam, orda mütləq bir bəla vardır, öyrən istərsən artıq.
Qapı döyüldü içəri Şəfa girdi əlində pafkayla, — olara: sabahınız xeyirli — uğurlu. Birdən Aylının dodağına gözü sataşdı, olsun deyəcəkdim, yaxınlaşıb — olara: ancaq o qədərdə uğurlu olana oxşamır. Şəfa — Aylına: nə oldu dodağına? qəza filan keçirmədiniz demi?
Aylın — Şəfaya: sabahın xeyir gözəl insan, gəl yox keirmədik, Şəfaya işarə etdi ki soruşmasın. Anladı Şəfa, axıllı qız idi çox, o zaman bu günkü yeni iş haqda lazım olanları gətirdim. Pafkanı masaya qoydu, Aylının önünə. Nicat ayağa qalxıb, mən biraz hava alım otaqdan çıxdı. Aylın — Şəfaya: get onun ardınca bax, havasını başqa yerlərdə almaq fikrində olsa həmən mənə bildir. Şəfa — Aylına: tamam mən baxıram ona indi, çıxıb getdi ardınca tələsərək.
Aylın dərindən nəfəs alıb, pafkanı açıb baxdı kağızlara, fikri o qədər qarışıq idi ki, fikrini işə toplaya bilmirdi, əsəblə pafkanı kənar itələyib baxdı.
Ramizdə kefsiz işə gəldi, Dilqəm Ramizin halından anladı nəsə qarışdırmışdı. Dilqəm — Ramizə: qardaşım artıq soruşmuram nə etdin deyə, ama maraqlıdır, səhərin gözü açılmamışdan hardaydın? Ramiz yumuruğunu masaya vurdu əyləşdi. Ramiz öz — özünə: əlim qırılayı onu vurduğum yerdə. Dilqəm şüphəli baxışlarla baxdıb, — Ramizə: kimi vurdun? Ramiz dərindən — dərindən nəfəs aldı, — Dilqəmə: Aylını vurdum. Dilqəmin üzünün ifadəsi dəyişdi, nəə? Aylınımı vurdun? sən dəli olursan qardaşım. Bax etiraz istəmirəm, mənim səni həkimə mütləq göstərməyim lazımdır, Ramiz əlləriylə başını tutdu. Ramiz — Dilqəmə: səndə gəlmə üstümümə, Dilqəm telefonunu götürüb kiməsə mesaj yolladı, telefonunu masaya qoyub, Ramizə yaxınlaşdı. Ramizin əllərini başından götürüb üzünə baxdı, nə edirsən sən? Aylınıda vurdum nə deməkdir? sənin uşağındırmı o? o artıq bir uşaq anasıdır. A naya əl qaldırılırmı? sənin tərbiyən yoxmu, qardaşım yetmədimi. Deyirəm dəfələrlə acılayırsan onu özündən uzaqlaşdırırsan, yox yetməmiş getmiş vurmuş gəlmiş, bravo. Səni alqışda edimi? Ramizin əllərini kobutca əllərindən atdı Dilqəm. Vallahi billahi yetər dedikcə, sən hər şeyi məhv edirsən. Dilqəm elə əsəbləşmişdi, Ramiz artıq söz demirdi Dilqəmə, haqlıydı dediklərində. Ramiz əsəbləşib qalxıb getdi. Dilqəm Ramizi səsləsədə, cavab vermədən qapını çırpıb cıxdı. Dilqəm əliylə alnını ovaraq baxdı əsəblə.
Günorta olmuşdu, Aylınla Nicat yeni işlə əlaqədar gələn adamlarla, kabinetdə söhbət edirdilər. Aylın — adamlara: maraqlandım və sizin işinizdə ciddi olduğunuzu öyrəndim, bu sizinlə yeni işimizə imza ata bilməmizə etibar doğruldur. Adamlardan yaşlı birisi — Aylına: bizdə sizin haqda maraqlandıq Aylın xanım, haqqınızda ancaq qürur duyacaq sözlər eşitdik. Əvəllər… şirkətində çalışmışsınız, sizinlə iş birliyinə imza atmaq, bizimçündə qurur veriçidir, sizin kimi insanlar çox azdır indiki zamanda. Nicat — adama: Bayram bəy iş imzalanmamışdan bildirim ki, biz işimizi vaxtında təhvil alb verməyi sevirik, Aylın xanımla. Aylın Nicatın sözünə dəstək verdi. Nicat bəyin dediyi kimi, bizim işimizin etibarlarından biridə budur. Vaxtında alış — verişini yerinə yetirməyi sevirik, və qarşı tərəfdəndə bunun qarşılıqlı olmasını rica edirik. Adamlar razılığını bildirdilər.
Aylın qarşı tərəfin verdiyi iş üzrə dokumentinə imza atmaqçün qələmini götürdü, — olara: o zaman bəylər imzamızı atağın xeyirlə. Aylın imzasını atıb, qələmi kagızı Nicatın önünə qoydu. Nicatda imzasını atıb, kağızı qaytardı Aylına. Şəfa Aylının yanında dayanmışdı, kağızı götürüb pafkaya qoydu. Qarşı tərəfdə imzalarını atıb, yaındakı katibə xanımı kağızı alıb pafkaya qoydu.
Gələnlərin arasından cavan bir oğlanda vardı. Oğlan — Aylına: Aylın xanım sizinlə çalışacağıq bundan sonra, bir sualım var sizə işdən kənar, icazə versəniz. Aylın — oğlana: buyurun, oğlan gülümsəyərək, — Aylına: adım Fədadır. Siz ailəlisinizmi? yanında gələnləri verən sual narahat etdi. Aylın gülümsəyib, — Fədaya: bəli ailəliyəm, əgər yeməyə dəvət edəcəksənsə alınmaz, bil. Aylının zarafatına gülüşdülər yanındakılar.
Nicat Fədaya tərs — tərs baxdı, heç xoşlanmadı danışığından. Fəda — Aylına: ərinizin baxışından indi anladım, çox pardon Aylın xanım. Nicatın baxışlarından əri olan sandı. Aylın Nicata baxıb nə isə demək istəyirdi, Nicat — Fədaya: böyük xöşbəxlikdir can yoldaşınla və həyat yoldaşınla birlikdə çalışmaq. Bu hər kəsə qismət deyil, Aylın kimi bir xanımla calışmaq. Hələ yeməyə dəvət desən, qeyri mümkündür bil Fəda. Fəda — Nicata: artıq bizdə Aylın xanımla çalışmağa imza atdıq, azacıqda olsa qismətimiz varmış demək ki, gülümsədi. Nicatın heç xoşuna gəlmədi onun dediyi sözlər, yanındakılar hiss etdilər.
Bayram — Nicata: dedin Nicat bəy, hər kəsə qismət deyil Aylın xanım kimi bir yoldaşla calışmaq, inan ki dediyinin əksi mənim başımdadır. Mənim oğlumlada hər atanın qisməti olmasın birlikdə calışmaq, yanındakılar gülüşdülər. Fədanın atasıymış iş imzaladıqları, Bayram bəy idi anlaşıldı. Atası — Fədaya: yarı zarafatla yarı gerçəklə, adını Fəda qoydum peşman oldum. Bəzən düşünüb — düşünmədən, hər yerdə özünü Fəda edir bəzən. Adamlar yenə gülüşdülər. Nicat heç gülmürdü.
