Rza Əli oğlu Hüseynov Mirzadə — 3 yanvar 1970-ci ildə Laçın rayonunun Alıqulu kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1987-ci ildə Piracahan kənd orta məktəbini əla qiymətlərlə başa vurmuş, 1988-1990-cı illərdə sovet ordusunda hərbi xidmət keçmişdir. Rza Hüseynov 1991-ci ildə yaradılan Azərbaycan Milli Ordusunun Laçın Ərazi Müdafiə Batalyonunun ilk könüllü əsgərlərindən biri olmuş və 1992-ci ilin avqustuna qədər bu batalyonda döyüş yolu keçmişdir. Rza Hüseynov 1997-ci ildə Türkiyənin İstanbul Universitetini bitirmişdir. İki övladı, bir nəvəsi var.