Aylın — Bayrama: Allah evladı ataya — anaya sınaq olaraq verir demişər, inşallah bir gün imtahanları — sınaqları bitər, üzülməyin. Bayram — Aylına: inşallah Aylın xanım, inşallah, oğluna narazı baxışlarla baxaraq, ayağa qalxdı. Bayram — Nicatla — Aylına: icazənizlə biz artıq sizi tərk edək, işimiz bitdi bu günlük.
Aylında Nicatda ayağa qalxdılar, adamlarda qalxdılar. Nicata işarə etdi ki Aylın, pafkanı versin Bayrama. Nicat tez qarşıya keçdi pafkanı götürüb, Bayrama uzatdı. Bayram pafkanı götürüb katibəyə verdi, və onun əlindəki Aylın gilə ayid pafkanı, Nicata verib əlini sıxdı. bayram — olara: salamat qalın, görüşərik. Nicatda — Bayrama: görüşərik, kişi Aylınada yaxınlaşıb əlini sıxdı. Bayram — Aylına: bir daha təbriklər, inşallah işimiz xeyirli — uğurlu olar Aylın xanım. Aylında Bayramın əlini sıxıb, inşallah Bayram bəy, Bayram getdi. Onun ardınca qalanlarda gəlib, Nicatla Aylınla əl sıxıb, otaqdan çıxdılar.
Axıra Fəda qaldı, yaxınlaşıb başını qaşıyıb — Nicata: mən bilmirəm belə yerlərdə nə deyirlər. Nicat tərs — tərs süzdü, — Fədaya: bir söz deməyinə gərək yox sənin, qarşıda atan var o dedi əvəzinə. Vaxt gələr səndə öyrənərsən, nə deyillər Fəda. Fəda Nicatla əl sıxmadı, Aylına baxıb gülümsəyərək, əliylə sağ ol deyib çıxdı otaqdan.
Aydın idi hərəkətindən, işə atası zorla aparırdı yanında Fədanı. Nicat Fədanın ardınca əsəbləşdi, eşşək — heyvan, mərəfətsiz. Aylın — Nicata: bekara birinə oxşayır, canını işə Fəda edən biri deyil, atasıda narazıydı görünür. Fikir vermə, onuda beynimizə soxsaq, dəli olma qarntimiz var.
Şəfa Adamları ötürüb gəldi, Aylın xanım getdilər Fədadan başqa hər kəs. Nicat dönüb — Şəfaya: nə deməkdir, Fədadan başqa? Şəfa çiyinlərini çəkdi. Şəfa — Nicata: orda işçilərimizdən bir qızla söhbət edir dayanıb. Nə edim, qova bimərəm ki? Nicat əlindəki pafkanı masaya qoyub çıxmaq istəyirdi, Aylın səslədi, Nicat dur. Nicat Aylına baxdı, — Nicata: dedim dur getmə qarışma. Bəlkə tanıdığı biridir burda çalışan işçimiz?
Aylın — Şəfaya: Şəfa sən get onun yaxınlıqlarında hərlən, bax nə haqda danışıllar. Unutmadıqsa az öncə iş imzaladıq olarla. Onun danışdığı o qızla mülayim ol, bax kimiymiş öyrən, Şəfa — Aylına: anladım o iş məndə, çıxdı otaqdan tez. Nicat Aylına baxdı, — Nicata: nə desən olar, yoxlamaq lazım yenidən hər şeyi. Onun burda ilişib qalması yaxşı oldu, tez anlayaraıq nə iş qarışdırdığını, elə deyilmi?
Nicat — Aylına: sevmədim mən o tipi heç, bilmrəm harda olan… bizim başımıza ilişir gəlib, əsəbləşdi. Aylın — Nicata: avara olduğu üzündən bəllidir, bəlkədə atası demişkən, yenə özünü birinə müvəqqəti olaraq fəda edir. Birdəki adamı tanımadan, onun xaricindəndə qiymətləndirmək düzgün deyil. Aylın keçib yerində əyləşdi, — Aylına: mən gedim canım başımın bəlasına bir baxım, gəlirəm tez Aylın Nicatın atasını dediyini anladı, — Nicata: get mən burdayam tələsmə, yeməyini çayını ver. Nicat kefsiz çıxdı otaqdan.
Gedərkən Fədanın hələdə qızın yanında əyləşib söhbət etdiyini gördü. Şəfa Nicatı gördü, Şəfaya işarə etdi ki, gözü onda olsun. Şəfa işarə etdi ki, narahat olmasın, Nicat getdi. Fəda görmədi Nicatın getdiyini. Şəfada yaxınlarında başqa işçilərə iş haqda nəsə danışaraq, gözü olarda idi.
Axaşm olurdu işdən çıxası vaxt idi, Ramiz saatına baxdı. Dilqəm hələdə çalışırdı, qapı açıldı döyülmədən. Ramizlə Dilqəm baxdılar qapıaya, gələn anası idi. Dilqəmələ Ramiz tez ayağa qalxdılar. Ramiz Bahar — anasına: anam sən niyə gəldin, bir şeymi oldu? Bahar anası — Ramizə: yox oğlum. Gəldim ki olmasın yenə, Ramiz anlamadı. Anası gəlib ikisinidə alnından öpüb, — olara: evə gedirik burdan düz, şövbəyə filan deyil. Bundan sonra belə olaçcaq oğlum, siz evin yolunu şaşırsınız tez — tez. Məndə analıq borcumu yerinə yetirim ki, üzüm qara olmasın ölənlərimizin, qalanlarımızın, qarşısında. Ramiz anladı söz özünə ait idi, işdən çıxıb Aylından üzür istəməyə gedəcəkdi, alınmadı. Anası — olara: hadi hazırlanın doğru evimizə. Dilqəm güldü Ramizin halına altdan — altdan. Ramiz Dilqəmə əsəbə işarə etdi ki, verəcəm payını gülmə. Dilqəm anasını qucaqlayıb, düz etdin gözəl anamız bizim. Biz nə qədər böyüsəkdə, anamızçün hələdə uşaqlar olaraq qalırıq, elə deyilmi qardaşım? Ramizə acıq verdi. Ramiz baxıb yalandan gülümsədi, kefsiz — kefsiz telefonunu masadan götürüb baxdı. Ramiz dərindən nəfəs alıb, buyur anam gedəyin evimizə, anasını öndən dəfət etdi.
Yanından Dilqəm keçərkən, qoluna ilişdirdi güldüyüçün. Dilqəm — anasına: ana baxsana vurur mənə. Ramiz Dilqəmin uşaq kimi söz daşımasına baxdı əsəblə. Anası — ikisinədə: düşün önümə, öndən gedin ki, ikinizidə gözüm görsün. İşçilərin qarşısından özlərini önünə salıb aparmalarına utandılar ikisidə. İşçilərdə altdan — altdan gülüşürdülər. Bilirdilər Ramizin səsli — küylü davakar olduğuna alışmıdılar artıq. Dilqəm — Ramizə: burasını heç düşünməmişdim qardaşım, işçiləri işarə edirdi. Ramiz — Dilqəmə: heç şaşırmadım qardaşım, evə çataq mən düşündürəcəm səni, getdilər anasının önünə düşüb ikisidə səssizcə.
Aylınla Nicatda gəlmişdilər evə, Aylın oğluyla oynayırdı otağında, canım oğlum mənim. Oğlunu öpüb qoxladı, cənnət qoxulum. Uşaqda böyümüşdü qanırdı, oyuncaqlarla oynayırdı. Qapı döyüldü içəri Nicat girdi, — Nicata: oğlumçün darıxmışdım. Nicat gəlib uşağı götürüb öpüb yuxarı qaldırdı. Aslan parçasıçün kim darıxmır ki? uşağ oynadaraq yatağa qoyub, qarnını qıdıqlayıb qolunu dişləyib, oynadı. Uşağında xoşuna gəlir gülürdü Nicat dişlədikcə, qıdıqladıqca. Nicat uşağın yanına uzanıb, götürüb yuxarı qaldırıb ucurtdu əlləriylə qarnından tutub. Nicat — uşağa: ucaq gedək buralardan uzaqlara, ormanlara, aslanlar olan yerə. Mənim aslanım hammısını parçalayar və ormanın ən birincisi olar, elə deyilmi? uşağı xoşuna gəlirdi oynadıqca özüylə. Aylın olara baxıb gülümsəyirdi, zarafata — uşağa: ormana gedincə öncə əyninə bəz taxmağıda unutmasın əmisi, Nicat səsli gülüdü Aylının zarafatına. Qapı döyüldü, qapını Cansu açıb, Aylın xanım sizi Afət xanım çağırır, — Cansuya: gəlirəm indi. Cansu — Nicata: Nicat bəy Sərdarı alım siz dincəlin. Nicat — Cansuya: yox mən burdayam qalsın mənimlə, oynayırıq biz aslanımla. Cansu qapını örtüb getdi, Aylın oğlunu öpüb qalxıb getdi. Niacat uşaqla oynasada fikri Aylında idi, dodağının yarası bilinirdi tam sağalmamışdı, Nicatı üzürdü bu çox.
Ramizlə Dilqəmi gətirib anası gəldi evə — olara: gedin yuyunun, az vaxtdan yemək masasına çağırmağa düşməyim sizi. Ramizdə gedirdi Dilqəmin ardınca, Bahar anası səslədi, — Ramizə: telefonunu ver mənə. Ramiz — Bahar anasına: anacan telefonu niyə götürürsən? işlə əlaqəli zəng gəldi bəlkə? ver bura dedim, ver — ver qurdalanma. Ramiz istəmiyə — istəmiyə telefonunu çıxarıb verdi. Dilqəm gülmək tutdu, Ramiz gördü özünə güldü, əsəblə baxdı. Dilqəm tez getdi aradan ki, Ramiz ilişməsin özünə. Bahar anası — Ramizə: işin iş vaxtı var, sabah səhər danışarsınız işlə əlaqəli məsələlərinizi, indi isə get yuyun qardaşınla gəlin. Ramiz getdi suratını asıb çarəsiz, Bahar deyindi ardınca, işlə əlaqədarmış, getdi mətbəxtdə telefonu götürüb.
Ramiz gəlib vanna otağına girib qapını örtdü, Dilqəmə çox əsəbiydi güldüyünə görə. Düşda soyuq suyu açdı, Dilqəm anladı özünü soxacaqdı soyuq suya. Qacmaq istəsədə alınmadı, Ramiz tutub bağırda — bağırda paltarlı qarışıq soxdu Dilqəmi soyuq duşun altına. Dilqəmin soyuq suyun təsirindən çıxğır — bağırı eşidilirdi, — Dilqəmə: gül indidə, niyə gülmürsən? qardaşına gülənin sonu belə oldur. Dilqəm — Ramizə: gülməyəcəm söz, vallah insafsızsan dondum xəstələnəcəm, burax qardaşım yetər, bağırsada Ramiz buraxmadı.
Aylın gəlib əyləşmişdi Afətin dizinin dibində, yazıq qadın görmürdü, Aylının dodağı yaralı idi qızı səbəb olub. Cansu gəldi, Aylın xanım Nicat bəyi yuxu tutmuş oyatmadım. Aylın — Cansuya: düz etdin, yazıq yorğunluqdan yatmış, xalası ah çəkdi, yazıq balam mənim. Özünü qandığından vardır onun üstündə bu yorğunluq, qızım mənə yardım et, gedim otağıma. Aylın qalxıb qolundan tutub apardı Afəti otağına, Cansu Aylının dodağına baxırdı. Aylında anlamışdı Cansunun sual dolu baxışlarından, nə olduğunun mərakındaydı.
Aylın Afəti otağına aparıb qayıtdı. Cansu Aylının yaralı dodağına baxdı. Aylın gülümsəyib, — Cansuya: bilirəm gəldiyimdən imkanın olmadı soruşmağa, Nicatla Ramiz davalaşdılar yenə səhər bura gələrkən, aralarına girdiyimdə Ramizin atdığı əl mənə dəydi. Bu an Nazlı arxadan səsləndi, — olara: məncədə ünvanına düz dəymiş, əllərinə sağlıq qardaşımın. Cansu əlini ağzına tutub baxdı Nazlıya. Aylın dönmədən — Nazlıya: hə Nazlı xanım, ürəyin rahat olsun dediyin kimi olmuş, Nazlı mətbəxtdə getdi. Aylın — Cansuya: bu ilaclarını qəbul edirmi? — Aylına: artıq demirəm, siz demisiniz qəbul etsin vaxdında. Aylın anladı Canusu nə demək istəyir, gülümsədi. Cansu siz düz olanı edin, fikir vermə ona tamammı? Aylın getmək istəyirdi Nazlı səslədi, dur deyəcəklərim var sənə.
Aylın istəmirdi Nazlıyla nə isə haqda danışsın, getmək istədi, Nazlı arxadan — Aylına: sən heç kimsən. Aylın dayandı baxdı Nazlıya tərəf, Nazlı yaxınlaşdı əlində su bakalıyla. Aylın — Cansuya: sən get Sərdara bax zəhmət olmasa, Cansunun heç xoşuna gəlmirdi Nazlının danışığı — davranışı, baş üstə Aylın xanım, getdi. Aylın — Nazlıya: məndən incimisən bilirəm, — Aylına: sən kimsən ki mən səndən inciyim? kimsən sən. Aylın Nazlının sözlərindən bir anlıq dərindən nəfəs alıb — Nazlıya: tamam heç kiməm səninçün. Ancaq biraz vaxtlıq idarə et xayiş edirəm, — Aylına: mən səni burda gömək istəmirəm, anlamırsanmı? mənim rahatlığımı pozursan sən. Tək mənim yox hər kəsin, baxsana ətrafına hər kəsi salmışsan biri — biriylə, düşmən etmişsən. Mənə qardaş sayılan insanların ortasında qoymusan məni çıxılmaz vəziyyətdə, sən necə pis birisənmiş bilirsənmi? heçdə göründüyün kimi mələk kimi deyilsən. Mən bunu anladım, başqalarıda vaxtında anlasaydılar, belə olmazdı üzülməzdilər sənə gör. Sən çinsənmi — şeytansanmı anlamıram, necə girə bilirsən iki insanın ortasına? birinci şirkət açdınız, sonra tərk etdin getdin Ramizi dəli etdin. İndi yenə şirkət qurdun Nicatla birlikdə, indidə onu dəli edirsən. Dedin ya səhər ikisidə dalaşarkən aralarında qaldın sənə dəydi, tez — tez belə hallar olsaydı, bəlkə axlın başına gələrdi. Aylın — Nazlıya: səsnin dilin uzanmış, Nazlı əlindəki suyu Aylının üzünə atdı.
Arxadan bu anda Nicat bağırdı! — Nazlıya: sən nə edirsən? gəlib Nazlının qolundan tutub sıxdı əsəblə, sən nə hesab edirsən özünü? qarşındankı sənin uşağındırmı? tərbiyəssiz — mərəfətsiz. Sən bunları Ramiz qardaşındanmı öyrəndun. Dedik xəstəlkdən döndün susduq, sən keçdin həddini görürəm. Bilmək istəyirsən Aylının dodağına gərçəkdən nə olub? Aylın — Nicata: Nicat sus. Nicat susmadı — Aylına: yox canım bu mərəfətsizə deyim ki, bilsin əsil çin — şeytan rolunu oynayan kimdir burda. Bura gəldiyində səhər o tip qardaşın dediyinə şikayət etmişsən Aylından, oda gəlib Aylını vurdu sənə görə, ürəyin sakitləşdimi? rahatlıq tapdınmı indi? Nazlının qolunu kobutcasına buraxdı. Nicat barmağını sirkələyərək, — Nazlıya: sənin bu mərəfətsizliyindən çox utandım mən, mən işsiz qaldığımıda mənə bu insan qol — qanad oldu. Sən işsiz qaldığında səni işə aldı, evindən ayağına qədər gəlib anandan izin alaraq, apardı sevgilinə qovuşdun. İndi de mənə, kimə pislik etdi bu günahsız insan? sənin o boş başında, o qardaşın dediyin tiplə eyni çalışır. Nicat elə əsəbləşmişdi ki, özünü zorla saxlayırdı.
Nazlının gözləri yaşardı, Aylın Nicatın qolundan tutub çəkdi kənara, — Nicata: yetər dedim. Mən etdiklərimi kimsənin başına vuran deyiləm, kimə nə etdim halal xoşları olsun. Aylın özünü pis hiss edirdi, istəmirdi Nazlını Nicat acılasın özünə görə. Nazlı yenə susmadı, ağlaya — ağlaya — Nicata: onu tanıdığıma peşmanam. Nazlı haqsızlıq edirdi gərçəkdən. Nicat nə isə demək istədi, Aylın Nicatdan bərk — bərk yapışdı ki, yıxılmasın. Nicat anladı, Aylının qolundan tutub, — Aylına: yaxşı deyilsən sən, biz burdan elə indicə gedirik canım. Xayiş edirəm heç demə mənə yox filan, biraz zamana ehtiyacın var, belə haqsızlığa layiq deyilsən sən. Aylın — Nazlıya: ağlama bacım bağışla, səni rahatsız etdiyimi bilmirdim. İnan gərçəkdən bilmirdim bu günə qədər, gedəcəm mən söz verirəm, nə olar ağlama. Nazlı üzünü tutub getdi otağına.
Nicat Aylını gətirdi öz otağına, gəl canım gəl, biraz uzan sakitləş, mən indi taxsi çağırıram və həmən buranı tərk edirik. Aylın Nicatın əlinən tutub qoymadı, dur tələsmə xayiş edirəm. Nicata — Aylına: canım mən həmişəki kimi bura gəlib yanlarında göz — qulaq olacam, mən o ağzına gələni sayaqladı deyə baxımsız qoymaram, sən narahat olma heç. Bu qədər çalışırsan sənin dinlənmən lazımdır, bax gör nə hala qalırsan düşüncəsiz insanların sözlərinin təsirindən. Niyə sən bütün buları çəkməlisən, bax niyə? de canım yetmədimi? oğlunçün yaşa artıq, sənə bir şey olarsa düşün yazıq olar ortalıqda. Anasız böyümək necə dərtdir bunu mən yaxşı bilirəm, razı ol gedək burdan. Aylın — Nicata: söz verirəm bu günlərdə xalanla danışıb gedəcəm burdan, belə getsəm yazıq üzülər, anla. Nicat dərindən nəfəs alıb baxdı, — Nicata: dedin mən olmasam oğlum ortalıqlarda qalar, qalmaz bunu bilirəm artıq.
Nicat Aylının nə demək istədiyini anlamadı. Aylın-Nicata: sən varsan dostum, sən onu mənəndə yaxşı baxarsan, bundan rahatam. Nicatı kövrəltdi Aylının özünə qarşı olan etibarı. Aylının yanına uzandı, qolunu başının altına qoyaraq — Aylına: mən sənsiz yaşamaram ki? bağışla mənə ümid olub oğlunu tərk etməyə düşünmə belə, mənim ürəyim dayanar sənsiz. Gözlərini bir nöqtəyə zilləyib səssiz dayandı, — Nicata: mənə indiyə qədər heçnə olmadı, bütün sevdiklərimi itirməyimə baxmayaraq, indən sonrada olmaz qorxma. Nicat sarsılmışdı cavab vermədi artıq. Aylın Nicatın qoluna yavaşca vuraraq, hər şey yaxşı olacaq üzülmə sən, ayağa qalxdı uzandığı yerindən. Nicat üzünə yastığı çəkib sakit dayandı, Aylın halsız — halsız cıxdı otaqdan, getdi oğlunun yanına.
Səhər açılmışdı, Ramiz Dilqəmlə işə gəldilər, işçilər Ramizlə Dilqəmi görüb, pıçıldaşaraq gülüşdülər. Dilqəm — işçilərə: hər kəsin sabahı xeyir və hər kəs işinə baxsın xayiş edirəm. Ramiz başını narazılıqla sirkələyərək, iş otağınn qapısını açıb — Dilqəmə: millətə rəzil olduq. İçəri girdiyində Nazlını görüb pərt oldu, — Nazlıay: bacım? sən nə edirsən səhərin gözü açılmamış burda? Nazlı çox kövrəldi. Bir anda qaçıb Ramizə sarıldı ağladı.
Dilqəmdə Ramizin ardında dayanıb baxa qaldı, nə olmuşdu Nazlıya düşündü, ürəyi bir anda döyünməyə başladı tez — tez, qorxdu!. Birdən yenə Nazlıdan pis xəbər olar deyə, yazıq soruşmağa belə çəkinib qalmışdı. Ramiz Nazlını qucaqlayıb, şşşş nə oldu mənim gözəl bacıma? əlləriylə Nazlının yaşlı gözlərini silib baxdı üzünə. Gəl əyləş, Nazlnı yaxındakı kresloya otuzdurdu. Özü qarşısında çökərək dayanıb — Nazlıya: indi mənə anlat nə olduğunu. Nazlı gözlərini silib baxdı Dilqəmə, Dilqəm donub qalmışdı yerində.
Nazlı — Ramizə: nə olar icazə verin işə başlayım, mən axlımı oynadacam evdə qalsam. Ramiz dərindən nəfəs alıb baxdı, — Nazlıya: Aylınmı yenə? — Ramizə: bilmirəm, mənim fikirlərim qarışdı son vaxtlar. Ramiz dərindən nəfəs alıb — Nazlıya: mən dınışacam Aylınla gedib. Tamam sən qal burda işinə davam et, ama özünü yorma, dnışdıqmı? Ramiz Nazlının alnından öpüb, ayağa qalxdı. Dönub qalmış Dilqəmə yaxınlaşdı, sakitləşdir Nazlını, mən birazdan gələcəm getdi. Dilqəm Nazlının yanına gəlib, Nazlını qucaqlayıb sıxdı özünə, yaxşısanmı sən? nələr olur canım? Nazlı Dilqəmi bərk — bərk qucaqlayıb, sakit dayandı.
Aylınla Nicat işdəydilər. Nicat — Aylına: mən biraz vaxlıq çıxıram — Nicata: atanamı? — Aylına: yox şövbədən çağırdılar imza atmam gərəkən kağızlar varmış, etdiyimiz yaramazlıqla əlaqədar. Aylın — Nicata: bu birinci — sonuncu olsun dostum, — Aylına: tamam söz canım, lazım olsa zəng et getdi.
Aylın işiylə məşğuldu, Nicat çıxıb Şəfa girdi otağa — Aylına: Aylın xanım bunları gözdən keçrmən lazımdır, gətirib masasına kağızları qoydu. Aylın — Şəfaya: yeni gəlmiş işçilərə anlat şirkətimizin qanunlarını. Şəfa təcüblə — Aylına: siz olarla danışmayacaqsınızmı? — Şəfaya: sən artıq bilrsən nə deyəcəyimi olara, xayiş edirəm mən əvəzdən məlumatlandır, işim çoxdur. Şəfa — Aylına: tamam anladım o iş məndə, getdi. Şəfanın hər dəfə o iş məndə deməsi, Aylını gülümsədirdi.
Aylın Şəfanın gətirdiyi kağızları gözdən keçirib baxdı. Şəfa geri qayıtdı, Aylın Şəfaya baxdı. Şəfa gəlib — Aylına: dünən Fədanın işçimiz qızla danışmasını dedmişdim nəzarət altında saxlayacam. Aylın o haqda unutmuşdu, evdə olanların təsirindən. Şəfa — Aylına: o qız yaman ağzı bərk birisidir, bunu deyim rahat olmayacaq onunla yaxınlaşmam, ama gözüm üstündədir bil. Aylın — Şəfaya: sənə güvənirəm Şəfa, nə gərəkirsə et, mənidə məlumatlandır tamammı?
Şəfa — Aylına: tamam, dediyim kimi ortaya çıxacaq yaxınlarda, narahat olmayın, getdi. Aylın dərindən nəfəs alıb kağızlara baxdı diqqətlə, telefonuna zəng gəldi. Götürüb baxdı, tanımadığı nömrə idi, alo buyurun, biraz qulaq asıb çox sağolun, qarışdırılmış diqqətsizlikdən. Tamam təşəkkür edirəm, telefonu masaya qoyub başını narazılıqla sirkələyib, işinə davam etdi.
Təkrar qapı döyülmədən açıldı, Aylın tək olanda qapını döymədən girən tək bir Şəfa olurdu. Aylın baxmadı, Şəfa dünən imzaladığımız dokumentlərin arasına bizim kağızımız qarışmış, zəng edib bildirdilər, birazdan şirkətə göndərəçəklər. Cavab gəlmədiyində Aylın baxdı, qarşısında dayanan Ramiz idi. Aylının üzünün ifadəsi dəyişdi, Ramiz Aylına baxırdı sakit — sakit. Ramiz yaxındakı kreslonu çəkib, Aylına yaxın əyləşdi, Aylını süzdü baxışlarıyla. Aylında Ramizə baxırdı, — Aylına: sən bu gün Nazlının evini tərk edəcəksən, anladın? Aylın anladı ki, Nazlı yenə Ramizə şikayət etmişdir. Aylın — Ramizə: təcübləndirdin sən məni, Ramiz anlamadı, Aylına baxdı. Aylın əsəblə — Ramizə: belə sakit oturub əmir etmənə təcüb qaldım, şilləsiz — yumuruqsuz səhər — səhər vərdişə salacaqsan artıq məni syurprizlərinlə. Ramiz — Aylına: vurma üzümə peşmanam, — Ramizə: sən peşmanlıq nədir bilirsənmi? vallahi çox şaşırtdın məni. Bura gəlmisən qapımı döymədən girirsən, bunuda keçdik. Ancaq mənə gəlib əmir verməni keçə bilmərəm incimə, mən o evdən çıxaçam sən deməsəndə, vaxtı çatdıqda. Nazlı artıq həddini ötdü görünür, insanlar necə dəyişə bilirlərmiş, Allahım sən kömək ol. Dün dost — bacı, bu gün düşmən olursan durduq yerdə. Buda yetməz kimi, üstümə öz dayım oğlunu göndərir, bravo əla alınır. Ramiz — Aylına: bax Aylın əsəbimlə oynama, dedim ordan həmən çıxaçaqsan və bu söhbət burda bitsin. Bir daha o evin qapısı hardan açılır unudacaqsan, Nazlını gözü yaşlı görmək istəmirəm, anladınmı? dirəşmə gəl mənimlə. Mən ona söz verdim qardaşı oldum, məni arada qoyma, dediyimi et və evi tərk et, qalmaqçün sənə öz evimi verirəm. Aylın — Ramizə: evində, mərəfətinizdə sizin olsun, mən dedim vaxtı çatdıqda Afət xanımla danışıb çıxacam. Mən qadının üzülməsini istəmirəm, boş baş qızına görə. Ramiz — Aylına: sən axıllısan hə? tanımadığın birisiylə yaşayırsan gedib. Şirkət açırsan ortaq, bravo çox axıllısan Aylın xanım. Aylın dərindən nəfəs alıb ayağa qalxdı, — Ramizə: tərk et buranı xayiş edirəm, insan kimi əgər mümkünsə. Ramiz ayağa qalxıb, Aylına birazda yaxınlaşdı, etməssəm?
Qapı döyüldü, içəri Fəda girdi. Aylınla Ramiz Fədaya baxdılar. Fəda az qala, Aylınla Ramizin yaxın dayanmalarından səhv anlayacaqdı. Aylın — Ramizə: dedim tərk et buranı həmən. Ramiz əsəbləşdi, -Aylına: etməssəm nə edəcəksən? o dovşan ortağınımı çağıracaqsan? hanı o? deyirdi həmişə yanında olacam, hardadı qəhrəmanın? Ramiz Aylını ələ saldı.
Fəda otaqdan çıxmaq istəyirdi, Ramizin Aylına qarşı hədəsini duyub dönüb baxdı, qapını örtüb gəldi yaxına. Aylın xanım problemmi var? Ramiz — Fədaya: sənə nə? Fədanın xoşuna gəlmədi Ramizin danışığı. Sənə tərk et dedi Aylın xanım buranı, duymadınmı? Aylın bilirdi Ramizin tərbiyəsizliyini, dava edəcəkdi. Aylın Ramizin qolundan tutub, Ramiz çıx dedim, Aylından qolunu çəkib Fədaya yaxınlaşdı. Ramiz — Fədaya: səndə kimsən, mənə kimin nə deyib demədiyi səni …mi?
Ramizin tərbiyəsiz sözündən Aylın xəcalət çəkdi, kənara baxdı. Fəda cibindən kağız çıxarıb Aylına uzatdı, gözlərini Ramizdən çəkmədən. Bunu sizə çatdırmamı istədi Bayram bəy, Aylın kağızı götürüb masaya qoydu. Fəda bir anda Ramizin burnundan alnıyla vurdu. Ramiz burnunu tutub bir — iki addım geri gedib, baxdı Fədaya. Fəda — Ramizə: sən tərbiyyə dərsindən 2 almısan görünür, ama mən sənə müəllimlik edərəm. Aylın ortaya girmək istəyirdi, Fəda çox cəld hərəkətlə Aylının özünün ardına çəkdi. Bu zaman Ramiz Fədaya vurmaqçün hücum etdi, yenə boşa çıxdı. Fəda bildiyi üsülla Ramizi masaya ağzı aşağ qapayıb, qollarını burdu arxasına tutdu, tərpənmə qıraram o qollarını. Aylın Fədaya təcüblə baxdı. Dünənki zarafatçıl — bekara insanda əsər — əlamət qlmamışdı. Fəda çox ciddi üz ifadəsiylə Ramizi tutumuşdu. Aylın xanım mən bunu indi ataram burdan, narahat olmayın. Ramizin qollarını ardına burub, otaqdan çıxardı. Ramiz onu hədələyirdi, sən bitdin — bitdin… sənin. Fəda Ramizi apardı kabinetdən.
Aylın baxa qalmışdı, elə yorulmuşdu ki Ramizin bu hərəkətlərindən, masaya söykənib üzgün baxışlarla baxdı.
Fəda Ramizi şirkətdən çıxardı qolunu buraxaraq, Ramizi özündən kənara itələdi. Ramizin qolları acıyırdı, Fədaya baxdı nifrətlə. Ramiz — Fədaya: səndə kimsən alçaq? sənin mən … … söydü ony. Fəda — Ramizə: sözlərinə diqqət et, səni it kimi döyərəm ha. Fədaya tərəf 3 nəfər gəldilər, problemmi var Fəda bəy? Fəda — olara: yoxdur problem. Ramiz gördü, Fədanı qoruyanlar var artıq girişmədi. Tərs — tərs Fədanı süzərək getdi. Fəda — olara: sizdə quyruq kimi bitməyin yanımda, olardan birisi — Fədaya: Bayram bəy tapşırdı sizi bizə, əmrinə tabeyik. Fədanın heç xoşuna gəlmədiyi üzündən bəlli idi, adamları atası ardınca salmışdı deyə. Getdi öz maşınına əyləşdi, maşının qazına basaraq getdi, Ardıncada qoruyanları maşına əyləşib, tez getdilər.
Axşam olmuşdu, Aylın işdən çıxdıqda — Nicata: mən bu gün xalanla danışacam, sabah evimə dönəcəm artıq. — Aylına: evinəmi? Nicat narahat oldu. Aylın — Nicata: dedin biraz vaxlıq qalım yanında razılaşdım, artıq sakitçilikdir, kimsə toxunmaz mənə qorxma. Sonrada başımıza gələnlərdən xalanla qaldıq və gördün sonumu. Artıq şükür hər kəs yaxşıdır, mən dönəcəm evimə. Nicatın xoşuna gəlmədi Aylının evinə dönəcəm deməsi. Nicat qorxurdu! Ramiz gələr Aylına pislik edər deyə. Aylında Nicatın narahatlığını anlayırdı, üzülmə gəl gedək yorğunuq. Nicat maşınını götürmüşdü, Aylınla əyləşib getdilər.
Olanları ətraflı Dilqəm bilmişdi. Heç xoşuna gəlməmişdi Nazlının Aylını başqa çürə anlaması — davranması. Başını tutub oturmuşdu evdə, Ramiz gəldi yanında əyləşdi. Ramiz — Dilqəmə: bu Fəda kimdir? onu tapmalıyam, Dilqəm sakit dayandı dinmədi. Ramiz hələ özünə gəlməmişdi Fədanın ona etdiyindən sonra. Mən onu tapıb… edəcəm görəcək çaqqal gününü. Birdən Dilqəm bağırdı! Ramizə yetərrr, Ramiz baxdı. Dilqəmin gözləri qızarmışdı əsəbdən, — Ramizə: siz nə edirsiniz? de mənə nə edirsiniz. Nə istəyirsiniz Aylından, onun tanışlarından, dəlimi olmusuz? yetmədimi qardaşım başımıza gələnlər. Sən azmışsan kimi, Nazlıda başlamış ona qarşı xoşa gəlməz hərəkətlər etməyə, oğlum bir gözünüzü açıb baxsanız ətrafınıza. Aylın hər kəsçün canından keçir, Nazlının müalicəsiçün azmı yardım etdi? siz Nazlıyla nə qədərdə oxşarsınızmış. İnanın bu gün əvənizə çox utandım, Aylın haqda dediklərinizdən. Mən hələ özümə gələ bilmirəm, əl çəkin yazıqdan, rahat qoyun onu günahdır. Nazlıyla danışacam, əgər birdə dilindən Aylın haqda tərs bir söz duysam, o zaman hər şey bitəcək. Dilqəm ayağa qalxıb, getdi əsəblə. Ramiz bir anlıq Dilqəmin ardınca baxdı, ancaq yenə öz fikrində olanlardan əl çəkəcəyinə oxşamırdı, kinlə baxaraq nə isə düşündü.
Aylında Afət xanımla söhbət edirdi, anam Nazlı artıq yaxşıdır şükürlər olsun, evimə dönmək istəyirəm icazənlə. Anasıda anlamışdı, qızının Aylına qarşı olan qısqanclığını. Tamam qızım bir şərtim var, məni tez — tez ziyarət edəcəksən. Aylın mehribanlıqla arvadın boynuna sarılıb, tamam anam söz gələcəm. Afətdə qucaqlayıb — Aylına: sənin qoxun burnumda titrəyir qızım, məni həsrət qoyma bu gözəl qoxuna. Aylın gülümsədi, ançcaq ürəyi göynədi, qoymaram söz verirəm.
Nicat gəldi Sərdarla qucağında, aslanım anasını özləmiş. Aylın qalxıb oğlunu qucağına alıb öpüb qucaqladı, canım oğlum. Afət kövrəldi — olara: mən sizə öyrəndim, çox darıxacam nəvəmçündə. Nicat xalasının halına üzülürdü, ancaq başqa çarə yox idi, mütləq getməliydi Aylın. Nicat xalasını qucaqlayıb, xalacan gələcəklər tez — tez, darıxmağa qoymayacaqlar səni. Elə deyilmi aslanım? uşaq Nicata baxdı anasının qucağından. Nicat — xalasına: aslanımda təsdiqələdi gələcəkmiş. Xalası Nicatın saçlarını oxşayaraq — Nicata: yaraşıqlı oğlum mənim, oları bura sən gətirəcəksən, yanlarından ayrılmayacaqsan. Niçat xalasına baxdı, Aylının başı uşağa qarışmışdı Nicat anladı xalası nə demək istəyirdi, dərindən nəfəs allıb, oğluyla oynayan — danışan Aylına baxdı.
Beləcə bir ay keçdi, Aylın öz evinə qayıtmışdı. Nicat saat 3: 00 kimi gecə Aylının keşiyini çəkirdi maşınla gələrək. Aylın görürdü Nicatın gəlib — getdiyini. Cansuda artıq Aylınla birlikdə yaşayırdı, bazar günü idi. Aylın — Cansuya: mən birazdan gedəcəm, — Aylına: Aylın xanım çox yorulursunuz işdə, bu gün evdə qalıb dincəlsəydiniz. Aylın gülümsəyib, — Cansuya: mənim bir qıza baş çəkməyim lazımdır, haqqında sənə danışmışdım. Cansu — Aylına: ayy, atası dilənməyə məcbur edən qızamı gedirsən? Aylın dərindən nəfəs alaraq, hə gedim baxım şərəfsiz bulaşmamış ki. Cansu — Aylına: get Aylın xanım, sizin Allahım ürəyinizə görə versin inşallah. Aylın bu diləyə nə deyəcəyini bilmədi, çünki həmişə əksinə olurdu, amin Cansu, çümlətən inşallah. Oğlum sənə əmanət mən birazdan çıxcam, Aylın getdi otağına. Cansu keçib əyləşdi, Aylının necədə gözəl ürəkli bir insan olmasına heyran idi. Üzünün ifadəsindən hiss olunurdu, Canun Aylından çox razı qalması bəlli idi.
Aylın kimsəsiz və xəstə uşaqlara yardım edilən evə gəldi. Müdür qadın, Aylını mehribanlıqla qarşıladı — Aylına: sizi görməyimə çox şadam Aylın xanım, xoş gəldiniz. Aylın — müdürə: xoş günümüz olsun inşallah, əl verib görüşdülər. Müdür — Aylına: buyurun əyləşin, Aylın keçib əyləşdi. Sizə çay — qəhvə? Aylın təşəkkür etdi, sağolun heç biri. Mən gəldim baxım burda necədir vəziyyət, — Aylına: burda vəziyyət o qədərdə yaxşı deyil Aylın xanım. Vaxtı — vaxtında yardım olunmur, bəzi çətinliklərlə üzləşirik, ancaq uşaqların bir baş soxacaq yerləri vardır, çox şükür bunada. Aylın dərindən nəfəs alıb baxdı ətrafa, — müdürə: imkanları olanlar belə evlərə — uşaqlara yardım əllərini uzatsaydılar, dünya cənnətə bənzəyərdi. Müdür — Aylına: düz deyirsiniz, ancaq çox təssüflər olsun ki, dediyimiz kimi deyildir yaşadımız zaman. Aylın qızı görməkçün tələsirdi — müdürə: inşallah vaxt gələr, bir insan sizin bu evinizə yardım edər. Müdür gülümsəyərək, inşallah Aylın xanım, — müdürə: mən qızı görmək istəyirəm. Müdür yerində qurcalandı, müdürün bu halı Aylının heç xoşuna gəlmədi. Aylın — madürə: bir problemmi var? müdür əllərini ovuaraq, yox problem demək olmaz buna. Bilirsənmi Aylın xanım, Aylının ürəyi sıxılırdı müdür ağzından sözü çıxarınça, o qızı uzaq bir qohumlarından gəlib apardılar və biz söz deyə bilmədik. Aylının elə bil başına qaynar su tökdülər, nəə? onun heç kimi yox idi, siz nə danışırsınız? müdürün üzündən — gözlərindən nə isə gizlətdiyini anladı. Aylın — müdürə: demək ki siz o yazıq qızı yenə verdiniz əllərə, yazıqlar olsun sizə. Aylın əsəbləşib qalxdı ayağa, — müdürə: mən araşdıracam, heç rahat — rahat oturmayın kreslonuzda. Mən mütləq tapacam onu və sözünün ardını demədi, əsəblə çıxdı otaqdan.
Aylın necə əsəbi çıxdısa, çox pis oldu duyduğuna, əlini divardan tutub dayandı biraz vaxlıq. Dərindən — dərindən nəfəs aldı, özünü toplayıb ordan çıxmaqçün addımladı. Hər yerdə xəstə — şikəst uşaqlar var idi. Aylının ürəyi parçalanırdı olara baxdıqca. Gözünün önünə günahsız — qorxmuş! vəhşinin əlindən almış yazıq qızın xəyalı gəlirdi, yenə gözlərinin önündə canlanırdı. Yaxşı bilirdi ki, onu haralardasa insanlara əl açıb diləndirirdilər. Aylın ordan çıxıb dərindən — dərindən nəfəs alıb baxdı, gözlərində nifrət dolu baxışlar canlandı.
Nicat Cansuyla söhbət edirdi, Sərdarda Nicatın qucağında idi. Nicat — Cansuya: Cansu niyə mənə bildirmədin Aylının gedəcəyini? sənə nə tapşırmışdım mən? demədimmi məni xəbərdar et. Cansu — Nicata: Nicat bəy inanın gedəcəyi an dedi mənədə, narahat olmayın gələr birazdan, bəhanəylə Cansu telefonu götürüb Aylına zəng etdi. Aylın xanım səbrim çatmadı, necədir qız? Cansunun üzünün ifadəsi dəyişdi, Nicata baxdı. Telefonu söndürüb, üzgün baxışlarla — Nicata: Aylının səsi xoş deyildi, dedi ki qızı almışlar ordan kimlərsə. Nicat — Cansuya: kim almış? Cansu çiyinlərini çəkərək, dedi gələndə danışarıq, söndürdü telefonu. Nicat qucağında uşaqla dərindən nəfəs alaraq, baxıb — Cansuya: yəqin atası deyilən o alçaq almışdır bir yolla ordan. Allah cəzalarını versin belələrinin, adları atadır, özləri …,.
Nicat ayağa qalxıb uşağı öpüb verdi, — Cansuya: mən çıxıram Aylının ardınca, yazıq yəqin üzülmüşdür tək qalmasın. Cansu uşağı alıb -Nicata: Nicat bəy kaşki sizə bildirə bilsəydim getdiyini tez. Nicat bir söz demədən getdi, Cansuda üzülmüşdü ən azından Aylın qədər. Sərdarı özünə sıxıb, gedək yeməyimizi yeyək biz, uşağı apardı mətbəxtdə.
Aylın kefsiz — kefsiz gəlib əyləşdi kimik bir kafedə, afisant gəlib — Aylına: nə buyurursunuz xanım? Aylın yavaş səslə — afisanta: acı qəhvə. Afisant — Aylına: bu dəqiqə xanım, getdi, Aylının bazar günü burnundan gəlmişdi. Fikirə dalıb gözlərini bir nöqtəyə zilləyib baxırdı.
Kiminsə arxadan səslədiyinə fikirdən ayıldı, Aylının qarşısına keçdi, gələn Fəda idi. Fəda — Aylına: nə təsadüf Aylın xanım. İcazə varmı əyləşməyimə? Aylın o qədər fikirli idi ki, bir anda Fədanı axlına toplaya bilmədi. Fəda — Aylına: tanımadınızmı? — Fədaya: yox tanıdım, buyurun əyləşin. Fəda keçib əyləşdi, afisant gəldi qəhvəni gətirib, Aylının önünə qoydu masaya. Afisant — Fədaya: siz nə buyurursunuz? — afisanta: xanıma gətirdiyindən. Afisant başıyla razılığını bildirib getdi. Aylının çox üzgün olduğunun anlamışdı. Fəda gülümsəyərək, — Aylına: mən bazarları evdən qaçıram, Aylın Fədaya baxdı. Fəda arxaya söykənib — Aylına: soruşmayacaqsanmı niyə? Aylın kefsiz-kefsiz, — Fədaya: atan acılayır, o üzdən. Fəda kənara baxıb gülümsədi, düz tapdın Aylın xanım. Siz kimdən qaçmısınız bəs? görünür sizdə mənim kimi özünüzü atmısınız evdən dışarı. Aylın- Fədaya: mən biraz, dayandı sözünün ardını demədi, elə sarsılmışdı ki olanlardan. Fəda anladı ciddi bir şey olanı, masaya dirsəklənib baxdı. Fəda — Aylına: siz çox üzgün görünürsünüz, qarşınızdakı acı qəhvədə, gününüzün yaxşı başlamamasına işarədir. Aylına zəng gəldi Nicatdan, telefona cavab verdi, (…) kafesindəyəm, telefonu söndürüb masaya qoydu.
Fəda Aylından cavab gözləyirdi, — Fədaya: mən sizin gününüzü problemimlə qaraltmayım. Fəda — Aylına: yenə o tipmi incitmiş səni? Aylın anlamadı, axlına gəmədi ki Ramizi deyirdi, birdən xatırladı olanları şirkətdə. Üzünü turşudaraq öz — özünə: dərt bir olsa nə vardı ki? o qədər çoxdur ki, vaxtında xatırlaya bilmirəm, qarışdırıram. Mən sizə keçən dəfədəki cəsarətinizə — hörmətinizə görə təşəkkür edə bilmədim. Fəda — Aylına: borcumdur Aylın xanım, təşəkkürə ehtiyac yoxdur. Afisant Fədayada acı qəhvə gətirib qoydu önünə, Fəda təşəkkür etdi, afisant getdi.
Fəda acı qəhvədən içib — Aylına: mən bura tez — tez gəlirəm, buranın qəhvəsini xoşlayıram. Aylın — Fədaya: nuş olsun. Fəda — Aylına: sizə sual verə bilərəmmi? şirkətdəki hadisəylə bağlı? — Fədaya: dayım oğlu idi o dışarı atdığın. Fəda gülümsədi, Aylın sual vermədən düz cavablandırdığına görə. Aylın — Fədaya: onun tərbiyəssizliyinə görə sizdən üzür istəyirəm, onu bilirəm dışardada dilinə yiyəlik etməmişdir. Fəda qəhvəsini içərək — Aylına: elələrinin əvəzinə sən üzür istəmə.
Nicat gəldi, Aylınla Fədanı görüb kefi dahada pozuldu. Fəda — Nicata: Nicat bəy inanın ki bu təsadüfdü, Aylın xanımla burda qarşılaşdıq. Nicat Fədaya baxdı əsəblə. Fəda gülümsəyərək, — Nicata: keçən dəfə yeməyə dəvət filan söhbəti olmuşdu, ondan dedim. Nicat əsəblə keçib əyləşdi Aylının yanında. Aylın — Nicata: niyə zəhmət etdin, mən gələcəkdim birazdan. Nicat Fədaya baxaraq — Aylına: sən hər dəfə başını bir dəqiqə dinləyərəm deyib bir tərəfdə tək qaldığında, bəzi bəlalar səni tapırlar gəlib, o üzdən burdayam canım.
Fəda qəhvəsini içərək, Nicatın sözünə baxıb gülümsədi. Aylın — Nicata: Fəda bəylə burda qarşılaşdıq, təsadüfən. Nicat — Aylına: duydum qızı aparmışlar ordan, üzülmə canım tapacağıq söz verirəm sənə. Mənim bəzi tanışlarım var, axtardacam hər tərəfdə. Aylın dərindən nəfəs alıb — Nicata: offf, off, niyə mən qoydum onu orda. Fəda baxdı anlamadı, kim qızdı — nə olmuşdu. Aylın əllərini alnına tutub dayandı. Nicat — Aylına: sənin günahın yoxdur ki? sən əlindən gələni etmişdin canım, üzülmə. Aylının ürəyi sıxılırdı, əliylə boynunu — sinəsini ovdu. Fəda — Aylına: Aylın xanım bir problemmi var? Nicat — Fədaya: problem həll edənsənmi? Fəda — Nicata: gərəkən yerlərdə həll edirəm. Aylın öz — özünə: bitmirki — bitmir, dərdim kədərim mənim. Nə etmişəm mən Allahın qarşısında, bu qədər çəkirəm. Ayağa qalxıb, qəhvə fincanını altına pul qoydu. Aylın — Fədaya: bir daha çox sağol keçən dəfədəki yardımına görə. Sənə xeyirli — uğurlu bir gün diləyirəm, Aylın getdi. Nicat ayağa qalxıb, Fədaya tərs — tərs baxıb getdi Aylının ardınc., Fəda qəhvəsini içərək, düşündü nə isə.
Aylın evə gəldi Nicatla, heç çürə sakitləşə bilmirdi. Nicat — Cansuya: sən bir sakitləşdirici versənə Aylına, uşağı qucağından aldı. Aslanım gəl baxım nələr etdin sən, uşağı atıb — tutub oynatdı. Nicatın fikri Aylında idi, az vaxtdan Cansu sakitləşdirixi damxılatmış su bakalını gətirdi. Nicat suyu götürüb, Aylının otağına gəldi.
Qapını döyüb, qucağında uşaqla girdi otağa — Aylına: anası biz gəldik. Aylın oğluna baxdı, canım oğlum gəl, uşağı qucağına almaq istəyirdi, Nicat bakalı uzatdı. Öncə bunu iç, xayiş edirəm üzmə məni, Aylın Nicatın əlindəki bakala baxdı. Bu nədir? Nicat baxışlarıyla iç deyə xayiş etdi. Aylın bakalı götürüb bir qurtum içdi, fuu bu ilacdırmı? — Aylına: iç biraz sakitləş, xayiş edirəm üzmə məni. Aylın az — az içməyə çalışdı ilaclı suyu. Nicat uşaqla gəlib yataqda əyləşdi, əmi səni gəzməyə aparımı? Aylın əlndəki suyu içib bitirməyə çalışırdı. Nicat — Aylına: nə deyirsən anası? sən biraz yat dincəl, bizdə aslanımla gəzək.
Aylın heç vaxtı uşağı kiminləsə bir yerə qoymamışdı, ancaq Nicata güvənirdi. Olar, gedin gəzin əmisiylə -Aylına: söz verirsənmi, heç yerə getmədən dinlənəcəksən? — Nicata: hara gedəcəm ki? bu başla evimin yolunu unudaram mən. Nicat uşağı götürüb — Aylına: Cansu yardım edər üstünə dəyişik bir şeylərə. Sən yat dincəl canım, biz birazdan gələcəyik, Aylına yaxınlaşdı. Aylın uşağı öpüb, cənnət qoxulum mənim, əmini incitmək yox, əlindən öpdü uşağın. Nicatda Aylının üzündən öpüb, incitməz sən narahat olma, getdilər.
Aylın əlindəki bakala baxıb zorla udqundu, keçib əyləşdi yatağında. Axlından çıxmırdı bir dəqiqədə olsa qız, öz — özünə: Allah mənim cəzamı versin, kim bilir haralarda, sözünün ardını deyə bilmədi, pis oldu.
Бесплатный фрагмент закончился.
Купите книгу, чтобы продолжить чтение.